• “Lamiyyə Quliyeva işi”ndə adı hallanan Səfərbərlik Xidmətinin qaranlıq keçmişli polkovniki Həsrət İsmayılov - "Müharibə və səfərbərlik başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?”

    “Lamiyyə Quliyeva işi”ndə adı hallanan Səfərbərlik Xidmətinin qaranlıq keçmişli polkovniki Həsrət İsmayılov - "Müharibə və səfərbərlik başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?”

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.

    SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır. Bu dəfə redaksiyamıza əvvəllər Hərbi Komissarlıq, daha sonra Səfərbərlik Xidməti sistemində korrupsiya və qanunsuzluqları ilə məşhurlaşan polkovnik Həsrət İsmayılov haqda ilginc məlumatlar daxil olub. İlk öncə onu bildirək ki,Həsrət İsmayılov Hərbi Komissarlıq sistemində Aslan Aslanovun adamı kimi tanınıb. Hər kəsə bəllidir ki, Əliağa Hüseynov Respublikanın Hərbi Komissarı vəzifəsindən azad ediləndən sonra Səfər Əbiyev komissarlıq sistemini faktiki olaraq Aslan Aslanovun idarəçiliyinə vermişdi. Aslan Aslanov 2 il müddətində hərbi komissarlıqların 4-cü, 2-ci şöbələri, hərbi polis və hərbi hospitalları idarə etdi. Amma H.İsmayılovla A.Aslanovu yalnız bu tellər bağlamırdı. Aslan Aslanov hərbi komissarlıqları idarə etdiyi zamanlarda o vaxt Şəmkirin hərbi komissarı olan Həsrət İsmayılovdan borc adı ilə xeyli pul almışdı.(cumhuriyyet.az) O pulu da geri qaytarmayıb. Bakıda vəzifəyə təyin etdirəcəyini vəd edirdi. Sonradan Aslan Aslanov vədini tutmadı, Həsrət İsmayılovun pulunu da qaytarmadı. Ən maraqlısı da bundan sonra oldu. Aslan Aslanov Şəmkirdəki stadionu bu məsələdən illər əvvəl, hələ Şəmkirin icra başçısı olarkən Həsrət İsmayılovun qardaşı, Rusiyada bizneslə məşğul olan Dilqəmin adına rəsmiləşdirmişdi. Aslan Aslanov Həsrət İsmayılovu vəzifəyə təyin etməyəndə aralarında narazılıq yaranır və Aslan Aslanov Həsrət İsmayılovu sakitləşdirmək üçün onu qardaşı Dilqəm İsmayılovu Cırdaxan kəndinə bələdiyyə sədri təyin etdirir. Amma yenə də Həsrət İsmayılovun pulunu qaytarmı. Vəzifədən alınması və Səfərbərlik Xidmətinin nəzarətdən çıxması A.Aslanovu H.İsmayılovu Bakı rayonlarının birinə rəis təyin etdirməsinə də əngəl olur. Aslanov öz borcundan yalnız komissarı hərbi prokurorluqda çox yüksək bir məqama tapşırmaqla çıxır və bu tapşırığın nəticəsidir ki, İsmayılov bu vaxtadək toxunulmaz qalıb.

    Komissarın adı “Lamiyyə Quliyeva işi”ndə

    Şəmkirin icra başçısı olarkən oğlunun öldürülməsi işində A.aslanovun Lamiyyə Quliyeva və Vüqar Əliyevə qarşı qəzəbi bütün ölkəyə bəllidir. Bu prosesə o zaman demək olar ki rayonun bütün vəzifəli şəxsləri qatılmışdı. Bu gündə həbsdə olan Vüqar Əliyevin atası İbrahim İsmayılov onun üzünə duran şəxslərin adlarını sadalayarkən Həsrət İsmayılovun da adını çəkir: “Şəmkir icra başçısının 1-ci müavini Tariyel Məmmədov, Şəmkir torpaq şöbəsinin müdiri Rüstəm Rüstəmov, mərkəzi poçtun müdiri Vilayət Cabbarov, şəhər sovetinin sədri Hacımurad Həsənov, gənclər şöbəsinin rəisi Nizami Əhmədov, İcra Hakimiyyətində şöbə müdiri işləyən Vahid Əkbərov, İcra Hakimiyyəti işçisi Mustafa Mustafayev, Şəmkir hərbi komissarı Həsrət İsmayılov, Şəmkir İH-də şöbə müdiri Sultan Məmmədov bir-bir üzümə durdular”.

