• Zakir – Vuqar cütlüyü DÖVLƏTİ soyub talayır

    Zakir – Vuqar cütlüyü DÖVLƏTİ soyub talayır

    Sumqayıtda milyonlar mənimsənilir, aidiyyatı qurumlar isə susur

    Son günlər bir sıra mətbu orqanlarda imzamla dərc olunan və faktlara əsaslanan araşdırma yazılardan sonra Sumqayıt şəhər rəhbərliyi heç də xoş olmayan münasibət sərgiləməkdədir. Baxmayaraq ki, biz Sumqayıtda cinayətkar şəbəkə yaradan və dövlətin küllü-miqdarda vəsaitini mənimsəyən “Ən Ucuz” Marketlər və ticarət mərkəzlərinin sahibi Vüqar Rəsul oğlu Qələndərovun qanunsuz əməllərindən bəhs etməkdəyik. Lakin, Sumqayıt şəhər icra başçısı dövlətə küllü- miqdarda ziyan vuran Vüqar Qələndərovu özünə şərik etməklə qanunsuzluqlara şərait yaradır və öz şəxsi maraqlarını həmişə olduğu kimi dövlətin maraqlarından üstün tutmaqdadır.

    Zakir Fərəcovun ermənilərlə işbirliyi və digər özbaşınalıqları haqqında yazdığım yazılar sumqayıtlılar tərəfindən rəğbətlə qarşılanmaqdadır. Və ümid edirəm ki, ölkə başçısı bu şəxsin qanunlarla tənzimlənməyən əməllərinə hüquqi qiymət verilməsinə tapşırıq verəcək.

    Bu gün cəmiyyəti ən çox düşündürən mövzulardan biri də Zakir Fərəcovun şəriki və bir zamanlar Fərəcovu otağında təhqir edən, lakin indi dostlaşan Vüqar Qələndərovun dövlət vergisindən gizlətdiyi və mənimsədiyi milyonların hesabının sorulmamasıdır. Maraqlıdır ki, Vüqar indi də dövlətin bəzi məmurlarına rüşvət verməklə cinayət tərkibli əməllərini ört-basdır etməkdədir. Və təbii ki, Zakir Fərəcovun şəriki olmaq onu qanunları tapdalamaq səlahiyyəti verməkdədir. Bəs görəsən ölkənin vergi nəzarətinin başında duran Fazil müəllim bu barədə nə düşünür. Biz, Realliq.info olaraq ilk öncə illərlə Zakir – Vüqar cütlüyünün dövlətdən hansı yollarla milyonlarla vəsaitləri oğurladıqlarına aydınlıq gətirək və inanaq ki, keçmişi quldurluqla başlayanların hörmətli Vergilər naziri ilə əlaqəsi ola bilməz. Gəlin faktlara diqqət edək:

    Realliq.info qeyd edir ki, Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, icra başçısı Zakir Fərəcovun şəriki və eyni zamanda adıçəkiləni ən çox təhqir edən - Qələndərov Vüqar Rəsul oğlunun rəhbərlik etdiyi altı ticarət mərkəzində ciddi qanun pozuntuları vardir. Realliq.info –nun araşdırmasına görə hər bir ticarət mərkəzində ayrı-ayrılıqda baş verən qanun pozuntuları aşağıdakı kimidir.

    1. “ƏN UCUZ” “HİPER” ticarət mərkəzi :Ünvan Sumqayıt şəhəri 10-cu mkr,Babək küçəsi ,8a.

