Donald Tramp ABŞ-ın 45-ci prezidenti oldu
ABŞ-da 58-ci prezident seçkilərində səsvermə başa çatıb.
Xarici medianın yaydığı xəbərə görə, Alyaska ştatında son seçki dairələri bağlanıb.
Son məlumatlara görə, Hillari Klinton 218, onun Respublikaçı Partiyasından olan rəqibi Donald Tramp isə 274 seçici səsi toplayıb. Beləliklə, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. Onun qələbəsi artıq rəsmən elan olunub.
Amerikada keçirilən prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp qalib gəldi. Tramp lazım olan 270 səsdən 274 səs alaraq, ABŞ-ın 45-ci prezidenti seçilib. Gözlənilməz olan bu nəticə Amerikadakı ssistemi də baş -ayaq edib. Belə ki, seçkilərin nəticələrinə görə, Respublikaçılar partiyası qanunverici hakimiyytə keçirilən seçkiləri də udub.
Yeni prezidentin 70 yaşı var.
Rublika.az
Facebook-da paylaş