• Erməniləri qorxudan iki Trampçı - Lobbinin anti-Azərbaycan planı bilindi

     Erməniləri qorxudan iki Trampçı - Lobbinin anti-Azərbaycan planı bilindi

    ABŞ-dakı erməni lobbisi əl-ayağa düşüb – düşmən mediası Trampın xarici siyasətdə “qara at” olduğunu yazır; onun Azərbaycanla ticari əlaqələri ilə bağlı iddialar var

    ABŞ prezident seçkilərində Trampın qələbəsindən ermənilərin ovqatının təlx olduğu gizli məsələ deyil.

    Hər halda erməni mətbuatı respublikaçı namizədin qələbəsindən faciə düzəltməsə də, nikbin notlar da müşahidə edilmir.

    Bunun fərqindəymiş kimi erməni lobbisi artıq ABŞ-ın indiki rəhbərliyi ilə bağlı ilk təmaslarını daha da sıxlaşdırmağa başlayıb.

    Ermənistan saytlarının verdiyi xəbərə görə ABŞ-ın Erməni milli komitəsinin sədri Raffi Hamparyan ABŞ Nümayəndələr palatasının spikeri Pol Rayanla görüşüb.(musavat)

    Erməni KİV-ləri bu görüşü Amerikan erməniləri üçün, xüsusilə Ermənistanın xarici siyasət məsələsi ilə bağlı birinci dərəcəli hadisə hesab edirlər.

    Görüş zamanı Raffi Abramyan 2017-ci ilin yanvarından fəaliyyətə başlayacaq 115-ci Konqresin fəaliyyəti zamanı ABŞ ermənilərini narahat edən məsələlərin həllindən ötrü spiker Rayan və Respublika partiyasının rəhbərliyinin, habelə Demokrat Partiyasının hər iki palatadakı liderləri Nensi Pelosi və Stiven Hoyerin səylərini dəstəkləyəcəklərini bəyan edib.
    Raffi Hamparyan aşağıdakı məsələləri yeni administrasiya qarşısında qaldırılacağını bildirib.

    Bunlar:

    - ABŞ-ın “qondarma erməni soyqırımının inkarına son verilməsi;

    - “DQR”-in öz müqəddəratını həll etmə və “müstəqilliyinin” tanınması yolunda ABŞ-ın dəstəyinin təmin edilməsi;

    - Konqresmenlər Roys və Enklin təkliflərini qəbul etməsi üçün Azərbaycana təzyiq göstərilməsi (bu təkliflər cəbhə zonasında ağır və hücum silahlarının çıxarılması, habelə ATƏT-dən əlavə müşahidəçilərin təyin edilməsi, həmçinin atəşkəsin pozulması hallarını müəyyən edən avadanlığın quraşdırılması kimi məsələləri əhatə edir-red.);

    - ABŞ-ın qondarma “DQR”ə iqtisadi dəstəyi;

    - ABŞ-ın Türkiyəyə silah satışını məhdudlaşdırması və s. məsələlərdir.

    Erməni mətbuatı xatırladır ki, Pol Rayan hələ 2010-cu ildə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə qondarma “soyqırımı” tanıyan 252 saylı qətnaməni dəstəkləməyə hazır olduğunu bildirib.

    Lakin Nensi Pelosi həmin vaxt qətnamə layihəsini səsverməyə qoymaqdan imtina edib.



    Ermənistan KİV-ləri Trampın xarici siyasətdə “qara at” olduğunu qeyd etməklə yanaşı onun Azərbaycanla ticari əlaqələri ilə bağlı qayğılarını da dilə gətirirlər.

    Lakin onların fikrincə Trampın seçkiqabağı ritorikası seçildikdən sonra xeyli dəyişilib və qalib prezident artıq əvvəlki verdiyi gurultulu vədlərdən geri çəkilir.

    Elə prezident Obamanın da Trampın ideoloqdan daha çox praqmatik olduğunu vurğulaması əbəs yerə deyil.

    Mətbuat bu səbəbdən Amerikan ermənilərinin əsas diqqətini Konqresdəki ermənipərəst tərəfdarları vasitəsilə erməni icmasının qayğılarını Trampın diqqətinə çatdırmağa yönətlməli olduğunu düşünür.