    Faktiki olaraq vergi tutulan dövriyyə ay üzrə 1500.000 manat olduğu halda vergi ödəyicisi aylıq ƏDV hesabatında vergi tutulan dövriyyəni 55.000 manat məbləğində göstərilmişdir. Bu da faktiki olaraq hər ay 1.445.000 manat 18 % dərəcəsi ilə əlavə dəyər vergisinə cəlb olunan əməliyyatı ,vergiyə cəlb etməməklə 220.423 manat əlavə dəyər vergisinin dövlət büdcəsindən yayındırılmasıdır. Bu da il ərzində 2.645.000 manat ƏDV –nin dövlət büdcəsindən yayındırılmasıdır . Habelə vergi ödəyicisi dövriyyəni gizlətməklə faktiki olaraq büdcəyə ödəməli olan illik gəlir vergisində dövlət büdcəsindən yayındırılmışdır. Əgər nəzərə alsaq ki,vergi ödəyicisi 10% orta rentabellik dərəcəsi ilə fəaliyyət göstərir, onda belə nəticəyə gəlmək olar ki,gizlədilmiş 1.445.000 manat dövriyyəni təqribən 131.360 manatı sahibkarın aylıq xalis gəliridir.(Bu faiz isə standart vergi hesablama metodu ilə hesablanır. Belə ki , 1.445.000 manat 110 % bölünür, 10% vurulur. Əgər şəxs 15% rentabellik ilə işləsəydi 115% bölünüb ,15% vurulacaqdır). Bu da il ərzində büdcədən yayındırılmış 315.264 manat fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir vergisidir. Həmçinin sahibkar faktiki fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında uçota qoyarkən yenədə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, uçota alınmış obyektin faktiki sahəsi 4000kvm olduğu halda rəsmi olaraq 150 kvm uçota alınmışdır.Və nəticədə 3850 kvm sahəyə bağlanmış icarə müqaviləsində qeyd edilmiş,nə də vergi uçotuna alınmışdır. Belə ki,icarə haqqının məbləği vergitutma məqsədləri üçün Vergi Məcəlləsini 14.3.5-ci maddəsinə və AR.Konstitusiya Məhkəməsi plenumunun 12 mart 2012-ci il tarixli qərarına əsasən bazar qiyməti ilə deyil,hansısa bir simvolik rəqəm ilə götürülmüşdür. Əgər həmin obyektin hər kvm-nə görə icarə haqqı məbləği minumum 5 manatdan hesablanarsa,onda icarə müqaviləsində göstərilməli olan aylıq icarə haqqı məbləği 19.250 manat olmalıdır (3850 kvm x 5 manat ).Bu zaman Vergi Məcəlləsinin 124.1 –ci maddəsinə əsasən hər ay büdcəyə ödənilməli olan 2695 manat (19.250 manat x14%) vergi dövlət büdcəsindən yayındırılır. Bu da il ərzində 32.340 manat icarə haqqında görə ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsindən yayındırılması deməkdir. Həmçinin fiziki şəxsin fəaliyyət göstərdiyi ticarət obyektində faktiki olaraq 166 nəfər çalışdığı halda, sahibkar yalnız 15 nəfər ilə əmək müqaviləsi bağlanmış və 151 nəfəri əmək müqaviləsi olmadan ( hüquqi qüvvəyə minmədən ) çalışdırılmışdır. Bu da Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən (AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmə müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə ( azaldılmasına ) şərait yaratdıqlarina görə işə götürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyasi tətbiq edilir ) 151.000 manat məbləğində cərimə ilə nəticələnməlidir. Həmçinin bu əməl AR Cinayət Məcəlləsinin 162-1 maddəsinə əsasən (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) yeddi min manatdan on min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Həmçinin sahibkar əmək müqaviləsi olmadan çalışdırdığı 151 nəfərə gördüyü işlərə görə ödədiyi əmək haqqını rəsmi əmək haqqı fonduna daxil etməmiş,təbii olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəliyindən vergisini tutmayaraq dövlət büdcəsinə ödəməmişdir. Belə ki ,sahibkar faktiki ticarət mərkəzində çalışan işçilərə ay üzrə 40.300 manat əmək haqqı ödəmiş ,amma rəsmçi hesabatlarda əmək haqqı fondu az göstərilmişdir. Bununda nəticəsində Vergi Məcəlləsinin 150.1.2 və 101-ci maddələrinə əsasən hər ay təqribən 3000 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi (Vergi Məcəlləsinin 102-ci maddəsində göstərilən güzəştlər nəzərə alınmaqla ) dövlət büdcəsindən yayındırılmışdır. Realliq.info qeyd edir ki, bu da il ərzində 36.000 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən verginin dövlət büdcəsindən yayındırılması deməkdir. Əgər nəzərə alsaq ki, vergi ödəyicisi il ərzində yuxarıda qeyd olunduğu kimi 3.028.688 manat məbləğində vergini (2.645.084 manat ƏDV +315.264 manat fiziki şəxsin illik gəlir vergi+32.340 manat icarə haqqında ÖMV+36.000 manat MÖMV ) dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır. Əgər Vergi Məcəlləsinin 58.1-ci maddəsinin ( verginin hesabatda göstərilən məbləği , verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilir) tələblərini nəzərə alsaq onda vergi ödəyicisinə 1.514.344 manat (yayındırılmış 3.028.688 manat məbləğin50%) məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir.Beləliklə vergi ödəyicisi tərəfindən 4.543.000 manat məbləğ , o cümlədən 3.028.688 manat vergilər üzrə ,1.514.319 manat maliyyə sanksiyası və 151.000 manat vergi məcəlləsinin 58.10-cu maddəsinə əsasən vergi dövlət büdcəsindən yayındırılmışdır.

