• Rəcəb Babaşov Adminstrasiyanın qara siyahısında həm də Qazaxlıların!

    Rəcəb Babaşov Adminstrasiyanın qara siyahısında həm də Qazaxlıların!

    Onu bağışlamaq olarmı?

    Cənab Başcı! Gözünü aç bu elə obaya yaxşı bax! Bura ziyalılar diyarı Qazaxdır! Bu torpaqda Səməd Vurğun, İsmayıl Şıxlı, Molla Pənah Vaqif, Dədə Ədalət və bu kimi sayı sambalı olmayan şairlər, ziyalılar və dahilər yetişib. Bizim silahımız sazdı sözdü qələmdi. Qazax çox qonaxpərvər və hörmətcil bir obadı. Etika mədəniyyəti yüksək dərəcədə olan bir camahatı var. Qazaxlılar özünə qarşıda belə bir münasibət gözləyir. Bura gələn qonaxda gərək özünün yerini bilsin deyib danışdığının fərqində olsun. Qazaxda gələn qonağa “xoş gəlmisiniz” deyərlər! Qonaxda elə etməlidir ki gedəndə ona “xoş getdin” desinlər!

    Qazax həmdə cəbhə bölgəsidir. Qazax oğulları düşmənlə üz üzə əli yalın balta yavayla ən yaxşı halda isə ov tüfəngiylə düşmənə sinə gərdilər Qazaxı qorudular, düşmənə qan uddurdular, şəhidlər verdilər. Dinc əhalinin başına qrad mərmiləri yağdı elini obasını atıb qaçmadılar. İllərlə qazsız işıqsız min bir əziyyətə qatlaşdılar amma dönmədilər. Bir sözlə Qazaxlılar çox əziyyət çəkdilər. Ona görədə Qazaxlılar ən ali hörmətə layiq olduqları halda təssüflər olsun ki onlar rayonun rəhbəri yəni sizin tərəfinizdən təhqir və təhdid olundu, alçaldılar, hörmətsizliklə qarşılaşdılar, qapıları bağlandı çörəklərindən işindən oldular. Cənab başcı sizə sual verirəm... Siz, Qazaxlıları narkotiklə şərləyib tutdurmağa gəlibsiniz? Nə isə! Bu söhbətə hələ qayıdacağıq!

    Cənab Başcı! Rayon rəhbəri işləmək sizə elədə asan gəlməsin. Çünki hər bir rayonun öz adət ənənələri öz qaydaları var. Hər bölgənin camahatı fərqli düşüncəyə, mədəniyyətə və xarakterə malikdir. Bunların hamısını gərək nəzərə alasan. Burada mənəm Bağdadda kor xəlifə idarəçilik üslubu artıq keçərli deyil. Hər şey sizin bütün istəkləriniz və diktənizlə olmur. Siz padşah deyilsiniz. Birdəki ən əsası qulluq etdiyin iqtidarın rayon rəhbəri kimi sənnən olan gözləntilərini gərək anlaya biləsən. İqtidarın tələbi isə hər kəsə bəllidir. Yerli əhaliylə yola get, hörmətlə davran, dolandır, problemlərini həll et və heç vaxt ictimai narazılıq yaratma.

    Eldar Nəsiblinin “Bura Qazaxdır oğlum” şerindən bir misra yadıma düşdü

    İgidlərin köksu ilə qorunur bənd,bərəsi Koroglunu andırır hər oğlunun nərəsi Düsmənlərə məzardır qədim İncə dərəsi Dostlarınsa yolunda bir şam çıraqdır,oğlum Bura Qazaxdir,oğlum !

    Cənab Başcı! Siz Qazaxlılara hörmət qoymadınız və ictimai narazılıq yaratdınız, bununlada hakimiyyətin sizə olan etimadını itirdinız. Artıq hər kəsə bəllidir ki siz tabeçiliyinizdə olan İcra aparatinin işciləriylə, rayonun idarə müdirləriylə çox kobud davrandınız, onları söydünüz, təhqir etdiz və onlarla kölə kimi davrandınız. Sizin ifadə etdiyiniz söyüşlər və təhqirlər küçədə ciqan uşaxlar arasında istifadə olunan sözlərdir. Deyin görək Bu haqqı sizə kim verib?