    Şəmkirdə hərbi bilet bazarlığı

    İcra başçısı, Səfər Əbiyevin yaxını və nəhayət Səfərbərlik Xidmətinin qeyri rəsmi kuratoru olan Aslan Aslanovla yaxınlıq H.İsmayılova geniş imkanlar yaradıb. Məhz bu imkanların nəticəsidir ki, Şəmkir rayonu əksər çağırışlarda “xidmətə yararsız”ların sayına görə liderlik edib. Həsrət İsmayılov 15 ildən artıq Şəmkir rayonunda komissar, şöbə rəisi vəzifəsində çalışıb. Mənbənin redaksiyamıza bildirdiyinə görə təkcə 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək Şəmkir şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsa bu şəxsin qanunsuzluqları üzə çıxar. Biz şöbə rəisinin xeyir-duası ilə saxta hərbi bilet alanlardan bir neçəsinin adını diqqətinizə çatdırırıq:
    1. Dostalıyev Anar Fikrət oğlu 23.01.1993-cü il təvəllüdlü
    2. Əhmədov Ramil Siliddin oğlu 24.05.1987-ci il təvəllüdlü
    3. Quliyev Rəşad Mahir oğlu 29.05.1993-cü il təvəllüdlü
    4. Cəfərov Sərxan Məhəmmədoğlu 24.07.1986-cı il təvəllüdlü
    5. Quliyev Emin İlham oğlu 05.08.1986-cı il təvəllüdlü
    6. Namazov Röyal Fidayıl oğlu 20.08.1988-ci il təvəllüdlü
    7. Babayev Sərxan İlham oğlu 11.06.1993-cü il təvəllüdlü
    8. Sultanlı Rəşad Siyafəddin oğlu 27.05.1993-cü il təvəllüdlü
    9. Qarayev Şahin Elmidar oğlu 04.07.1993-cü il təvəllüdlü
    10. Məhərrəmov Tural Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
    11. Mehdiyev Arzuman Qara oğlu 09.01.1980-cı il təvəllüdlü
    12. Verdiyev Seymur Məhəmməd oğlu 03.12.1987-ci il təvəllüdlü
    13. Səfərov İsa Etibar oğlu 21.02.1983-cü il təvəllüdlü
    14. Qasımov Rövşən Fidayıl oğlu 25.06.1984-cü il təvəllüdlü
    15. Əliyev Hüseyn Əli oğlu 29.07.1992-ci il təvəllüdlü
    16. Əliyev Ramil Ələmdar oğlu 10.11.1982-ci il təvəllüdlü
    17. Rüstəmov Samir Rəşid oğlu 1983-cü il təvəllüdlü
    18. Əhmədov Samir Akif oğlu 05.04.1982-ci il təvəllüdlü
    19. Namazov Şahin Namaz oğlu 20.07.1988-ci il təvəllüdlü
    20. Ələkbərov Fərqan Mirəli oğlu 24.06.1991-ci il təvəllüdlü
    21. Əsgərov Elxan Xəlil oğlu 18.12.1984-cü il təvəllüdlü
    Biz bu siyahını havadan yazmırıq. Əgər Arzu Rəhimov və Hərbi Prokurorluğun əməkdaşları istəsələr adlarını hallandırdığımız şəxslərin sənədlərini yenidən qaldırıb hərbi biletlərini araşdıra bilərlər.