    Ermənistan mətbuatı Azərbaycan və Türkiyə məmurlarının Vaşinqtondakı güclü lobbiləri vasitəsilə Trampın keçici komandası və Konqreslə sıx əlaqələr qurduğuna diqqət çəkir.

    Qonşu ölkədə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın elə seçki axşamı ABŞ-ın seçilən prezidentinə birbaşa telefonla zəng edərək təbriklərini çatdırması xoş qarsalanmayıb.

    Erməni mətbuatı Trampın yeni komanda üzvləri ilə də bağlı artıq həyəcan siqnalları çalır.

    Düşməni narahat edən Trampın ətrafında fırlanan iki fiqurdur.

    Bunlar Nümayəndələr palatasının keçmiş spikeri Nyut Qinqriç və Trampın təhlükəsizlik məsələləri üzrə əsas müşaviri general Maykl Flinndir.

    Nyut Qinqriç ABŞ-da əsl Atatürk fanatı kimi tanınır. Keçmiş spiker Mustafa Kamal Atatürkü özünü ən böyük qəhrəmanı hesab edir.


    İstefada olan general Mayk Flinn isə keçən həftə The Hill jurnalında dərc etdiyi məqalə ilə ABŞ-Türkiyə münasibətlərinə toxunub.

    General ABŞ hökumətini Türkiyəyə qarşı siyasətini qaydaya salmağa çağıraraq , Türkiyəni xarici siyasətin əsas prioriteti hesab etdiyini bildirib.

    Ermənistan KİV-ləri bəzi ermənipərəst siyasətçilərin yenidən Konqresə seçilməsi ilə təsəlli tapıb.

    Buraya həm respublikaçılardan, həm də demokratlardan olan üzvlər aiddir.

    Mətbuat lobbi tərəfindən dəstəklənən namizədlərin 90%-nin Konqresə seçildiyini iddia edir.

    Erməni KİV-lərinin yazdığına görə, lobbinin dəstəklədiyi 117 namizəd öz dairələrində qalib gəliblər.

    Buraya ABŞ Konqresinin erməni əsilli üzvləri Ceki Spayer və Anna Eşu da daxildir.

    Anna Eşu və Ceki Spayer


    Lakin erməniləri məyus edən nəticələr də qeydə alınıb.

    Mətbuatın yazdığına görə Konqresdə “Ermənistanı Dəstək Qrupu”nun həmsədri olan, İllinoys ştatından konqresmen Rober Dold, habelə Nevada ştatından Deni Terxanyan öz dairələrində qalib gələ bilməyiblər.


    Deni Terxanyan

    Senat seçkilərində isə erməni lobbisinin dəstəklədiyi 11 namizəddən 7-i qalib gəlib. Burada ermənilər üçün ən önəmli qələbə Merilenddə qeydə alınıb. Burada respublikaçı Van Hollen Konqresdə Türkiyəni Dəstək Qrupun üzvlərindən konqresmen Donna Edvardsı məğlub edib.


    Donna Edvards və Kris van Hollen

    Lakin qatı ermənipərəst senator Mark Kirk (İllinoys ştatı, respublikaçı) da rəqibinə məğlub olub. Onun yerinə demokrat Temi Dakuort seçilib.

    Mətbuat Konqresdə Ermənistana Dəstək Qrupunun 11 üzvünün artıq öz vəzifələrinə dönə bilməyəcəyini etiraf edib.

    Lakin ermənilərin fikrincə “Türkiyəni Dəstək Qrupu” daha böyük itkilərə məruz qalıb. Belə ki həmin qrupun 19 üzvü, o cümlədən həmsədr, Kentaki ştatından olan respublikaçı Ed Uitfild artıq növbəti sessiyada öz yerlərini almayacaqlar.


    Hər halda ermənilər Tramp məsələsində böyü tərəddüd keçirsələr də qanunverici hakimiyyətə olan seçkilərin nəticələrindən məmnun kimi görünürlər.

    Azərbaycan diplomatiyası da bu məsələdə qanunverici orqanın üzvləri ilə sıx əlaqə yaratmalı və bu məsələdə Türkiyə ilə birlikdə hərəkət etməlidir.

    Rubrika.az


    Facebook-da paylaş