• Səlim müəllim! İnsanların yardımlarını kəsməklə insanları dövlətdən narazı salmaqdansa, mənimsədiyiniz pullarını qaytarmaq daha ədalətli olar

    Səlim müəllim! İnsanların yardımlarını kəsməklə insanları dövlətdən narazı salmaqdansa, mənimsədiyiniz pullarını qaytarmaq daha ədalətli olar

    Məlumdur ki, Səlim Müslümov nazir olduqdan sonra ölkədə 2006-cı ildən həyata keçirilən və kasıb ailələrin sosial müdafiəsində vacib rol oynayan ünvanlı dövlət sosial yardım sistemini özünün korrupsiya maraqlarına tabe etdiyindən sistem eybəcər bir hala düşdü. Hazırda ünvanlı sosial yardım sistemi ancaq de yure mövcuddur. Faktiki olaraq kasıb ailələr ünvanlı sosial yardım ala bilmirlər. Bunun səbəbi isə yenə də Səlim Müslümovun korrupsiya maraqlarıdır. Belə ki, kasıb insanlardan daha çox pul almaq üçün Səlim Müslümov 2015-ci ildən ünvanlı sosial yardımın təyinat müddətini 1 ildən 2 ilə qaldırdı. Belə olan halda onun işçiləri rahat şəkildə vətəndaşlara 2 illiyə təyin olunan yardımın 8-9 ayını onlardan alıb mənimsəyə bildilər. Səlim Müslümov isə korrupsiyanı pərdələmək üçün çıxıb dedi ki, bunu korrupsiyanı aradan qaldırmaq üçün edirik. Nəticədə nə oldu? Səlim Müslümov özünün korrupsiya maraqlarını təmin etmək naminə dövlət büdcəsində 2 il üçün əlavə yük yaratdı. Həm də 2 ilin planını artıqlaması ilə doldurduğundan yardıma ehtiyacı olan kasıb insanları yardım almaqdan məhrum etdi.Həmdə yardımın 8-9 ayını mənimsəyə bilirlər deyə kimə gəldi yardım təyin etdilər. Məsələn, Bakının Xəzər rayon ƏSMM-də yardımlar sadəcə hərraca çıxarılmışdı. İmkanlı adamlara, nəqliyyat vasitələri olanlara belə yardım təyin olunub. Nazirliyin aparat rəhbəri Əjdər cəbiyev dostu Xəzər rayon ƏSMM-nin direktor müavini rza əhmədova təki pul gətir nə istəyirsən elə əmrini vermişdi. Ona görə elə bil Xəzər rayonunda aclıq baş qaldırmışdı. Respublikada ən çox yardım bu rayonda təyin olundu. Çox təəssüf ki, Səlim Müslümovun bu əməlləri barədə cənab Prezidentə məlumat verən biri tapılmır. Hazırda Səlim Müslümovun korrupsiya əməllərinin bədəlini dövlət ödəməyə məcbur qalıb. Səlim Müslümov kasıb vətəndaşlarla dövləti üz üzə qoyub. 8-9 ayın pulunu aldıqlarından kimə gəldi yardım təyin etməklə hakimiyyəti fakt qarşısında qoydular. Hazırda yardımların ödənməsində çətinliklər yaranmağa başlayıb. İndi hamını düşündürən əsas sual budur: dövlət Səlim Müslümovun korrupsiya əməllərinin nəticəsini öz üzərinə götürməlidirmi? Bu suala birmənalı yox cavabını vermək olar. Bəs o halda başqa çıxış yolu varmı? Bəli, əlbəttə ki, var. Səlim Müslümovla Əjdər Cəbiyevin kasıblardan yığdıqlarını onlara qaytarmaqla. Təkcə Səlim Müslümovun, Əjdər Cəbiyevin, Nəsimi rayon ƏSMM-nin direktoru Gülnarə salahovanın və Xəzər rayon ƏSMM-nin direktor müavini Rza Əhmədovun ünvanlı sosial yardımdan yığdıqları pulları geri qaytarılsa bununla kasıb ailələrə bir neçə il yardım ödəmək olar. Bunu etmək isə heç də çətin iş deyil. Onları çağırıb onlara bunu edin demək məncə kifayət edər. Çünki əks halda onlar da yaxşı bilirlər ki, Dövlət Təhlükəsizlik Xidməti qısa müddətdə onların bütün əmlaklarını asanlıqla üzə çıxara bilər. Təkcə xırda məmur Rza Əhmədovun əmlakı üzə çıxarılsa hamı şoka düşəcəkdir. Aylıq 300 manat əmək haqqı alan bu şəxs Bakıda 7-8 mənzilə sahibdir. Özü 50-60 minlik toyota prodo avtomobili sürür. "Ali təhsilini” Elşad Abdullayevin ABU-sunda nəqliyyat fakültəsində alıb. Bal toplayaraq TQDK xətti ilə qəbul olmaqla yox, saxta yolla ora düzəlməklə. Belə yerdə deyirlər: dövlət anan ağlamasın neynəsin? Saxtakar "nəqliyyatçı” sosial sahədə at oynadır. Nəsimi rayon ƏSMM-nin özündən müştəbeh direktorunun isə Yasamal rayon ƏSMM-də işlədiyi vaxtda kasıbların yardımlarını talaması faktı üzə çıxarılsada özü işdən çıxarılmadı, sadəcə Yasamaldan Nəsimiyə göndərildi. Nazirlikdən göndərilən yoxlama ondan 90 minlik rüşvət siyahısı aşkarlasa da aparat rəhbəri Əjdər Cəbiyevin dostudur deyə onu işdən çıxaran olmadı. Bəli belə absurdlar ancaq Səlim Müslümov kimi birinin rəhbərlik etdiyi nazirliyin tabeliyində olan idarələrdə baş verə bilər. Normalda isə onun işi prokurorluğa verilməli və o törətdiyi əməllərə görə cavab verməliydi. Təəssüf ki, olmadı. Amma ümid edirik ki, bu gec tez olacaq. Belə adam ömürlük məsuliyyətdən kənarda qala bilməz. Özüdə bilməlidir ki, nə qədər ki, o sahədə işləməklə korrupsiyaya yol verəcəkdir o vaxta qədər onun əməlləri mütəmadi olaraq ifşa olunacaqdır. Yasamalda etdiyi qanunsuzluqlarının sübuta yetirilməsi üçün isə daim iş aparılacaqdır. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, bunların yığdıqlarını geri qaytarmağın zamanı çatıb. Ona görə də yubanmadan ünvanlı sosial yardımların maliyyələşdirilməsinin bu mənbəyini işə salmaq lazımdır. İnsanların yardımlarını kəsməklə insanları dövlətdən narazı salmaqdansa, onlardan mənimsənilən pulları onlara qaytarmaq daha ədalətli olar. Cavid Əliyev

    Rublika.az


    Facebook-da paylaş