    Gomruk rəisiylə əlbəyaxa olub kəllə kəlləyə gəldiniz. Hətta çəkinmədən Qazaxlıları siyasi təxribata yönəldərək onları gömrükdə mitinq etməyə cəlb etdiniz.

    Rayon rəhbərinin müşavirə zamanı hər kəsin yanında dəfələrlə “Cibinə avtomobilinə narkotik atdırıb tutduraram “ ifadəsini işlətməsi bir rayon rəhbərinin edə biləcəyi ən böyük xəta və siyasi səhv ola bilərdi. Onuda cənab Babaşov siz etdiniz. Qazax Elektrik Şəbəkəsinin müdiri 60 yaxın yaşı olan Elşad müəllimi, 70 yaşlı el axsaqqalı Salahlı kənd icra nümayəndəsi Şahismayıl müəllimə, və daha kimlərə “sənin cibinə, avtomobilinə narkotik atdırıb tutduraram” təhdidini bizim yanımızda edəndə siz oldunuz. İndi Şahismayıl müəllim cibini tikdirib gəzir, bunuda hamı çox gözəl bilir. “Cibinə narkotik atdırıb tutduraram” adətən kiçik rütbəli çavuş polisi tərəfindən küçə ciqanlarına olunan bir təhdid növüdür. Lakin siz bir cəbhə bölgəsində yerləşən rayonun rəhbərisiniz. Budurmu sizin idarəçilik üslubunuz? Çoxlu sayda ticarət, xidmət, təhsil obyektlərinin əsassız bağlanmasına qərar verdiniz. Yüzlərlə vətəndaşı işindən etməklə ailəsinə uşağına çörək pulu aparmasına mane oldunuz. Dövlət işində işləyənləri işində ciddi qüsur olmadan işindən kənarlaşdırdınız. Bir sözlə özünüzdə bilmədən ictimaiyyəti özünüzdən narazı saldınız. Bununlada hakimiyyətin əsas özək siyasi dəsti xəttinə qarşı çıxdınız. Hakimiyyət isə həmişə bir qızıl qaydaya riayyət edir. “Hər hansısa problemin qarşısını vaxtında almaq sonradan onun yaratdığı problemlərin nəticələrini aradan qaldırmaqdan qat qat asandır”. Bu sözləri ümummilli lider Heydər Əliyev deyib. Siz artıx hakimiyyət üçün bir problemsiniz, problemli məmursunuz. Hakimiyyət heç vaxt riskə getmir və problemli məmurları vəzifədən uzaqlaşdırır. Cənab başcı siz çox qısa bir zamanda, cəmi 5 ay ərzində olduqca çoxlu problemlər yaratmaqa müvəffəq olunuz. Hətta bir rayon başcısının 5 ildə yarada biləcəyi problemnən bir az da artıq problemlər yaratdınız.

    Cənab Başcı! Siz Qazaxdan gedəcəksiniz! Mütləq gedəcəksiniz! Amma heç düşünmüsünüzmü gedəndən sonra Qazaxlılar sizin barənizdə nələr danışacaqlar? Qazaxlılar sizə qədər heç vaxt rayon rəhbəri tərəfindən belə hörmətsizlik və belə ucuz təhdidlər görməmişdilər yəqin ki sizdən sonra da inşaallah görməyəcəklər! Hakimiyyətdə bundan sonra çətin ki sizə etimad göstərə.

    Sözüm baş redaktoradır... Saxta qızıl qələmin içindəki mürəkkəbdə saxta imiş. O qələmin hansı yollarla alındığı Qazaxlılara yaxşı bəllidir. Ona görədə suyu bulandıran və nəyəsə kölgə salan axtarırışına çıxıbsınızsa özünüzü havayı yormayın. Elin gözü tərəzidir. Qazaxın dup duru suyunu bulandıranda Qazaxlıların üzərinə kölgə salan o qara buludlarda sizin müdafiə etmək istədiyiniz o şəxsdir... Hələ heç kəsə, kimisə sudan quru çıxarmaq nəsib olmayıb. Buna cəhd edənlərsə özləri islanıb suya batıblar. Amma islanmışın sudan nə qorxusu?

