• General Arzu Rəhimov niyə müdafiə naziri Zakir Həsənova qarşı çıxıb? –Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rüşvət və korrupsiyaya bataqlığında "boğulur"

    General Arzu Rəhimov niyə müdafiə naziri Zakir Həsənova qarşı çıxıb? –Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rüşvət və korrupsiyaya bataqlığında "boğulur"

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) rəisi Arzu Rəhimovun yarıtmaz fəaliyyətinə dair mətbuatda vaxtaşırı məlumatlar dərc olunur

    Media bu qurumun sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib,təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda "Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlara toxunub. Buna rəğmən hələ ki, yazılanlardan bir nəticə çıxmır. Maraqlıdır, korrupsiya və rüşvətə bulaşmış SHXÇX -nın yol verdiyi başıpozuqluqlara nə zaman son veriləcək? Mövzuyla bağlı sualımızı avablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri söyləyib ki, bu xidmət yaranandan bəri çox böyük qüsurlara yol verib:(savash)"Baxın, zaman-zaman sağlam çağırışçıların yerinə xəstə çağırşçıların xidmətə göndərilməsi halını müşahidə edirik. Hətta bu qurumun sağlam deyib ordu sıralarına göndərdiyi əsgəri Müdafiə Nazirliyi dəfələrlə bir neçə aydan sonra geri qaytarmaq məcburiyyətində qalıb. Bu da Arzu Rəhimovun normal işləmədiyinin aydın təzahürüdür”. Ekspert sözügedən qurumda korrupsiya hallarının olmasını da istisna etmir: "Çünki belə hallar yalnız rüşvət və korrupsiyanın kök saldığı yerlərdə yaşana bilər. Onu da nəzərinizə çatdırım ki, Müdafiə Nazirliyinin işləməsi məhz bu sistemdən asılıdır. Yəni, ordu sıralarına sağlam gənclər çağırılmalıdır. Belə olan təqdirdə, xidmətdə xəstəliklərin sayı az olar. Əsgərlərimiz öz xidmətlərini daha sağlam şəkildə yerinə yetirərlər. Ona görə də əsgəri xidmət səfərbərlik sistemindən başlayır. A. Rəhimov ora ona görə qoyulmayıb ki, korrupsiyanı inkişaf etdirsin. Zənnimcə, prezidentin tələbi ilə həmin idarədə ciddi təmizləmələr aparılmalıdır. Bu cür özbaşınalıqlar və qohumbazlıqlar ortadan qalxmalıdır. Həmin idarədə mütləq təmizlənmələrə başlanılmalıdır. Ora qanunauyğun iş görən sağlam kadrlar gətirlməlidir. Əks halda bu cür başıpozuqluq davam edəcək”. Qeyd edək ki, xəstə çağırışçıların hərbi xidmətə çağırılması ilə bağlı yazılarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti israrla bununla bağlı faktın göstərilməsinə israr edir. Bununla bağlı onlarla fakt göstərilə bilər, biz isə Savash.org olaraq hələlik birilə kifayətlənirik: “19 yaşlı Yaqub Quliyev yolu tək gedə bilməz. Çünki 3 yaşından sudurğası var. Birdən-birə huşunu itirir, əlləri uyuşur, özündən gedir. Deyir, bunu bilə-bilə onu bu il iyulda Yevlax rayon hərbi komissarlığından əsgərliyə yollayıblar. Vəziyyəti ağırlaşandan sonra Mərkəzi Hərbi Hospitala yerləşdirilib. 40 gün orada qalandan sonra isə təxris olunub”. Quliyevlər ailəsi Yevlax rayonunun Aşağıbucaq kəndində məcburi köçkünlərin sığınaq yeri olan bu yataqxanada yaşayır. Ailədə işləyən təkcə Yaqub Quliyevin atası İltifat Quliyevdir. O da deyir ki, oğlunu müalicə etdirməyə maddi durumu imkan vermir. İltifat Quliyevin sözlərinə görə, oğlunun hərbi xidmətə yararlı olmadığını dönə-dönə komissarlığa bildirsə də, ona məhəl qoymayıblar. İltifat Quliyev deyir ki, oğlunun xəstə olduğuna dair bütün sənədlər əlində olsa da, onun üçün dövlətdən müavinat ala bilmir. Deyir, 19 yaşı olsa da, onu körpə uşaq kimi nəzarətdə saxlayırlar. Övladını müalicə etdirmək üçün son ümid yeri alacağı müavinatdır. Ancaq Sosial Müdafiə Fondunun həkim ekspert komissiyasından ona bildirilib ki, Yaqub Quliyev 6 ay xəstəxanada yatmalıdır. Yevlax rayon hərbi komissarlığından Meydan TV-yə bildirilib ki, çağrılan hərbi qulluqçular mütəmadi olaraq, tam dəqiqliklə həkim yoxlamasından keçir. Necə deyərlər, ümumi və şablon açıqlama... Xəstə çağırışçılar ucbatından isə Müdafiə Nazirliyinin normal fəaliyyətinə kölgə düşməsi dəqiq və şübhəsizdir...

    Rublika.az


    Facebook-da paylaş