• Elşən Kazımov Ramiz Zeynalovun yerinə hazırlaşır

    Elşən Kazımov Ramiz Zeynalovun yerinə hazırlaşır

    «Mən «051»əm, mənə özümə görə hörmət qoyulmalıdır» deyən rəis müavinini Ayaz Mütəllibov, Əli Kərimli və Əlikram Hümbətovla nə birləşdirir?

    Baş DYP-nin rəis müavininə «051» uğrunda apardığı mübarizədə yeni qohum olduğu şəxslər yaxından köməklik göstərib Bu ilin may ayında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, polis polkovniki Ramiz Hüseynovun yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilməsindən sonra onun yerinə təyin olunan Elşən Kamal oğlu Kazımovun gəlişindən sonra nəinki paytaxt Bakının, ümumilikdə ölkənin yol polisi sistemində ciddi geriləmə müşahidə olunmağa başladı. Belə ki, Elşən Kazımovun bundan öncə Baş Dövlət Yol Polisi İdarəsinin təşkilati-inspektor şöbəsinin rəisi, Baş İdarənin qərargah rəisi vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, onun bu vəzifəyə təyinatı yol polisi sistemində çalışanların böyük əksəriyyətini yetərincə məyus edib. Elşən Kazımov Fehruz Əhmədovun ölümünü niyə və nəyin qarşılığında ört-basdır edib? Elşən Kazımovun sürücülərlə normal rəftar etməyi bacarmayan, etdikləri qanun pozuntularına müxtəlif yollarla bəraət qazandırmağa çalışan yol polisi inspektorlarını müdafiə etdiyini və əlində olan imkanlardan istifadə edərək onları mümkün təhlükələrdən sığortaladığını iddia edən mənbənin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini bəzi məqamlarda məhz şəxsi maraqlarından çıxış edən yol polislərinin hamisi kimi tanınır: «Hələ bu, harasıdır. Elşən Kazımov son zamanlar Baş DYPİ-nin rəisi general-mayor Ramiz Zeynalovun yerinə hazırlaşır. Bu da azmış kimi, o, qeyd olunan posta iddialı olduğunu az qala hər fürsətdə biruzə verməyə çalışır. Bildirilir ki, uzun illər «051» uğrunda apardığı mübarizədən qalib çıxdıqdan sonra indi artıq Ramiz Zeynalova da üstün gəlmək fikrinə düşüb. Onu da nəzərinizə çatdırım ki, kobud qayda pozuntusuna yol verən, vəzifəsini layiqincə icra etməyi bacarmayan bəzi yol polisi inspektorları heç nədən və heç kimdən çəkinmədən öz bildiklərini sərgiləməkdədirlər. Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımov bu tip məsələlərdə xüsusi fəallıq nümayiş etdirir. Belə ki, qayda pozuntusuna yol verən yol polisi inspektorlarının məhz Elşən Kazımov tərəfindən müdafiə olunduğu qeyd olunur. Deyilənlərə görə, o, nəyinsə müqabilində qayda pozuntusuna yol verən, vəzifə borcuna səhlənkar yanaşan yol polisi inspektorlarını müdafiə edir. Bundan başqa, paytaxtda, eləcə də ölkənin digər şəhər və rayonlarında baş vermiş yol qəza hadisələri, həmçinin həmin hadisələrlə bağlı cinayət işləri və şikayətlər məhz Elşən Kazımovun nəzarətindədir. O, bu məsələlərdə də bir sıra addımlar atır ki, həmin işlərin sonu isə sürücülərin maraqlarına cavab vermir.