    Sözüm Qazax-ın deputatınadı... Qazaxın deputatı Kamran Nəbizadə öz feysbuk səhifəsində yazır... “Bir sıra media resurslarında və saytlarda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı məqalələr və Qazax camaatına ünvanlanmış etiraz mitinginə çağırışlar dərc olunur. Məqalələr tamamilə yalan və təxribat xarakteri daşıyır, bu aydındır. Mənə aydın olmayan başqa məqamdır: etiraz aksiyasının, narazılığın səbəbi nədir?”

    Cənab deputat! Əgər siz arada bir Qazaxa baş çəkib seçicilərinizlə görüşsəydiniz, onda yəqin deputatı olduğunuz rayonda 25 noyabr saat 12.00-da təyin olunmuş “Prezidentdən Rəcəb Babaşovun istefası tələbi”- nin səbəbini və ictimai narazılığın nədən qaynaxlandığını bilərdiniz. Lakin əgər xəbəriniz yoxdursa bu yalnız sizin öz şəxsi probleminizdi. Deməli siz əsl deputat həmdə əsl Qazaxlı deyilsiniz. Siz Qazaxlıların taleyinə qarşı laqeyd olmaqla yanaşı, rəsmi ittiham diliylə desək bir deputat kimi “yerinizdə deyilsiniz”.

    Cənab başcı! Siz düşündünüz ki əgər məni bu rayona rəhbər qoyublarsa deməli istədiyimi edə bilərəm. Ümumi idarəçilik prinsiplərinə riayyət etmədiniz. İdarəçiliyi öz aqressiv xarakterinizin öhtəsinə buraxdınız. Tabeçiliyinizdə olan işcilərlə normal davranmadınız. Xof və qorxu toxumu səpməklə işcilərdə narahatcılıq yaratdınız. Hörmət və qarşılıqlı anlaşma əvəzinə qorxu, xof və diktəylə idarə etmək istədiniz.

    Cənab Başcı! Sizin quruculuq abadlıq işlərinizdən çox yazılır çox danışılır. Sizdən əvvəlki hər bir icra başcısıda az və ya çox Qazaxda abadlıq işləri aparıb. Lakin gül əkmək, yol çəkmək, işıq stolbası basdırmaq və s. işlər hələ hər şey demək deyil və bu işləri camahatın gözünə kül edib üfürməklə qürrələnmək sadəlövlükdür. Bu abadlıq işləri dövlətin və hörmətli prezidentimiz İlham Əliyevin hər bir rayona olduğu kimi biz Qazaxlılara da layiq gördüyü bir haqdır. Unutmayın ki siz sadəcə prezidentin tapşırığını yerinə yetirən bir icraçısınız. Məhz icraçı. “İcra Hakimiyyəti” sözünün hərfi mənasına diqqət yetirsəniz oradan vəzifənizin mənasınıda tapacaqsınız. İcra Hakimiyyəti iqtidarın tapşırıqlarını planlarını icra edən və həyata keçirən bir dövlət qurumudur, icra başcısı isə həmin qurumun müvəqqəti rəhbəri. Düzdür rayonun abadlıq quruculuq işlərində sizin əziyyətiniz də az deyil. Buna biz Qazaxlılar yüksək dəyər veririk. Qazaxlılar əməyə qiymət verəndir. Yaxşı işlərinizə görə çox sağolun. Lakin səhvlərinizə görə də cavab verməlisiniz. Oda ki əgər səhvləriniz bağışlana biləcək səviyyədədirsə. Amma görünən mənzərə odur ki əməlləriniz bağışlanacaq dərəcədə yüngül deyil. Ona görədə cənab başcı! Siz uduzdunuz, məğlub oldunuz! Özünüzə uduzdunuz öz xarakterinizə məğlub oldunuz! Lakin Qazaxlılar humanist camahatdır bəlkədə sizi bağışladılar, amma hakimiyyət sizi bağışlamayacaq.

    Əziz Qazaxlılar Siz deyin! Onu bağışlamaq olarmı?

    İmza Əsl Qazaxlı


    Facebook-da paylaş