    Həmçinin sahibkar yuxarıda qeyd edildiyi kimi 151 nəfər işçini əmə müqaviləsi bağlamadan ( hüquqi qüvvəyə minmədən ) çalışdırdığı üçün “Sosial Sığorta Haqqında “ AR.qanununun tələblərində pozmuşdur. Bunun nəticəsində hər ay “Sosial Sığorta Haqqında “AR qanununun 14 maddəsinə əsasən işçilərə ödənilən əmək haqqının 25 % olan 11.325 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı büdcədən yayındırılmışdır. Bu da il ərzində büdcəyə çatası 135.900 manat məcbur dövlət sosial sığorta haqqının büdcədən yayındırılması deməkdir. Habelə “Sosial Sığorta Haqqında”AR qanununun 21-ci maddəsinə əsasən sığortaedənə tətbiq olunmalı olan maliyyə sanksiyaları da nəzərə alınarsa büdcədən külli miqdarda məbləğin yayındırılmasına şahid oluruq.

    2.ƏN UCUZ “ƏLİ -94” Ticarət Mərkəzi . Ünvan : Sumqayıt şəhəri 3-cü mikrorayon, Sülh küçəsi , 19/33.

    Faktiki olaraq vergi tutulan dövriyyə 600.000 manat olduğu halda vergi ödəyicisi aylıq vergi hesabatında vergi tutulan dövriyyənin 40.000 manat məbləğində göstərilmişdir. Bu da faktiki olaraq hər ay 560.000 məbləğində 18% dərəcəsi ilə ƏDV –yə cəlb edilməməklə 85.423 manat ƏDV –nin dövlət büdcəsindən yayındırılması deməkdir. Və bu il ərzində 1.025.000 manat ƏDV-nin dövlət büdcəsindən yayındırılmasıdır . Əgər nəzərə alsaq ki,vergi ödəyicisi 10% orta rentabellik dərəcəsi ilə fəaliyyət göstərir. Onda belə nəticəyə gəlmək olar ki ,gizlədilmiş 560.000 manat dövriyyənin təqribən 50.909 manatı sahibkarın aylıq xalis gəliridir ( bu faiz standart vergi hesablama metodu ilə hesablanır.Belə ki,560.000 manat 110 % bölünür,10% vurulur. Əgər şəxs 15% rentabellik ilə işləsəydi onda həmin rəqəm 115% bölünüb ,15% vurulmalı idi. Bu da il ərzində büdcədən yayındırılmış 122.181 manat fiziki şəxsin sahibkar lıq fəaliyyətindən əldə etdiyi gəlir vergisidir. Həmçinin sahibkar fəaliyyət göstərdiyi obyektin vergi orqanlarında qeydiyyata qoyarkən yenə də qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki ,uçota alınmış obyektin faktiki sahəsi 600kvm olduğu halda rəsmi olaraq 150 kvm kimi uçota alınmışdır.Və nəticədə 450 kvm sahə nə icarə müqaviləsində ,nə də vergidə uçota alınmamışdır.Belə ki ,icarə haqqı məbləği vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 14.3.5 –ci maddələrinə və AR Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarına əsasən bazar qiymətlərlə deyil,hansısa bir simvolik rəqəmlərlə götürülmüşdür. Əgər həmin obyektin hər kvm-nə görə icarə icarə haqqı məbləği minimum 5 manatdan hesablanarsa onda icarə müqaviləsində göstərilməli olan aylıq icarə məbləği 2250 manat olmalıdır (450 kvm x 5 manat). Bu zaman Vergi Məcəlləsinin 124.1 maddəsinə əsasən hər ay büdcəyə ödənilməli olan 315 manat (2250 x 14%) vergi dövlət büdcəsindən yayındırılmışdır. Bu da il ərzində 3780 manat icarə haqqına görə ödəmə mənbəyindən tutulan verginin büdcədən yayındırılması deməkdir. Həmçinin fiziki şəxsin fəaliyyət göstərdiyi ticarət obyektində 84 nəfər işçi çalışdığı halda ,sahibkar yalnız 15 nəfər ilə əmək müqaviləsi bağlamış və 69 nəfər əmək müqaviləsi olmadan (hüquqi qüvvəyə minmədən) çalışdırılmışdır. Bu da Vergi