• Qazaxın icra başçısı Rəcəb Babaşov rayonda "AT OYNADIR"...

    Qazaxın icra başçısı Rəcəb Babaşov rayonda "AT OYNADIR"...

    Rəcəb Babaşovdan Prezidentə Şikayət

    Hörmətli cənab Prezident!
    Ümidimiz yalnız Sizədir. Allah xatirinə bizə kömək edin həmdə Qazaxlılara.
    Qazaxın icra başcısı bizim işimizi bağlayıb 12 ailəni işsiz çörəksiz qoyub. Qazaxda “İsrafil Ağa” hamamı icra başcısı Rəcəb Babaşov tərəfindən 30 avqust 2016 tarixində rəsmi məktub göndərib “təmir olunacaq” adıyla bağlatdrmışdır. Məni və qardaşımı isə Babaşovun göstərişiylə elə həmin gecə polislərə şərlədərək 25 sutka həbsə saldırmışdır. 3 aydır ki obyekt nə təmir olunur nədə ki açılır. Əslində hamamın təmirə ehtiyacı yoxdur. Obyekt işlək, saz vəziyyətdədir. Əvvəl atam Əzimov Yusif sonrada mən özüm obyekti kifayət qədər öz şəxsi vəsaitimizlə təmir etdirmişik və bu günə qədər obyektə 1 manatda dövlət vəsaiti istifadə olunmayıb. Mavi qaza qədər öz şəxsi vəsaitimlə texniki şərt alıb çəkdirmişəm. Mən 3 dəfə Rəcəb Babaşova rəsmi müraciət etmişəm. Rəcəb Babaşova məktubumda bildirmişəm ki cənab prezidentin əsas siyasəti iş yerlərı açılması, məşğulluğun artması, yoxsulluğun yoxa çıxması və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. Lakin Rəcəb Babaşov heç prezidentin siyasi dəsti xəttinə də hörmət qoymur. Ağsaqqall qohumlarımı Babaşovun yanına xahişədə göndərmişəm.(teref) Son məqamda Rəcəb Babaşova media vasitəsiylə və birbaşa özünə bildirdik ki cənab prezident İlham Əliyevə video müraciətlə və rəsmi məktubla şikayət edəcəyik. Qəbulunda olan bizim ağsaqqallara Babaşov deyib ki gedin hara istəyirsiz şikayət edin mən heç kəsdən çəkinmirəm. Biz Babaşovdan belə cavab gözləmirdik. Çünki cənab Prezidentin adı gələndə hər kəs özünə gəlir. Lakin Babaşovun cənab Prezidentdəndə çəkinməməsinə biz heç vaxt inanmazdıq.

    Bütün bunlardan sonra Rəcəb Babaşovun əməllərinə etiraz olaraq İsrafil Ağa Hamamının işciləri 12 nəfər şəxs öz ailə üzvlərimizlə və körpə uşaqlarımızla birgə, dekabrın 23-də ümumilikdə 40 nəfər şəxs Sizdən kömək üçün Bakıya yola düşəcəyik. Tək İsrafil Ağa Hamamı üçün yox. Həmdə Qazax üçün. Qazaxda bütün baş verənləri və Babaşov barədə mətbuatda yazılanların hamısını adminstrasiya təqdim edəcəyik. Biz ilk öncə rəhmətlik Heydər Əliyevin məzarını ziyarət edəcəyik və Ulu Öndərin məzarı üstə gül çiçək qoyacağıq. Sonra oradan prezident aparatına cənab prezidentin qəbuluna gedəcəyik. Cənab Prezident! Sizin 24 dekabrda ad gününüzü təbrik edib və qarşıdan gələn yeni ilinizi təbrik edib Sizə uzun ömür can sağlığı arzulayacağıq.

    Biz bütün Qazaxlıların adından cənab prezidentə Rəcəb Babaşovdan şikayətimizi deyəcəyik. Biz cənab prezidentdən həmdə bayramlıq maddı yardım xahiş edəcəyik. Çünki Rəcəb Babaşov bizim işimizə və dolanmamıza hörmət qoymadı və obyekti bağladı. Biz 3 aydır ki işsizik. Dolana bilmirik. Evimizə çörəyi nisyə alırıq. Biz iş yeri açmışdıq! İşcilər 300 – 400 manat maaş alırdı. Budurmu başcının bizə sağolu? Budurmu başcının cənab prezidentin siyasətinə sadiqliyi? Cənab prezident deyir ki iş yerləri açın yoxsulluq azalsın. Amma Babaşov hazır iş yerini bağlayır. Milləti işsiz çörəksiz qoyur.

