• İlin ən yaxşı və pis nazirləri kimlərdir? - Eksklüziv ARAŞDIRMA

    İlin ən yaxşı və pis nazirləri kimlərdir? - Eksklüziv ARAŞDIRMA

    İlin ən aktiv və passiv nazirlərinin kimlər olduğuna dair araşdırma aparmışıq

    2016-cı ildə özünü yaxşı və pis tərəfdən göstərən nazirlər olub. Onların fəaliyyəti, qərarları, müxtəlif hadisələrdə adlarının hallanması büövlükdə bir monitorinq aparılmasına zərurət yaradıb. Əslində, nazirlərin fəaliyyətinin təftişi və qiymətləndirilməsi hər zaman aparılıb.

    Ölkə rəhbərliyi xalqla işləyən, vətəndaşların qayğısına qalıb-qalmayan, adı neqativ və pozitiv hadisələrdə çəkilən, o cümlədən daha operativ nazirlərin siyahısını həmişə hazırlayıb.

    Bu dəfə isə iqtisadi böhran ilində özünü yaxşı və pis tərəfdən göstərən nazirlərin siyahısını media qrupu olaraq hazırlamışıq. Və bu, subyektiv qiymətləndirmədir. Ən doğrusunu ölkə rəhbərliyi və xalq söyləyə bilər.

    Beləliklə, əvvəlcə ilin ən aktiv nazirlərinin siyahısına nəzər salmaq lazımdır. Bu təqvimdə siyahıda mətbuatın diqqətini çəkən, operativ işləyən, vətəndaşların qəbulu və müraciətlərinə həssas yanaşan daxili işlər naziri Ramil Usubovdur. DİN rəhbərliyinin fəaliyyətini ölkənin iqtidar və müxalif mediası da müsbət qiymətləndirir.

    Siyahıda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev xüsusi yer alır. DTX rəhbərliyi ləğv olnumuş MTN yerinə yaradılmış strukturun başına keçər-keçməz həm məlum hadisələrdən sonra çox mübət reputasiya ilə meydana çıxdı, həm də fəaliyyəti göz qabağındadır. DTX rəhbərliyi olduqca fəal işləyir.

    İlin aktiv qurumlarıın rəhbərləri sırasında Baş Prokuror Zakir Qaralov qeyd olunur. Hər üç güc strukturunun istər rəhbərliyi, istərsə mətbuat xidməti kifayət qədər aktiv fəaliyyətdədir.(politika)
    Eyni zamanda siyahı üzrə bir neçə nazirliyin adını çəkmək olar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənov siyahını tamamlayır.

    Həqiqətən də ilin ən aktiv 6 naziri kimi yuxarıda adı çəkilənləri qeyd etmək olar. Onların kadr islahatları, vətəndaşlarla görüşü, problemlərə isti yanaşması təqdir olunur.
    2016-cı ilin passiv və ən çox narazılıq edilən nazirləri az deyil. Siyahıda baş yeri səhiyyə naziri Oqtay Şirəliyev tutur. Ölkənin tibb sektoru gerçəkdən də iflic olub.

    Xəstəxanalarda rüşvət ayaq açıb yeriyir, texniki baza görüntü yardıb, ana-uşaq ölümləri artır, həkim səhlənkarlığı ucbatından insanların başına faciələr gəlir, rayon xəstəxanaları bazar çevrilib və biabırçı vəziyətdədir.

    Nazirin kadr islahatları isə demək olar ki, getmir. İkinci yerdə təhsil naziri Mikayıl Cabbarov yer alıb. Misir Mərdanovdan sonra təhsil sahəsini reanimasiyaya yerləşdirən gənc nazir heç bir irəliləyişə nail olmayıb. Keçid balları aşağı düşüb, təhsilin keyfiyyəti qalmayıb, orta və ali məktəblərdə, kolleclərdə rüşvət adi vərdişə çevrilib.

    Həmçinin, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov fəaliyyəti passiv, o cümlədən iqtisadi sferada böyük yarıtmazlıqlarda adı hallanmış məmurlardır. Bu barədə geniş yazıları vermişik. Həmçinin, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov monitorinq siyahısında ən passiv naizrlər kimi qərarlaşıb.

    Orta qiymət alanlar isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.

    Xatırladaq ki, prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.

    Rubrika.az


    Facebook-da paylaş