Məcəlləsinin 58.10 –cu maddəsinə əsasən (AR Əmək Məcəlləsinin də nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə ( azaldılmasına şərait yaratdıqlarında görə işəgötürənə hər bir belə şəxs üzrə 1000manat məbləğində maliyyə sanksiyası tətbiq edilir) 69.000 manat məbləğində cərimə ilə nəticələnməlidir. AR Cinayət Məcəlləsinin 162-1 maddəsinə əsasən (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işi yerinə yetirməsinə cəlb edilməsi) yeddi min manatdan on min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Həmçinin sahibkar əmək müqaviləsi olmadan çalışdırdığı 69 nəfərin gördüyü işlərə görə ödədiyi əmək haqqını rəsmi əmək haqqı fonduna daxil etməmiş, təbii olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergini tutmayaraq dövlət büdcəsinə ödəməmişdi. Belə ki,sahibkar faktiki olaraq ticarət mərkəzində çalışan işçilərə ay üzrə 19.740 manat əmək haqqı ödəmiş, amma rəsmi hesabatlarda əmək haqqı fonduna az göstərilmişdir. Bununla da Vergi Məcəlləsinin 150.1.2 və 101-ci maddələrinə əsasən hər ay təqribən 966 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən (Vergi Məcəlləsinin 102 maddəsində göstərilən güzəştlər nəzərə alınmaqla)vergi dövlət büdcəsindən yayındırılmışdır. Bu da il ərzində 11.592 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən verginin dövlət büdcəsindən yayındırılması deməkdir. Əgər nəzərə alsaq ki,vergi ödəyicisi il ərzində yuxarıda qeyd edildiyi kimi 1.184.372 manat məbləğində verginin (1.025.000 ƏDV+ 122.181 manat fiziki şəxsin illik gəlir vergisi +3780 manat icarə haqqında vergi + 11.592 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən verginin ) dövlət büdcəsinə ödənmədən yayındırılmışdır. Əgər Vergi Məcəlləsinin 58.1 maddəsinin ( vergi hesabatında göstərilən məbləğin vergi hesabatında göstərilməli olan məbləğə nisbətən azaldılması,vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilir) tələbləri nəzərə alsaq onda vergi ödəyicisinə 582.186 manat ( yayındırılmış 1.184.372 manat manat məbləğin 50% ) məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır. Beləliklə vergi ödəyicisi tərəfindən 1.766.558 manat məbləğ o cümlədən 1.184.372 manat vergilər üzrə 582.186 manat maliyyə sanksiyası + 69.000 manat (Vergi Məcəlləsinin 58.10 maddəsinə görə ) verginin dövlət büdcəsindən yayındırılmasıdır . Həmçinin sahibkar yuxarıda qeyd edildiyi kimi 69 işçini əmək müqaviləsi bağlamadan ( hüquqi qüvvəyə minmədən çalışdırdığı üçün “Sosial Sığorta Haqqinda “ AR qanununun tələblərini də pozmuşdur.Bunun nəticəsində hər ay “Sosial Sığorta Haqqında “ AR qanununun14 maddəsinə əsasən işçilərə ödnilən əmə haqqının 25% miqdarında yəni 4053 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı büdcədən yayındırılmışdır. Bu da il ərzində büdcəyə çatası olan 48.645 manat məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsindən yayındırılması deməkdir . Habelə “Sosial Sığorta Haqqinda”AR qanununun 21 maddəsinə əsasən sığortaedənə tətbiq olunmalı olan maliyyə sanksiyasında nəzərə alsaq büdcədən külli miqdarda vəsaitin yayındırılmasının şahidi oluruq.İkram Rəhimov



    Rublika.az


    Facebook-da paylaş