• 215 saylı məktəbin direktoru Sevinc Allahverdiyevanı arxalandığı İcra başçısı Adil Vəliyev belə qoruya bilməyəcək

    215 saylı məktəbin direktoru Sevinc Allahverdiyevanı arxalandığı İcra başçısı Adil Vəliyev belə qoruya bilməyəcək

    Sevinc Allahverdiyevanı himayəsinə arxalandığı Sabunçu rayon icra başçısı Adil Vəliyev belə, qoruya bilməyəcək

    Hər kəsə bəllidir ki, təhsil naziri indiyədək bir neçə dəfə ali və orta təhsil müəssisə rəhbərlərinə qanunlara uyğun şəkildə hərəkət etməyi, əsasən də orta məktəblərdə yaşanan neqativ halların aradan qaldırılmasını, direktorların müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılmasına son qoyulmasını tapşırıb. Belə ki, Mikayıl Cabbarov bəyan edib ki, əgər məktəblərdə hər hansı bir rüşvət halı aşkarlanarsa, direktorlar cəzalandırılacaq və işdən kənarlaşdırılacaq. Lakin təhsil nazirinin bu tip xəbərdarlıqlarına baxmayaraq, bəzi orta məktəblərdə vəziyyət hələ də düzəlməyib. Həmin təhsil ocaqlarından biri də Bakının Sabunçu rayonu, Aydınbəyov küçəsi 9 ünvanında yerləşən 215 saylı orta məktəbdir. Beləliklə, 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayan 215 saylı orta məktəbə hazırda Sevinc Mərifət qızı Allahverdiyevanın rəhbərlik etdiyi qeyd edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, adıçəkilən orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır: «Deyilənlərə görə, Sevinc Allahverdiyevanın direktoru olduğu təhsil müəssisəsində 9, 10 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər bir qayda olaraq direktorla nəyinsə qarşılığında anlaşıb dərsə gəlmirlər.
    Qeyd olunur ki, məktəb direktoru müəyyən maraqlarını təmin etdiyindən həmin şagirdlərin dərsə gəlməməsinə göz yumur. Bundan başqa, məktəbdə müəllimlər arasında ayrıseçilik salınır. Belə ki, hansı müəllimin Sevinc Allahverdiyeva ilə münasibətləri yaxşıdırsa, ona çox dərs saatı yazılır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlərə isə az dərs saatı yazılır. Əgər müvafiq qurumlar 215 saylı orta məktəbin fəaliyyətini yoxlasalar məlum olar ki, texniki işçilərin ştat cədvəlində ciddi qanunsuzluqlar mövcuddur. Deyilənlərə görə, Sevinc Allahverdiyeva özünə yaxın olan bir neçə şəxsin adını məktəbdə texniki işçi kimi qeydiyyatdan keçirib». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da bildirilir ki, Sevinc Allahverdiyeva direktoru olduğu təhsil müəssisəsində oxuyan şagirdlərə, o cümlədən müəllimlərə qayğı ilə yanaşmır: «Deyilənlərə görə, Sevinc Allahverdiyeva məktəbdə mövcud problemləri həll etmək əvəzinə onların sırasına yenilərinin də əlavə olunmasına şərait yaradır. Bu isə həm şagirdləri, həm onların valideynlərini, həm də təhsil müəssisəsinin kollektivini ciddi şəkildə narahat edir. Bildirilir ki, Sevinc Allahverdiyevanın direktor postuna gəlişinə qədər 215 saylı orta məktəb Sabunçu məktəbləri arasında özünəməxsus yeri, sanbalı var idi.(gundelik-baku)Lakin onun gəlişindən sonra həyata keçirdiyi özbaşınalıqlar məktəbdə tədris prosesinin keyfiyyətinə getdikcə təsir göstərdi. Belə ki, əgər bir neçə il əvvələ kimi məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olurdularsa, Sevinc Allahverdiyevanın gəlişindən sonra təhsil müəssisəsində bütün göstəricilər aşağı düşüb. Çünki məktəb rəhbərini ancaq qazanc maraqlandırır. Deyilənlərə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 215 saylı orta məktəbin və direktor Sevinc Allahverdiyevanın fəaliyyətini araşdırsalar, o zaman bir sıra neqativ halların üstü açıla bilər. Çünki hazırda adıçəkilən təhsil ocağında durum ürəkaçan deyil. Bildirilir ki, Sevinc Allahverdiyeva 215 saylı orta məktəbi təhsil qanunları ilə yox, məhz öz «qayda»ları ilə idarə edir. İş o həddə çatıb ki, hətta ibtidai siniflərdə belə, normal dərs keçirilmir. Deyilənlərə görə, artıq 215 nömrəli orta məktəbdə baş alıb gedən neqativ hallarla bağlı bilgilər ictimailəşdirildikdən sonra Sevinc Allahverdiyeva əməlli-başlı əndişələnməyə başlayıb. Çünki tezliklə Təhsil Nazirliyi, Hesablama Palatası, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və digər müvafiq qurumlar 215 saylı orta məktəbdə genişmiqyaslı yoxlamalara start verəcəkləri qeyd olunur. Əgər bu, baş verərsə, o zaman Sevinc Allahverdiyevanı himayəsinə arxalandığı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə, məsuliyyətdən kənarda saxlaya, onu qoruya bilməyəcək».

    Rubrika.az


    Facebook-da paylaş