• Mikayıl Cabbarov Elminaz Nadirova ilə ölçü götürməlidir

    Mikayıl Cabbarov Elminaz Nadirova ilə ölçü götürməlidir

    Bir neçə gün əvvəl Hesablama Palatası rayon təhsil şöbələrinin birində ciddi maliyyə nöqsanları aşkarlayıb.

    Palatadan bu barədə yayılan məlumatda deyilirdi ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənidiyi müəyyən olunub. Qeyd edək ki, eyni hallara istisnasız başqa rayon təhsil şöbələrində də ras gəlmək olar. Bu mənada Cəlilabadda vəziyyət daha acınacaqlıdır. 50 minlik yeyinti Əvvəlcə Cəlilabad rayon təhsilinin müdirəsi Elminaz Nadirova haqda məlumat verək. Qalmaqallarla daim medianın gündəminə gələn bu xanım kimdir? RTŞ müdirəsinin karyerasında ciddi “ÇP”-lər olub, amma nədənsə bunlar onun vəzifə pilləsində irəliləməsinə mane olmayıb. Ondan başlayaq ki, Elminaz Nadirova bu təyinata qədər Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Elminaz Nadirovanın adı isə elə həmin vaxtlardan respublikada məşhurlaşmağa başalayıb. Belə ki, onunla ölkə mediasının “ilk tanışlığı” Cəlilabad fəallarından olan Təzəxan Mirələmlinin oğluyla bağlı olmuşdu. Belə ki, 5 aprel 2005-ci il tarixində Təzəxan Mirələmlinin oğlunun digər şagirdlə bıcaqlama hadisəsi baş verdi. Bıçaqlanma hadisəsi təəsüf ki, ölümlə bitdi. 25 fevral 2015 - ci ildə isə Elminaz xanımın rəhbərlik etdiyi məktəbdə növbəti faciə yaşandı: Yeddinci sinif şagirdi özünü məktəbin 3 -cü mərtəbəsindən atıb. Demək ki, Elminaz Nadirovanın rəhbərlik etdiyi təhsil müəssisəsində təlim-tərbiyə işindən danışmağa dəyməzdi. 2015 ci ilin may ayında isə adıçəkilən məktəbdə Təhsil Nazirliyinin manitorinqi nəticəsində ciddi nöqsanlara yol verildiyindən Elminaz xanıma "şiddətli töhmət " elan edildi. Məhz həmin maliyyə yoxlaması nticəsində məktəbdə küllü miqdarda yeyinti faktı aşkarlanıb. Deyilənə görə çatışmayan məbləğ 50 min manat civarında olub.
    Mənbəmizin bildirdiyinə görə Elminaz xanımın əlində 7 saylı orta məktəbin 80 müəlliminin və texniki işçilərinin maaş kartı varmış. Həmin işçilər nə qədər maaş aldıqlarını belə bilmirdilər. Bundan başqa jurnalları olub özləri olmayan siniflərin gəlirləri də Elminaz xanımın şəxsi büdcəsinə daxil olurdu.

    “Arxamda başçı durub”

    Bütün bunlara baxmayaraq Elminaz Nadirova Cəlilabad RTŞ-ə müdir təyin olunur. Bizə verilən məlumatlara görə Təhsil Nazirliyi bu təyinatı təsdiq etmirmiş. Çünki onun direktor işlədiyi zamanda buraxdığı səhvlərdən xəbərdar idi. Lakin icra başçısı Əziz Əzizov israr edirdi. Və bu posta diğər namizədin olmasını qəti rədd edirdi. Deyilənə görə Elminaz Nadirova başçıya yaxın şəxs sayılır və onun bütün “biznes proyektləri”nə ortaqdır. Nəhayət Nadirova təsdiqlənir. RTŞ-ə müdir keçməyi ilə 129 məktəb direktorunun problemləri başlayır. Nadirova məktəb direktorlarını toplayaraq böyük məktəblərdən 5, nisbətən kiçik məktəb direktorlarından 3 istəyir. Mənbəmizin söylədiyinə görə Nadirova direktorlara “Mən bura elə-belə gəlməmişəm, kim razıdı işləsin, kim işləmir ərizə verib gedə bilər” deyir. Bundan sonra “proses” başlayır. Vəzifənizi qoruyun deməklə direktorlardan tələb olunanlar alınır. Direktorlardan eləsi olur ki, keçirdiyi əsəb və streslə bağlı xəstəxanaya düşür. Yeni “vergi” metodu Mənbəmizin sözlərinə görə Elminaz Nadirova əvvəllər Ərəstün Hüseynov , Sarxan Həsənov və Ələddin Əsədullayev vasitəsilə 129 məktəb direktorunu istismar edirdilərsə indi Ələddin Əsədullayevi Ağaxan Ağayev əvəzləyib.(gundelik-baku)Bundan əlavə daha 129 direktoru RTŞ-yə çağırıb bir-bir sorğu-sual olunmur. İndi artıq həmin sorğu-suallar inzibati ərazi üzrə bir neçə direktor tərəfindən həyata keçirilərək mərkəzə gətirilir. İnzibati ərazi üzrə işlər bu cür həyata keçirilir: Şəhər məktəbləri Abbas Cəfərov , Cəngan sovetliyi üzrə İsa Vahabov, Dövlətalibeyli sovetliyi üzrə Rafik Hüseynov, Seyidbazar sovetliyi üzrə Etibar Abdullayev, Məlikqasımlı sovetliyi üzrə Cəbrayıl müəllim, Əliqasımlı sovetliyi üzrə Şakir Abbasov, Gülməmmədli sovetliyi üzrə Həmdulla İbayev, Şabanlı sovetliyi üzrə Hafiz Nəciyev, Xənəgah sovetliyi üzrə Əliqismət Heydərov, Kazımabad sovetliyi üzrə Maarif Əliyev, Uzuntəpə sovetliyi üzrə Məmmədov Tofiq və s. Direktorların gördükləri işlərdə də dəyişiklik olub. Mənbənin verdiyi xəbərə görə, əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə, indi 300-600 verilir. Hətta deyirlər ki, kontingentindən aslı olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartını da Elminaz xanıma verməlidirlər. Bütün bunlar az imiş kimi direktorlardan 50-100 isə Cəlilabad rayon İcra hakiminin köməkçisi, 2-dərəcəli dövlət qulluqçusu Malik Şərbətov alır. Malik Şərbətovsa təbii ki, bunu birbaşa başçıya çatdırır. Yəni Əziz Əzizov direktorları həm Nadirova, həm də Şərbətov vasitəsilə görür. Hər halda rayondakı mənbələr bunu iddia edir. Sonda çox ritorik bir sual meydana çıxır-ölkəmizin bu vəziyyətində təhsilimizi bərbad vəziyyətə qoyan şəxslərə nə ad vermək olar?

    Rublika.az


    Facebook-da paylaş