• Təhsil şöbəsi müdiri bulvarda kafe açıb - Tükürpədən faktlar

    Təhsil şöbəsi müdiri bulvarda kafe açıb - Tükürpədən faktlar

    Astara sakini Rəşad Həsənov Əlövsət oğlu redaksiyamıza şok faktlar açıqlayıb

    Onun iddiaları təsdiqini taparsa sözügedən məmur cinayət məsuliyyətinə cəlb oluna bilər. Söhbət Astara rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovanın qanunsuz əməlləri barədə ittihamlardan gedir.

    R.Həsənov qeyd edib ki, Qızbəs Məmmədova tərəfindən 2004-2013-cü il tarixlərdə təhsil şöbəsinin balansında olan istismara yararsız VAZ -2104 markalı avtomobilə sürücü əmrləşdirilmiş, həmin avtomobil texniki baxışdan keçmədiyi halda yanacaq və ehtiyyat hissələri silinib:

    Astara sakini prezidentə müraciətdə yazıb: "Hazırda məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərslər baza təhsili olmayan müəllimlər tərəfindən keçirilir.(dosye)Sizin şəxsi təşəbbüsünüzlə əhalinin istirahətinin səmərəli keçirilməsi məqsədilə inşa edilmiş Astara dənizkənarı bulvarda Qizbəs Məmmədovanın sahibi olduğu kafedən yaz-yay aylarında əldə olunan əsas gəliri vergidən yayındırır.Təkcə onu demek bəs edər ki, yaz-yay aylarında bir çaynik çay 3-5 manat qiymətinə satılır. Astara şəhərində yerləşən 9 mərtəbəli binada hər birinin dəyəri 110.000 manat olan hər biri 3 otaqlı olan 2 mənzil, Bakı şəhərindəki mənzillər və hər oğluna qiyməti 50000 manatdan çox olan Volkswagen markalı avtomobillər alan müdirə xanım təxminən 540 manat əmək haqqı məvacibi ilə bunları necə alıb?

    2011-ci ildən bugünədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul edilib, amma testdən yüksək bal toplamış müəllimləri onun maddi tələbinə cavab vermədiyi üçün "vakant yer yoxdur" deyə işlə təmin etmir”.

    Şikayətçi redaksiyamıza bildirib: "Sual olunur nəyə görə və hansı məqsədlə? Nəyə görə sualını Qızbəs Məmmədovadan başqa heç kimcavab tapa bilməz bilməz.

    Amma məqsəd gələcəkdə savadsız vətəndaş yetişdirməkdir. Rəhbərlik etiyi müxtəlif illərdə təcrübəli müəllimlərin əvəzinə pedoqoji stajı olmayan şəxsləri birbaşa rayon Təhsil şöbəsinə onun tərəfindən metodist vəzifələrinə təyin olunmuşdur.

    2006-cı il tarixdən 2013-cü il tarixədək Qızbəs Məmmədovanın yaratdığı "Uşaq fonduna" hər ay müəllimlərin əməkhaqqı məvacibinin 1 faizi tutulmuşdur Həmin fonda toplanan pulun taleyi isə yaradıldıı kimi qaranlıq qalır.

    Qızbəs Məmmədova rəhbərlik etdiyi müddət ərzində təhsil işçilərinin Azad Həmkarlar komitəsinə öz maddi maraqları naminə məktublar yazaraq külli miqdarda pul vəsaitini qanunsuz olaraq xərcləmişdir.

    Qızbəs Məmmədova 2016-cı ilin avqust aylarında rəhbərlik adından istifadə edərək 10 nəfər rayon təhsil şöbəsinin işcilərindən və məktəb direktorlarından onun maddi maraqlarına cavab vermədiyi üçün "könüllü" ərizə alaraq işdən azad etmişdir.

    Sadəcə olaraq internet saytlarında "Qızbəs Məmmədova" və ya "Astara təhsil şöbəsi" yazıb axtarışa verilsə bu insanın nə kimi qanunsuzluqlara yol verdiyinin şahidi olarıq.

    Astara bulvarında "Yelkən" kafesinin sahibi olan bu vəzifəli şəxs oranı işlədən şəxsidə mükafatsız qoymayıb rayon məktəblərin birinə ibtidai hərbi hazırlıq üçün rəhbər təyin edib. Rayon məktəblərinin təmirinə ayrılan vəsaiti müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə smeta dəyərini şişirtməkdən belə çəkinməyib.

    Bunun üçün güya ki, təmir edilmiş Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı vəziyyətinə baxmaq yetər. Rayonda olan fiziki cəhətdən problemləri olan uşaqlarla güya ki, dərslər keçirilib amma hamisi kağız üzərində.

    2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manattıq Linqafon labaratoriyası niyə quraşdırıldı və niyə aktla geri götürüldüyünü Qızbəs Məmmədovadan başqa heç kim bilir”.

    Ünvanlanan məktubda əlavə olunur: "Qızbəs Məmmədova tərəfindən rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-6 qat şişirdilmələrə yol verilir. Belə ki, kimya labaratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti 400 manat qiymətləndirilmişdir.

    2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri orginal kimi sənədlərdə öz əksini tapsada, əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilmişdir.Mənim dediklərimi Hesablama Palatası tərəfində yoxlanılsa daha çox faktlar aşkar olunacaqdır.

    Bundan əlavə Qızbəs Məmmədovanın "qanunları"ilə ayaqlaşa bilməyən keçmiş məktəb direktorları Korrupsiyaya qarşı mübarizə orqanı tərəfindən dindirilsə mənim dediklərimin heç də yalan olmadına şahid olacaqsız.

    Amma onuda qeyd edim ki, nə qədər ki, Qızbəs Məmmədova vəzifədədir heç bir faktı aşkar etmək mümükün olmayacaqdır. Bütün bu faktlar Qızbəs Məmmədova vəzifədən uzaqlaşdırıldıqdan sonra öz təsdiqini tapacaqdır.

    Möhtərəm Prezident, mən bir vətəndaş kimi öz borcumu yerinə yetirdim və indi vicdanım rahatdı ona görə ki, bir məmurun özbaşınalığına qarşı fəal oldum”.

    Rublika.az


    Facebook-da paylaş