• Prezident İlham Əliyevdən işbaz məmurlara ZƏRBƏ

    Prezident İlham Əliyevdən işbaz məmurlara ZƏRBƏ

    Prezident İlham Əliyev gömrükdə idxal rüsumlarının artmasından sui-istifadə edərək bazarda bahalaşma yaradanları cəzalandıracaq

    Bu barədə verilən xəbərə görə, növbəti müşavirə keçiriləcək və ilin sonunda qədər süni qiymət artımına gedənlərlə bağlı mübarizə sərtləşdiriləcək.

    Bəzi işbazlar, inhisarçı qüvvələr və hakimiyyət daxilində monopolist kimi ad çıxarmış məmurlar yaranmış şəraitdən öz xeyrinə sui-istifadə edir.

    Həmin qruplaşmalar gömrükdə idxal rüsumlarının artmasını bəhanə edərək bahalaşma ajiotajı yaradır. Bu da cəmiyyətdə panikaya və gərginliyə səbəb olur.

    İnsanların maddi vəziyyəti getdikcə çətinləşir. Milli Məclisdə bəzi deputatlar da dilə gəliblər. Prezident də dəfələrlə tapşırıb ki, sahibkarlara imkan verin, süni qiymət artımına getməyin. Ancaq bəziləri az qalan hər fərmandan, hər sərəncamdan öz məqsədləri naminə istifadə edir

    Əldə etdiyimiz xəbərlərə görə, İ.Əliyev son fərmandan mürtəce niyyətlərini gerçəkləşdirmək üçün istifadə edənlərin başını əzəcək.

    Həmin məmurların onsuz da gömrükdəki monopolist qolları kəsilib. Mətbuat da bu məsələni yazır. Prezident hər gün imzaladığı fərmanlarla və verdiyi qərarlarla korrupsioner məmurların tifağını dağıdır.

    “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi də bürokratlara növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilir. Habelə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistem tətbiq olunacaq. Bu da məmurlara ağır cəzadır.

    Bu qərar ölkədə sahibkarlar üçün mühüm bir islahatdır. Bundan sonra məmurlara ölüm fərmanı olan sözügedən yenilik iş adamlarının daha sərbəst fəaliyyətinə şərait yaradacaq. Böhran dövründə belə bir addım atılmasına ciddi şəkildə ehtiyac var idi.

    İ.Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır.

    Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır. Bununla da İ.Əliyev hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanlarını da məhdudlaşdırır.

    Noyabrın 3-dən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.(politika.az)Dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə bir müddət öncə imzalayıb. Qərar iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər, rənglənmiş və ya rənglənməmiş, hazır və ya klinkerlər formasında sement üçün 0,07 dollar, 1 kq gips, anhidrit, gipsli bağlayıcıların (susuzlaşdırılmış gips və ya kalsium sulfat olan) üçün 0,07 dollar, 1 kq kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatları (məsələn, kizelqur, tripolit və ya diatomitdən) üçün 0,04 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

    Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

    O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük-idxal rüsumu alınacaq. Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15 faizini həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.

    Rublika.az


    Facebook-da paylaş