• Öılkədə dəhşətli 3-cü devalvasiya gəlir

    Öılkədə dəhşətli 3-cü devalvasiya gəlir

    Azərbaycanda üçüncü devalvasiyaya çox yaxındır

    Əldə etdiyimiz məlumata görə, artıq növbəti dəfə xalqa manat terror yaşadacaqlar. Mərkəzi Bank devalvasiyasının növbəti dəfə olacağını nə təkzib edir, nə təsdiq.

    Bu susqunluq dəhşətli bir vahimə yaradır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır. Hökumət heç bir anti-böhran tədbiri həyata keçirmək istəmir. Mərkəzi Bank və Maliyyə Nazirliyinə yönəlik tənqidlər də artıq faydasızdır.(politika)

    Hər iki qurum manatın məzənnəsini qoruyub saxlanmasında heç bir iş görmür. Ona görə də manatı ucuzlaşır, həyat bahalaşır.

    Belə ki, “Azadlıq” radiosunun sorğusuna cavab olaraq AMB üçüncü devalvasiyanın gözlənilməsi ilə bağlı bəzi ekspertlərin fikirlərinə münasibət bildirməyib.

    Mərkəzi Bankdan bildiriblər ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun və ötən ilin sonunda elan edilən yeni məzənnə rejimi çərçivəsində formalaşır.

    Bu nəzəri cavab isə qane etmir. AMB şərh etməməklə dolayısı ilə yenə devalvasiya olacağını təsdiqləyib. Ölkənin iqtisadi vəziyyəti təkcə siyasətçiləri və iş adamlarını deyil, sadə kəndlini də, ucqar dağ kəndində yaşayan insanı da narahat etməkdədir. Gəlirlər azalıb, bahalaşma gedib, dövlət və özəl sektorda ixtisarlar aparılıb.

    Bu iqtisadi proses davam etməkdədir və hər an insanların gözü iqtisadçıların verdiyi proqnozlarda və hökumət rəsmilərinin açıqlamalarındadır. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq.

    Belə ki, qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasının artması istehlak qiymətləri indeksini yüksəldəcək.

    Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub.

    Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək.
    Əldə etdiyimiz məlumata görə, ilin sonunda ölkəni dəhşətli iqtisadi fəlakət gözləyir. Azərbaycanda manatın sünamisinə hazırlıq gedir.

    Milli Məclisdə Vahid Əhmədovun da üsyan etməsi gözlənilən nəticə barədə ismarıc imiş. Belə ki, hakimiyyət ilin sonunda 1 dolların 2 manat olmasına gedəcək.

    Bununla da manatın dəfni və üçüncü devalvasiyanın rəsmiləşdirilməsi təmin olunacaq. Artıq banklar da məlumatlıdır və məmurlar öz kommersiya müəssisələrini qorumağa hazırlaşır. Xalq isə növbəti iqtisadi faciə ilə üz-üzə qalacaq.

    Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 11-nə rəsmi məzənnəsini 1,6869 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,52% artması deməkdir.

    Qeyd edək ki, noyabrın 10-da rəsmi məzənnə 1,6782 AZN/USD olub. Dəmiryolu Vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır. «Qara bazar»da dolları 1,74 manata alılar. Müştəri 1000 dollardan çox satarsa, qiymət 1,75 manata qaldırılır.

    KİV-in yazdığına görə, 10-dək bank dollar satışını dayandırıb, 11 bank isə limit qoyub – bir nəfərə 300-1000 dollar və ya avro. Noyabrın 10-da dolların rəsmi məzənnəsi 1,6782 manat olub. Noyabrın 11-nə isə rəsmi məzənnə 1,6869 AZN/USD səviyyəsində müəyyən edib.

    Qeyd edək ki, noyabrın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6782 məzənnəsi ilə başlayıb və 1,6867 məzənnəsi ilə yekunlaşıb.

    Ümumilikdə, cari ilin 10 ayında manata nəzərən ABŞ dolları 5.1 faiz, Avro isə 5.4 faiz bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.5704 manat təşkil edib.

    Rubrika.az


    Facebook-da paylaş