    Hörmətli Cənab Prezident!
    Mən 17 ildir YAP-ın uzvüyəm. Ali təhsilliyəm. Fəal YAP-çıyam. Seçkilərdə ailə qohum əqrabayla aktiv iştirak edirik. Müraciətlərimdə Rəcəb Babaşova fəal YAP-cı olduğumu vurğulamışam. Nə YAP-a hörmət qoyur nə camahatın dolanmasına. Mən cənab prezidentə “təşəkkür məktubu” yazmışam. Prezidentin saytında dərc olunub. Mən prezidentə bütün sahələrdə o cümlədən yeni yeni iş yerlərinin açılmasıyla bağlı həmdə sahibkarlığa dəstəyinə görə təşəkkür etmişəm.

    İsrafil Ağa hamamı tarixi abidədir. Abidəni öz hesabımıza təmir etdirib qoruyurduq. Qazaxda cəmi bir hamam işləyirdi. İndi o da yoxdur. Babaşov Qazaxlıları hamamsız işcilərisə işsiz çörəksiz qoyub. Görmüşük rəhbər gələr kömək edər əl tutar, axsaqqallıq edər. Qapı bağlayıb çörək kəsməz. Azərbaycanın bir çox şəhərlərində qədim abidələr baxımsızlıqdan dağılır. Şəkidə 2 hamam, Sumqayıtda 1 hamam, Abşeronda 2 hamam, və s. rayonlarda hamamlar bərbad vəziyyətdə dağılır. Başcı gəlib bizə sağolun abidəni qoruyub saxlayırsınız deməkdən tam əksinə qapıları bağlayıb milləti işsiz çörəksiz qoyur? Budurmu başcının yerli camahatı dolandırması? Belədə idarəçilik olar? Belədə rəhbərlik olar? Hələ heç bir icra başcısı hamamı bağlatmamışdı. Əksinə bütün başcılar öz köməkliklərini təklif etmişdi. Ulu Öndərimiz Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçündür” kəlamlarına Rəcəb müəllim riayyət etmir. Kömək etmək əvəzinə tam əksinə, süni problemlər yaradır. Biz bilmirik bunların hamısına nə ad vermək olar, necə başa düşmək olar. Rəcəb Babaşov Qazaxda qapı bağlayan, çörək kəsən başcı kimi tanıtdırıb özünü. Bir yerə gedəndə deyirlər ki “Görəsən indi kimin qapısını bağlayacaq”. Qazax bazarında da bir neçə dükanı bağlatdırıb dəmir qapılarını qaynaqladıb.

    Hörmətli cənab Prezident! Rəcəb Babaşov Qazaxda çox qapıları bağlayıb, çox adamı işdən çıxarıb. Saymaqla qurtarmaz. Qazaxlılar və ictimayyət çox yaxşı bilir. Ona görədə hər kəsi Qazaxlılara kömək etməyə çağırırıq. Çünki Qazax batır. Qazax sarsılıb. Qazax çətinlikdədir. Qazax şokdadır. Rəsmi Bakıdan və bütün dövlət orqanlarından Qazaxla maraqlanmağı xahiş edirik. Mənim bu yazımı mütləq cənab Prezidentə çatdırın. Bir YAP-cı olaraq Ustadımız Böyük Şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin şagirdi kimi deyə bilərəm ki siyasi savadı olmadığı üçün Rəcəb Babaşov özüdə bilmədən ümumi dövlətçilik prinsiplərini pozur. Onun bu əməlləri rayonun ictimai siyasi balansını tamamilə iflic vəziyyətə salıb və təbii ki bunlar hamısı ictimai narazılığa səbəb olur.
    Bütün media nümayəndələrindən bu yazını dövlət qurumlarına göndərməyi, saytlarda, qəzetlərdə və hər yerdə dərc etmənizi və ictimailəşdirilməsini xahiş edirəm.

    Rubrika.az


    Facebook-da paylaş