(haqqinsesi)Bilirsiniz, son məlumatlara görə, Azərbaycan Respublikasının istər kənd rayonları, istərsə də Bakı şəhər rayonları daxil olmaqla hərəkətə daxil olan yolların hamısı görüntülərlə, yəni kameralarla əhatə olunub. Lakin buna baxmayaraq, baş vermiş bəzi yol-nəqliyyat hadisələrinə səbəb olan, cinayət törətmiş, yol hərəkət qaydalarını kobud surətdə pozan, hətta insan ölümünə səbəb olan şəxsləri tapmaq heç cür mümkün olmur. Heç uzağa getməyək. Buna bir müddət əvvəl Elşən Kazımovun ört-basdır etdiyi mərhum Fehruz Əhmədovun ölümünü misal göstərmək olar». Bu cür halların bir yox, onlarla, hətta yüzlərlə olduğunu bildirən məlumatlı şəxs qeyd edir ki, bütün bunlar Elşən Kazımovun ona göstərilən etimadı doğrultmadığını, bu səbəbdən də onun Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışmasının bir qədər müəmmalı olduğunu deməyə əsas verir. Maraqlıdır, görəsən həmin gizlədilən ölüm hadisələrinin sahibləri onları narahat etmirmi? Həmin ruhlar Elşən Kazımovun narahatlığına səbəb olmurmu? Baş vermiş avtoqəzalar nəticəsində həyatını itirmiş şəxslərin ruhları gecələr onun rahat yatmasına mane olmurmu?.. «051»ə təyin olunduğu 6 ay deyil, lakin Elşən Kazımov yerə-göyə sığmır Bu arada, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavininin eks-prezident, adı ölkə tarixində heç də müsbət tərəfdən anılmayan Ayaz Mütəllibovun yaxın adamı, onun «sağ əli» olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, Elşən Kazımov məclislərin birində «Ayaz Mütəllibovla qohumluq əlaqələrimi heç də gizlətmirəm», deyə bəyan edib: «Bundan başqa o, öyünə-öyünə deyib ki, o vaxt Ayaz Mütəllibov Bakıya hamıdan xəbərsiz, gizli şəkildə gələndə onu məhz mən müşayət etmişəm. Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun bu qədər arxayın olmasının tamam başqa səbəbləri var. Bildirilir ki, «051» uğrunda apardığı mübarizədə ona yeni qohum olduğu şəxslər yaxından köməklik göstərib, ciddi dəstək nümayiş etdiriblər. Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini özü də hər yerdə bu barədə danışır və yeni qohumlarının hər zaman onun yanında olduqlarını bəyan edir. Məsələnin maraqlı tərəfi ondadır ki, «051»ə təyin olunduğu 6 ay deyil, lakin Elşən Kazımov yerə-göyə sığmır. Bildirilir ki, artıq o, özünə milyonluq obyektlər axtarmağa başlayıb. Görünən odur ki, yeni vəzifəsi Elşən Kazımova yaman düşərli olub». Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini heç nədən çəkinmədən «Mütəllibov bizim adamdır» deyə aləmə car çəkir Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, az qala bütün DYP rəisləri, yol polislərinin əksəriyyəti Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovdan narazıdır: «Deyilənlərə görə, hazırda Elşən Kazımova tabe olan işçilər arasında cəbhəyönümlülər, AXCP sədri Əli Kərimliyə xüsusi simpatiya bəsləyənlər var. Buradan da belə görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımov Ayaz Mütəllibova, onun tabeliyində olan bəzi şəxslər isə Əli Kərimliyə rəğbətlə yanaşır. Bu isə əsla yol verilməzdir. Çünki həm Ayaz Mütəllibov, həm də Əli Kərimli zaman-zaman ümummilli maraqlara zidd addımlar atıb və elə bu səbəbdən də xalqın gözündən düşüblər. Ramiz Zeynalovun yerinə iddialı olan Elşən Kazımov isə heç nədən çəkinmədən «Mütəllibov bizim adamdır» deyə az qalır ki, aləmə car çəksin». Elşən Kazımov ölkə ərazisindəki MMX-lara nəzarət etdiyi dönəmlərdə bir çox ağır yol-nəqliyyat hadisələrinin üstü örtülü qalıb. Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Elşən Kazımov ölkə ərazisindəki MMX-lara nəzarət etdiyi dönəmlərdə bir çox ağır yol-nəqliyyat hadisələrinin üstü örtülü qalıb: «Deyilənlərə görə, onun zamanında yüzlərlə ölüm hadisəsinin səbəbi bilinmədən, dövlət tərəfindən ödənilən pullar hesabına araşdırılmadan bağlanıb. Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini əlində olan imkanlardan istifadə edərək həmin hadisələrin ört-basdır edib, gizlədib».
    Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Elşən Kazımov məclislərin birində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov haqqında xoşagəlməz ifadələr səsləndirib. Belə ki, «Nuşirəvan Səfərov mənim kurasiyamdadır. O, kimdir ki, sözümün üstünə söz qoya, kəlməmim qarşısında nəsə danışa. Onun bütün gördüyü qara işlər haqqında dolğun məlumata malikəm» deyən Elşən Kazımov məhz "malikəm" sözü ilə hansı fikirləri o çatdırmağa çalışır. Bir daha onu sübuta yetirir ki, DYP sistemində həm özündən yüksək vəzifədə duran şəxsləri, həm də özünün tabeliyində olan şəxsləri müxtəlif yollarla təhdid etməyə çalışır: «Dünənə qədər MMX-lar vasitəsilə sürücülərə əsassız yerə problemlər yaradan, onların əlavə xərcə düşməsinə səbəb olan bu şəxs – Elşən Kazımov bu gün Baş Dövlət Yol Polisi İdarəsi kimi mühüm, dövlət əhəmiyyətli bir qurumun rəhbərliyində təmsil olunur. Deyilənlərə görə, onun adıçəkilən idarənin rəis müavini vəzifəsinə gətirilməsindən sonra Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyət, sadə vətəndaşlar arasındakı nüfuzuna ciddi xələl dəyib. Halbuki dəfələrlə ən yüksək səviyyədə bildirilib ki, vətəndaşlarla, ölkənin sayılıb-seçilən insanları ilə xüsusi nəvazişlə davranmaq lazımdır. Daha vətəndaşlara demək olmaz ki, get əlin hara qəlbidirsə ora qoy». O, xaricdə olarkən bəzi rəsmi şəxslərin və qurumların, bir sözlə hökumətin əleyhinə xoşagəlməz fikirlər səsləndirib Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavininin xaricdə olarkən bəzi rəsmi şəxslərin və qurumların, bir sözlə hökumətin əleyhinə xoşagəlməz fikirlər səsləndirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Elşən Kazımov məclislərin birində separatçı Əlikram Hümbətovun sanki, fəal tərəfdarı qismində çıxış edib: «Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini xaricdə olanda hökumətimizin əleyhinə olan adamlarla fikirlərini bölüşüb, rəsmi şəxslər və qurumlar haqqında arzuolunmaz sözlər işlədib. Qeyd olunur ki, hətta bir müddət öncə məclislərin birində «Əlikram Hümbətov bu ölkədə nə etmişdi ki, onu didərgin saldılar», deyə fikir də səsləndirib. Maraqlıdır, görəsən Elşən Kazımovun Əlikram Hümbətov sevgisi hardan qaynaqlanır? Nədir onu separatçı, illər öncə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə, ölkəni parçalamağa çalışan bu şəxslə bağlayan?..» Elşən Kazımovun yol verdiyi qanun pozuntularını ört-basdır edən, onu mümkün təhlükələrdən sığortayanlar kimlər, hansı qüvvələrdir? Sonda nəzərinizə çatdırmaq istərdik ki, yaxın günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun qohumlarının Ayaz Mütəllibov haqqında səsləndirdikləri fikirlərin mətbuatda yayılmasına, ictimaiyyətin bu barədə bilgiləndirilməsinə çalışacağıq. Eyni zamanda onun separatçı Əlikram Hümbətova olan rəğbətinin əsas səbəblərinin də kökünə gedəcəyik. Maraqlıdır, görəsən Elşən Kazımovu belə yüksək səviyyədə qələmə verən, onun yol verdiyi qanun pozuntularını ört-basdır edən, mümkün təhlükələrdən sığortayanlar kimlər, hansı qüvvələrdir? Bunların hamısı tezliklə gün üzünə çıxacaq və hər kəs Elşən Kazımovun əməllərilə bağlı yetərincə bilgiyə sahib olacaq.

    Rublika.az


    Facebook-da paylaş