• Dəniz Admnistrasiyasında baş verən “tufan” Qüdrət Qurbanovun “gəmisini batıracaqmı”? - Administrasiyanın rəisi Qüdrət Qurbanovu hakimiyyətin qəzəbinə gətirən ŞOK SƏBƏBLƏR - Qüdrət Qurbanov-Eldar Mahmudov dostluğunun gizlinləri üzə çıxdı

    Dəniz Admnistrasiyasında baş verən “tufan” Qüdrət Qurbanovun “gəmisini batıracaqmı”? - Administrasiyanın rəisi Qüdrət Qurbanovu hakimiyyətin qəzəbinə gətirən ŞOK SƏBƏBLƏR - Qüdrət Qurbanov-Eldar Mahmudov dostluğunun gizlinləri üzə çıxdı

    Dövlət Dəniz Administrasiyasını silkələyən “korrupsiya dalğaları”

    Dənizçilərin səbrini daşıran rüşvətxorluq və korrupsiyanın sədası ən yuxarı instansiyalara belə çatdı

    Son dövrlər yaranmış yeni siyasi-iqtisadi şəraitdə hakimiyyət komandasında ciddi dəyişikliklər olacağı barəsində tez-tez məlumatlar yayılır. Postneft dövründə daha çevik, iqtisadi proseslərə operativ reaksiya verən və ən əsası adı korrusiya və rüşvətxorluq əməllərinə bulaşmamış kadrların yüksək postlara gətiriləcəyi gözlənilir. Aparılacaq təmizləmə əməliyyatında bir çox iri ranqlı məmurların öz vəzifə kürsüsü ilə vidalaşacağı sirr deyil. Hakimiyyət kluarlarından sızan informasiyaya görə tezliklə komandanı tərk edəcək şəxslərdən biri də Dövlət Dəniz Admnistrasiyasının rəisi Qüdrət Qurbanovdur. Haqqında kifayət qədər karyerasını bitirməyə yetəcək informasiya toplanılan Q. Qurbanovun vəzifə “gəmisi” batmaq üzrədir.

    Rublika.az-a daxil olan məlumatlara görə Q. Qurbanovun DDA-da formalaşdırdığı iş metodu artıq dənizçilərin səbrini daşırıb. Admnistrasiyada hökm sürən rüşvətxorluq, “sertifikat alveri” bütün kollektivi narazı salıb. Dənizçilərin sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar. Dənizçilər onlardan tələb olunan rüşvəti verməyə məcbur olduqlarını bildirirlər. Əks təqdirdə onlara dənizə çıxmaq imkanı yaradılmır. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir.

    Rublika.az-a verilən xəbərlərdə Dəniz Admnistrasiyasında törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur.Bütün bunlar isə artıq çox ciddi narazılıq doğurur və dənizçilər tərəfindən yuxarılara ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.

    Son vaxtlar keçmiş MTN şefi Eldar Mahmudovla olan dostluğunu cidd-cəhdlə gizlətməyə çalışsa da “keçmiş dostluq” Q. Qurbanov üçün əməlli-başlı başağrısına çevrilib. Bu dostluqdan doğan işbirliyi, Q.Qurbanovun oğlu Orxanın nazirlikdə vəzifəyə gətirilməsi də diqqət mərkəzindədir. E. Mahmudovun dövründə nazirliyə ancaq “maaşdan maaşa” gedən, daha çox vaxtını Monako, Türkiyə, Fransa, İspaniya kimi ölkələrdə keçirən O.Qurbanovun

    hələ də DTX-da çalışdığı bildirilir. Hətta onun xarici ölkələrdə “model casus ovu” zamanı çəkilmiş fotoları İnstagram səhifələrinin bəzəyinə çevrilmişdi.

    Lakin, Q.Qurbanovun keçmiş MTN şefi ilə daha sıx bağlılığının olduğu, bu barədə təkzibolunmaz faktların mövcudluğu da rəisi zərbə altına salıb.

    Həmçinin səlahiyyətlərindən istifadə edərək iş adamlarına qarşı törətdiyi qanunsuzluqlar, zorla digərlərinin əmlakını ələ keçirmə və sair kimi əməllər barəsində “zəngin” bir dosye hazırlanıb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə ən qısa müddətdəQ.Qurbanov barəsində qəti tədbir görülməsi planlaşdırılır. Görünür bu dəfəki tufan Dövlət Dəniz Admnistrasiyasının rəisinin kreslosunu tamamilə silkələyə bilib.

    Araşdırmalarımız davam edir və tezliklə geniş araşdırmamızı təqdim edəcəyik.

    NİCAT MAHMUDOV


    Facebook-da paylaş