• Sədərək Gömrük İdarəsində İNSAN QAÇAQÇILIĞI davam edir - Mirməhəmməd Seyidov hüquq-mühafizə orqanlarını da PULLA SUSDURUB

    Sədərək Gömrük İdarəsində İNSAN QAÇAQÇILIĞI davam edir - Mirməhəmməd Seyidov hüquq-mühafizə orqanlarını da PULLA SUSDURUB

    Bəzi məlumatları Sədərək gömrüyündəki mənbədən dəqiqləşdirdik. Bizə məlum oldu ki, qaçaq keçən 2 Azərbaycan vətəndaşı Sədərək Gömrük İdarəsinin içində yəni, zonada yük nəqliyyat vasitəsinə mindiriliblər, zonada fəaliyyət göstərənn digər hüquq-mühafizə orqanları da Mirməhəmməd Seyidovun təsiri altında buna mudaxilə etməyib. Çunki, Mirməhəmməd Seyidov orada bütün orqanları pulla susdurub. Belə olmasaydı əgər, necə olardı ki, bu gömrükdən dəfələrlə insan və mal qaçaqçılığı qarşı tərəfdə tutulur, bizim aidiyyatı orqanların bundan xəbərləri olmur. Bəs onlar hara baxirlar? Nəticədə 2 nəfər Azərbaycan gömrüyünü qanunsuz keçərək, Türkiyəyə keçə bilib. Lakin Türk gömrükçüləri həmin şəxsləri tutaraq, Naxçıvan Dövlət Təhlukəsizliyi Xidmətinə təhvil veriblər. Bundan sonra, DTX həmin işlə məşğul olan məmurları istintaqa cəlb edib. İstintaqa cəlb olunan Sədərək Gömrük İdarəsinin əməkdaşlarından biri Elşən Tağıyev, 15 noyabr tarixində Naxçıvan Gömrük Komitəsi tərəfindən sərəncama götürülüb. Belə çıxır ki, Mirməhəmməd Seyidov yenə həmişəki ampulasındadır.(arazmedia)O, yenə də kimlərisə qurban verərək, özünü qurtarmağa çalışacaq. 4 ay bundan əvvəl Mirməhəmməd Seyidovun komitə sədri tərəfindən səlahiyyətləri dondurulmuş, bütün səlahiyyətləri o zaman təyin olunan muavininə və şöbə rəislərinə tapşırılmışdı. Onlar bir başa komitə sədri ilə işləyirdi. Belə bir vəziyyətdə Mirməhəmməd Seyidov Türkiyədəki terror təşkilatına güclü maliyyə yardımı etdi. Eyni zamanda həmin vaxtlarda o, Türkiyənin Iğdır Vilayətinin kaymakamı ilə ailə dostu olan Məhəmməd onun vasitəsi ilə, bir neçə dəfə türk gömrüyünü baglatdırdı və yük avtomobillərinin keçidini əngəllədi. Bundan sonra komitə sədri Mirməhəmməd Seyidovun səlahiyyətlərini bərpa etməyə məcbur oldu və iclasda dedi, "Bu gündən bütün səlahiyyətlərini qaytarıram və 2 ay sənin işinə heç kim qarışmayacaq. Kiminlə necə işləyəcəksən özün bilərsən. Mirməhəmməd Seyidov bütün qara işlərdə işlətdiyi "kadrlarının" əmrini bir gün içində Sədərəyə verdirdi. Onu da qeyd edək ki, Mirməhəmməd Seyidovun ailəvi dostu Iğdır Vilayətinin kaymakamı 1 ay öncə, Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunub.

    Bu arada Sədərək Gömrük İdarəsində yük nəqliyyatı vasitəsi ilə şıdırğı insan qaçaqçılığı davam edir. Belə ki, qaçaq keçmək istəyən insanlardan aldığı rüşvət hesabına, yük avtomobillərinin görünməyən yerlərində gizlədilmiş, sənədləri olmayan, axtarışda olan və sairə çirkin əməl sahiblərini qarşı tərəfə yəni, Iğdır Vilayətindəki "Dilucu" sərhəd keçid məntəqəsinə keçirirlər. Təxminən 5 gün öncə, belə qaçaq yolla Türkiyə tərəfə keçirilmiş Azərbaycan vətəndaşı, "Dilucu" gömrükçüləri tərəfindən aşkar edilmiş və tutularaq, Naxçıvana geri təhvil verilmişdir. Bu hal Sədərək Gömrük İdarəsində illərdir ki, davam etməkdədir. Bu hal artıq o həddə çatıb ki, insanlar, "pulunu ver, Sədərək gömrüyündən keç" ifadəsini açıq-aşkar səsləndirirlər. Hətta, idarə rəisi Mirməhəmməd Seyidov və işçiləri dəfələrlə məhz buna görə, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirilib. Onlardan biri həbsdə saxlanılmış, didər üçü isə həbssiz istintaqa cəlb olunmuşlar. Lakin hansısa "gözəgörünməz" qüvvə hər dəfə Seyidovu həbsdən xilas edib.

    Xatırladırıq ki, bir müddət öncə Mirməhəmməd Seyidovu Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.

    Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər.

    Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük Idarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş.

    Bundan əlavə olaraq bildirilir ki, Məhəmməd Seyidov şəxsən terrorçubaşı Fətulla Gülənin Naxçıvandakı ən sadiq adamlarındandır. Türiyədə qanunsuz əməllərinə görə də həbs olunanda, məhz Fetö onu azad etdirib. Onun zaminə buraxılmağı üçün 5.000.000 milyon dollar Türkiyə məhkəməsinə pul verildiyi deyilir. O da qeyd olunur ki, Qars məhkəməsinin hakimləri, zaman-zaman Naxçıvana gələrək, açıq qalmış cinayət işi ilə bağlı Məhəmməd Seyidovu dindirirlər. Fetönun Naxçıvanda olan tərəfdaşlarını adıkeçən gömrük rəisinin maliyyələşdirdiyi iddia olunur.

    Ardı var...

    Faktla bağlı Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

    Məsələni gündəmdə saxlayacağıq.

    Rublika.az


    Facebook-da paylaş