• Dindarların mitinqə çağırılması pislənildi

    Dindarların mitinqə çağırılması pislənildi

    Dindarın yeri məsciddir, ibadət yeridir, mitinq, küçə yürüşü deyil.

    Bunu Milli Şura və Müsavat Partiyasının referendum ərəfəsində təşkil etdiyi aksiyalarda dindarlara yönəlik çıxışlara və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlara münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov bildirib ki, İ. Həsənov dindarların mitinq və yürüşlərə çağırılması yolverilməzdir:

    “Biz dindarlara yönəlik bu çağırışları pisləyirik”.

    Lənkəran rayonu Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev deyib ki, dindarların hər hansı siyasi aksiyada, mitinqdə, yürüşdə iştirakı dini baxımdan düzgün deyil: “Həm dindar, həm də vətəndaş olaraq, bu çağırışları qəbul etmirəm. Əslində sentyabrın 11-də Milli Şura adlanan qurumun Bakıda “Məhsul” stadionunda keçirdiyi mitinq müəyyən xarici təşkilatların maliyyə dəstəyi ilə təşkil olunmuşdu. O aksiyada dini şüarların səsləndirilməsi, müəyyən şəxslərin dini məhbus, siyasi məhbus kimi göstərilməsinin əleyhinəyəm. Sentyabrın 17-də və 18-də keçiriləcək aksiyalara da dindarların çağırılması dövlətlə dini, dindarları üz-üzə qoymaq cəhdidir. Bu, müəyyən xarici dairələrin Azərbaycanda hökm sürət dini dözümlülüyə, multikulturalizmə qarşı hazırlanmış, siyasi motivli bir addımdır”(APA)QMİ-nin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov hər hansı siyasi təşkilatın dini qurumları, dindar kəsimi meydanlara çağırmağa ixtiyarının və səlahiyyətinin olmadığını bildirib: “Çünki dindarların yeri məsciddir, Allaha ibarətdir. Dini siyasətə alət etmək, dindarların səmimi inancından istifadə edərək meydanlara çəkmək, onların inancı ilə oynamaq haram, günahdır. Bu, qəbuledilməzdir. Dini, dindarları partiyalılaşdırmaq yolverilməzdir. Dindarlarımızın aksiyalarda iştirakı düzgün deyil, dindarın orada heç bir işi yoxdur. Onu da deyim ki, sovet dönəmində, 1989-1990-cı illərdə Milli Azadlıq Hərəkatında olmuşam, siyasi məhbus həyatı yaşamışam. Biz dindar olaraq, dinsiz imperiyaya, işğalçılara qarşı mübarizə aparırdıq. O zaman Azərbaycanda məscidlərin sayı 18-ə çatmırdı. Şükürlər olsun ki, bu gün kəndlərdə belə 2-3 məscid var. Ölkəmizdə 1000-dən artıq məscid tikilib, xalqımızın xidmətinə verilib. İmamzadə ziyarətgahı, Bibi-Heybət piri, Heydər məscidi və digər məscidlər, ziyarətgahlar Azərbaycan müstəqil dövləti tərəfindən bu xalqımıza hədiyyə olunub. Bunların bir çoxunun tikintisi, bərpası prezident İlham Əliyevin dövrünə təsadüf edir. İmamzadə kompleksi də bu qəbildəndir. Məscidə gələn hər kəs, onların sırasında müsavatçı, Milli Şura adlanan qurumun üzvü olsa da, hamı məscidi tikənə dua edir. Bu məscidi tikdirən də prezident İlham Əliyevdir. Bəzi siyasətbazlara, Qərbdəki bəzi dairələrdən maliyyə alaraq dindarları meydanlara çağıranlara da deyirəm ki, yerlərində otursunlar, şarlatanlıq etməsinlər”.

    T. Abbasov bəzi dindar gənclərin siyasi oyunlara cəlb edilərək, cinayətə sövq olunduğunu və buna görə də həbs edildiyini qeyd edib: “Bunun nəticəsində həm o gənc, həm də valideynləri, yaxınları əziyyət çəkməli olur. Mən dindarlarımızı kiminsə təxribatına uymasına, islamı parçalamağa çalışan bəzi missioner təşkilatların əli, Azərbaycanda bəzi siyasətbazların vasitəsi ilə meydanlara çıxarılmasına qarşıyam. Hər bir dindara müraciət edirəm ki, belə təxribatlardan uzaq olsun”.

    Dindən və dindarlardan siyasi məqsədlə istifadə edilməsi cəhdlərini qəbuledilməz sayan QMİ-nin Qarabağ bölgəsi üzrə qazısı, Ağdam rayonunun axundu Barat Bağırov Qarabağda, Ağdamda dindarların Azərbaycan dövlətini dəstəklədiyini vurğulayıb: “Müəyyən qrupların dindarlara yönəlik çağırışları çirkin, natəmiz əməllərdir”.

    Rublika.az


    Facebook-da paylaş