• Masallı təhsilində qanunsuzluq... - Şikayətçi "hə", direktor "yox" deyir

    Masallı təhsilində qanunsuzluq... - Şikayətçi "hə", direktor "yox" deyir

    Masallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevdən şikayətçidir. Belə ki, Masallı sakini redaksiyamıza göndərdiyi müraciətdə direktoru qohumbazlıqda, qanunsuzluqda günahlandırır: "Bu məktəbin şagirdlərinin adları bəzən uzaq qonşuluqda yerləşən Şığdaş və Qodman məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdən şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır. Məktəbin direktoru millət vəkili Hadı Rəcəblinin "prinsiplərinə” uyğun olaraq günün ikinci yarısından etibarən bənnalıqla məşğuldur. Halbuki o bu zaman məktəbin əsas işlərini, xüsusən, dərnək və dərsdənkənar məşğələlərin məktəbdə keçirilməsini təmin etməklə məşğul olmalı idi".(reallıq)Şikayətçi Xanbala Qafarov Onun sözlərinə görə, Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, məktəbdə adları müəllim və laborant kimi qeyd olunub, onlara maaş yazılır. O həmçinin bunu təsdiqləyən səndələri də təqdim edərək araşdırmaların aparıldığını tələb edib: "Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masalı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə mənə göndərilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir. Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı görünür. Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən gəlini Ülkər Məmmədlinin də laborant işləməklə (Bakıda yaşasa da. X.Q) bu vəzifəyə uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilir ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib. Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafəsdən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur". Təhsil şöbəsinin şikayətçiyə verdiyi rəsmi cavab "Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Narliyinin saytında bu məktəbdə ibtida sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə məktəbdə yoxdur. Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı direktor tərəfindən mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər", - vətəndaş yazır. DSMF-nin təqdim etdiyi sənəd Məktəbin direktoru Şərafət Əliyev isə Xanbala Qafarovun şikayətinin əsassız və böhtan olduğunu bildirib: "Oğlum 2011-ci ildən məktəbdə işləmir. Bu barədə Təhsil Nazirliyinə də məlumat verilib. Gəlinim də əvvəllər analıq məzuniyyətində olub, 2015-ci ilin sentyabrından isə Bakıda yaşayır və məktəbdə işləmir. Qardaşım qızı Əliyeva Şahanə ilə bağlı dedikləri də yalandır. O, Lənkəranda ailə qurub, amma məktəbin müəllimidir. 2009-cu ilədən məktəbdə işləyir və hər gün dərsə gedib-gəlir. Şagird köçürmələri və əlavə məvaciblərlə bağlı dedikləri də həqiqətəuyğun deyil, çünki bu məsələni 2011-ci ildən yazır, amma Maliyyə Nazirliyinin yoxlamaları zamanı da belə bir fakt təsdiqlənmədi. Digər adlarını çəkdiyi şəxslərlə bağlı dedikləri də böhtandır. Bunun işi ancaq insanları, məktəbləri şantaj etməkdir. Yoldaşı Qafarova Zəminə əvvəl 6 il saxta diplomla müəllim işləyib.
    Təhsil Nazirliyi o vaxt saxta diplomlarla işləyən müəllimlərin siyahısını təqdim edəndə onun da adı çıxdı. Sonra da bu başqa bir sənədlə yoldaşını məktəbə düzəldib. Guya həyat yoldaşı Gəncə Məişət Kollecinin Masallı filialını bitirib. Amma Masallıda belə bir filial olmayıb, Gəncədə də bu məktəbin olduğunu təsdiqləyən olmayıb. Bəlkə də, adı olub, özü yox. İndi durub məni və məndən başqa da digər məktəbləri şantaj etməklə məşğuldur. Bu adam özü Naxçıvan sakinidir, hər dəfə bir sənəd göstərir, gah Masallı sakini, gah da Naxçıvan sakini. Ona görə də mən bu böhtanlarla bağlı məhkəməyə müraciət etməyi düşünürəm".

    Rublika.az


    Facebook-da paylaş