• “Kia Motors Az” MMC-də özbaşınalıqlar davam edir

    “Kia Motors Az” MMC-də özbaşınalıqlar davam edir

    Bu özbaşınalıqlar Əşrəf Səfərovun ölkənin həm vətəndaşlarına, həm də qanunlarına qarşı bəslədiyi etinasızlığın göstəricisidir

    Ötən yazımızda ""Kia Motors Azərbaycan” daha bir müştərisini aldatdı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Məqalənin əsasında vətəndaş Yaqut Zeynalovanın redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi durmuşdu. Ərizədə qeyd olunmuşdu ki, Yaqut Zeynalova bir müddət bundan əvvəl, Babək prospektində yerləşən "008” avtosalonundan "Kia” markasına məxsus "Sportage” model avtomobili əldə etmişdir. Bundan bir qədər sonra, avtomobilin yağına nəzarət etmək üçün Yaqut xanım Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən "Kia Servis” mərkəzinə yollanır. Burada mərkəzin müdiri Anar bəy və əməkdaşı Kamar yeni müştərilərinə avtomobilə 8 illik zəmanət talonu almağı təklif edirlər. Bu şərtlə ki, avtomobilə bütün qulluq məhz bu mərkəzdə həyata keçiriləcək. Bundan sonra, təxminən bir il altı ay ərzində, Yaqut xanım bir neçə dəfə həmin "Kia Servis” mərkəzində avtomobilin yağını dəyişdirmişdir. Təbii ki, ödənişli əsasla. Lakin bu yaxınlarda avtomobilin idarə olunmasında müəyyən problem yaranıb. Bu səbəbdən Yaqut Zeynalova yenidən "Kia Servis” mərkəzinə müraciət edib. Məlum olub ki, avtomobilin sükan dirəyi dəyişilməlidir. Zəmanət talonu olduğundan, ehtiyat hissənin dəyişdirilməsi pulsuz həyata keçirilib. Lakin üç gündən sonra, Yaqut Zeynalovanın telefonuna zəng gəlir. Onunla əlaqə saxlayan şəxs Əşrəf Səfərov olur və o, Yaqut xanımın təcili olaraq servis mərkəzinə gəlməsini xahiş edir. Bundan sonra mərkəzə gələn Yaqut Zeynalova burada Əşrəf Səfərovla görüşür. İlk növbədə MMC-nin rəhbəri müştəridən zəmanət talonunu təqdim etməsini xahiş edir. Talonu alandan sonra isə, Əşrəf bəy əsil niyyətini bildirir.(gundelik-baku)MMC rəhbəri müştəriyə bildirir ki, onun zəmanət talonu saxtadır və buna görə də, ya dəyişdirilmiş sükan dirəyinin pulu ödənməlidir, ya da həmin hissə sökülərək geri qaytarılmalıdır. Əks halda isə, Əşrəf Səfərov dərhal polisə müraciət edəcəyini bildirir. Maraqlıdır ki, MMC rəhbəri müştəridən aldığı zəmanət kartını da geri qaytarmır. Bu zaman zəmanət kartının bilavasitə "Kia Servis” mərkəzinin əməkdaşları tərəfindən verildiyi də nəzərə alınmır. Çarəsiz qalan Yaqut Zeynalova ehtiyat hissəni geri qaytarmalı olub. Həmin yazının sonunda biz qeyd etmişdik ki, bu insident Əşrəf Səfərov tərəfindən müştərilərin hüquqlarının, eləcə də ölkə qanunlarının kobud şəkildə pozulduğu nə ilk, nə də yeganə hal deyil. Bu kimi hallara nümunə olaraq, təxminən bir il öncə yaşanmış və hələ də bütün təfərrüatlarına tam aydınlıq gətirilməmiş "Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyon manat” qalmaqalını misal göstərmək olar. Həmin vaxt bu barədə yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, məhz göstərilən məbləğdə nəğd pul vəsaitlərini "Kia Motors”un rəhbərliyi hesabatlarda göstərməmək məqsədilə gizlədərək, "Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılmasını və müəyyən müddətlərdə dövriyyəyə buraxılmasını təmin edib. Bir neçə il davam edən bu prose, yalnız s pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, "Kia Motors” MMC-nin rəhbəri Əşrəf Səfərovun "Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar etmişdi (guya, özünə 8 bıçaq zərbəsi vurub). Məsələ ilə bağlı "Kia Motors Az” MMC-dən mətbuata verilən açıqlamalar isə, bir çox ziddiyyətlərlə diqqəti cəlb edirdi. Onlara qarşı digər vətəndaşlar tərəfindən ünvanlanan ittihamları isə, Əşrəf Səfərov hər zamankı kimi "böhtan və şər kampaniyası” kimi təqdim etməyə çalışırdı. Əlbəttə, ilk baxışda bir il bundan əvvəl baş vermiş hadisələrin Yaqut Zeynalovanın başına gələnlərlə heç bir əlaqəsi olmadığını düşünmək olar. Amma əslində bu olduqca səhv bir yanaşma olardı. Çünki əslində, hər iki halda (daha dəqiq desək, çoxsaylı oxşar hallardan hələlik nəzərdən keçirdiyimiz ikisində) məsələnin mahiyyətində eyni motivasiya – "Kia Motors Az” MMC-nin rəhbərliyinin bu ölkənin həm vətəndaşlarına, həm də qanunlarına qarşı sərgilədiyi etinasızlıq durur.

    Rublika.az


    Facebook-da paylaş