• Cəfər Cəfərovun rəhbərliyi altında universitetin yeni imici formalaşıb

    Cəfər Cəfərovun rəhbərliyi altında universitetin yeni imici formalaşıb

    ADPU öz tarixinin “qızıl dövrü”nü yaşayır

    Universitetdə şəffaf və obyektiv təhsil mühiti yaradılıb

    Rektor ona göstərilən böyük etimadı uğurla doğruldur


    Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.
    Bu baxımdan ölkəmizin təhsil sisteminin yeni inkişaf mərhələsində qazandığı uğurlarda pedaqoji kadrların hazırlanmasında ixtisaslaşmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi rolu var. ADPU ölkəmizin inkişafında müstəsna əhəmiyyət daşıyan çoxminlik müəllim ordusunun hazırlanmasında böyük inkişaf yolu keçib. İnamla demək olar ki, ADPU bu gün öz tarixinin “qızıl dövrünü” , intibah mərhələsini yaşayır. Bu isə kollektivə rəhbərlik etdiyi qısa müddət ərzində inqilabi dəyişikliklərə imza atmış, böyük islahatlar həyata keçirməyə nail olmuş universitetin rektoru, görkəmli elm və təhsil xadimi Cəfər Cəfərovun yorulmaz fəaliyyətinin nəticəsidir.
    Tarix elmləri doktoru, professor, müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin, təhsilin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunan çoxsaylı kitabların, 80-ə yaxın elmi əsər və tədris-metodiki vəsaitin müəllifi, 30-dan artıq xarici ölkədə keçirilən 90-a yaxın beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olan Cəfər Cəfərov bütün elmi və pedoqoji potensialını ADPU-nun dünya universitetləri səviyyəsində yenidən qurulmasına sərf edib.
    ADPU böyük inkişaf yolu keçərək hazırda ölkəmizin ali təhsil sistemində özünəməxsus yeri və mövqeyini qoruyur. ADPU zəngin elm və təhsil ənənələrinə malik ali təhsil müəssisəsidir.
    Son illər Azərbaycanda dövlət səviyyəsində müəllim peşəsinin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU-ya qoşulub. Bütövlükdə hazırda müəllim hazırlıığı məsələsi milli təhsil sistemində ən vacib, ən aktual vəzifələrdən biridir. Bu vəzifələrin uğurla həyata keçirilməsində ADPU-nun kollektivinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Hazırda ADPU əmək bazarının tələblərinə cavab verən, yüksək ixtisaslı, rəqabətqabiliyyətli pedaqoji kadrlar hazırlaması sahəsində uğurla fəaliyyət göstərir. ADPU-da təhsilin və tədrisin keyfiyyəti yüksəldilmiş, bu universitetdə təhsil alan tələbə-gənclərin yüksək biliyə, savada, geniş dünyagörüşünə malik əsl vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Bir sözlə, ADPU–da ölkəmiz üçün müasir tələblərə cavab verən müəllim kadrları hazırlanması üçün böyük işlər görülmüşdür.
    C.Cəfərovun rəhbərliyi altında ADPU effektiv idarə olunan ali təhsil müəssisəsinə çevrilib. ADPU-nun maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialını gücləndirilib. Hazırda universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq rəqabətəqabiliyyətli mütəxəssislərin hazırlanması üçün böyük işlər görülür. Cəfər müəllim əmək bazarının tələbləri öyrənilməlsi və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmasını bir şərt olaraq kollektiv qarşısında qoymuşdur.
    Onun gərgin əməyi nəticəsində kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini genişləndirərək, yüksək elmi nəticələrə nail olmuşlar. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalq miqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər,
    olimpiadalar, təhsil karyera sərgiləri keçirilir, universitetin orta təhsil müəssisələri ilə əlaqələri genişləndirilir. Eyni zamanda, ADPU öz məzunları ilə sıx əlaqə saxlayaraq onların universitetin ümumi inkişaf prosesinə cəlb etməsi təmin edilmişdir Hazırda ADPU-da idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, diferensial əməkhaqqının tətbiqi, bir sözlə, universitetin yeni imicinin formalaşması üçün ciddi islahatlar həyata keçirilir. Eyni zamanda ADPU beynəlxalq əlaqələrinin genişlənməsinə də xüsusi diqqət yetirir.
    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı hazırlanmışdır. Həmçinin təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməsi kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməsi təmin edilib. Tam əminliklə söyləmək olar ki, Cəfər Cəfərovun rəhbərliyi altında universitetin yeni imici formalaşdırılmışdır. Cəfər müəllimin böyük təcrübəsi, fədakarlığı ADPU-da tamamilə yeni, hər kəsə örnək olacaq bir mühit formalaşdırıb. Bütün fəaliyyəti ilə ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, İlham Əliyevin siyasi kursuna sədaqət simvolu olan Cəfər Cəfərov Azərbaycanda təhsilin yeni modelinin yaradılmasına öz töhfələrini verməkdədir. Bu gərgin, yorulmaz fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. Tanrı yardımçınız olsun.

    Nicat Mahmudov


    Facebook-da paylaş