    Şəmkir ənənəsi Cəlilabadda da davam edir

    Əslində A.Aslanovun Səfərbərlik Xidməti üzərindəki kölgəsi götürüldükdən sonra H.İsmayılovun da karyerasına son verilməliydi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, A.Aslanov öz kamissarına son borcunu ödəyərək kamissarını lazımi dairələrə tapşıra bildi və bunun nəticəsində polkovnik İsmayılov Səfərbərlik Xidmətində yalnız rayon dəyişməklə vəzifəsini qorudu. Cəlilabad rayonuna təyinat alan H.İsmayılov qısa müddət sonra burda da özünü “tanıtdı”. Onun Cəlilabaddakı fəaliyyəti ilə bağlı mediada yer alan yalnız bir neçə faktı diqqətə çatdırmaqla yekunlaşırıq:
    2000 rüşvət tələbi və geri qaytarılan xəstə əsgər: “Cəlilabad rayon sakini Elvin Seyfullayevdən, xəstə olmasına baxmayaraq onun hərbi xidmətə yola salacaqları hədəsi ilə Həsrət İsmayılovun adından Nicat və Hafiz adlı işçiləri 2000 manat pul tələb etmişdilər.Vətəndaşın bu məbləği verməyəcəyi təqdirdə onu hərbi xidmətin ön cərgələrindən birinə yola salacaqlarını bildirmişdilər. Bu məqsədlə də hərbi xidmətə yararsız olan Elvin Seyfullayevin hərbi bileti şöbədə(deyilənə görə Həsrət İsmayılovun seyfində) bu günə kimi girov kimi saxlanılmaqdadır.Ümumiyyətlə Həsrət İsmayılov adı respublika ictimaiyyətinə artıq coxdan rüşvətxor məmur kimi tanıdılmaqdadır.Hələ bir müddət əvvəl də Cəlilabad rayon Xəlilabad kənd sakini də bu cür özbaşınalıqlardan bəhs edən bir yazıyla mətbuata üz tutmuşdu.Mahir Məmmədov adlı şəxs oğlunun anadangəlmə gecəgörmə qabiliyyətinin olmadığı halda Həsrət İsmayılov tərəfindən guya tam sağlam olması adı ilə hərbi xidmətə yola salındığını bildirmişdi.Vətəndaşın dediyi kimi o zaman da Həsrət İsmayılov onun oğlunun xəstə çıxması ücün ondan təkrar müayinə adı ilə 2000 manat rüşvət tələb etmişdi.Pulu verə bilmədiyi üçün Naxçıvana hərbi xidmətə yola salınan Mahir Məmmədovun oğlu Yusif Məmmədov bir neçə gün sonra xəstə olduğu üçün geri qaytarılır”.
    Bakıya göndəriş üçün 1000 manat: “Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu övladının gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir: “Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur. Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna “toyuq xəstəliyi” deyilir. Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.
    Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gəlmişlər. Onlar Cəlilabada yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir.
    Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir! Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar”. Mahir Məmmədovun iddasına görə, komissar onlardan rüşvət tələb edib: “Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkün deyil”
    Hərbi biletin 2500 manat qiyməti: “Facebook Cəlilabadım qrupunda yayımlanan Cəlilabad Səfərbərlik və Hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik Həsrət İsmayılovdan şikayət məktubunu sizə təqdim edirik:” Bu dəfə Hərbi Komissar, polkovnik Həsrət İsmayılov haqqında qısa yazım. Deməli Həsrət müəllim, vəzifəyə yeni təyin olunduqdan sonra əsgərliyə getməyib, hərbi bilet almaq istəyənlərdən 2500 azn alırdı. Kifayət qədərdə müştərisi var idi, işləri yaxşı gedirdi. Amma Həsrət müəllim bununla kifayətlənmədi. Aprel ayında düşmənlə müharibə getdiyi vaxtlardan etibarən, yaranmış vəziyyətdən Həsrət müəllim ustalıqca istifadə edə bildi. Qiymətləri düz 500 manat qaldırdı. Məndə sual yaranır, müharibə və səfərbərlik başlasa Həsrət müəllim qiymətləri neçəyə qaldıracaq?”

    Rubrika.az


    Facebook-da paylaş