• 10 saylı məktəbin direktoru Elnarə Həsənova topladığı pul yığımlarına haqq qazandırır: ŞÜB-"Mənə heç kim toxuna biməz, çünki yığdıqlarımın hamısını “yuxarı” təhvil verirəm...”

    10 saylı məktəbin direktoru Elnarə Həsənova topladığı pul yığımlarına haqq qazandırır: ŞÜB-"Mənə heç kim toxuna biməz, çünki yığdıqlarımın hamısını “yuxarı” təhvil verirəm...”

    Elnarə Həsənova həyata keçirdiyi pul yığımlarına “haqq qazandırmaq” üçün Fuad Cəbrayılovun adını hallandırır

    Mediada 17.11.2016-cı il tarixdə “Abşeron RTŞ-nin “pullu” yoxlamaları” başlığı altında tənqidi yazı dərc olunmuşdu. Redaksiyamıza təqdim olunan açıqlamalar əsasında hazırladığımız həmin yazıda diqqət mərkəzinə çəkilən əsas məqam bu idi ki, Xırdalan şəhəri 10 saylı orta məktəbin direktoru Elnarə Həsənova Abşeron RTŞ-nin təftiş komissiyalarını “yola salmaq” bəhanəsilə müəllimlərdən külli-miqdarda pul yığır. Bu xüsusda noyabrı 16-sı aldığımız açıqlamada deyilirdi: “Bu gün məktəbimizə Abşeron RTŞ-dən Yavər müəllim təşrif gətirib. Direktor da buyurub ki, bu yoxlamadır və Yavər müəllimi “yola salmaq” üçün yenə də hər müəllimdən 50 manat, sinif rəhbərlərindən isə, 100 manat pul yığıldı. Qeyd edim ki, bu yığımları da bilavasitə dərs hissə müdiri Gülnarə xanım həyata keçirir. Pul verməkdən imtina edənləri isə, RTŞ-nin töhmətilə hədələyirlər. Deyirlər ki, birbaşa təhsil şöbəsinin müdiri Kamran müəllimin tapşırığıdır. Beləliklə də, son bir ay ərzində bizim məktəbdə çalışan 80 nəfərə yaxın müəllimin hər birində 80 manat, sinif rəhbərlərindən isə, 130 manat pul toplanıb.(bizimdovr) Razılaşın ki, sadə müəllim maaşı üçün bu, kifayət qədər böyük məbləğdir. Ən pisi də budur ki, dərdimizi deməyə yer tapmırıq...” Eyni zamanda da, aldığımız məlumatlarda 10 saylı məktəbin fəaliyyətində müşahidə olunan digər neqativ hallardan da bəhs olunmuşdu. Belə ki, açıqlamalarda bu orta təhsil müəssisəsində sürəkli olaraq pul yığımlarının həyata keçirildiyi bildirilir. Həmçinin biz göstərmişdik ki, bundan əvvəl də 10 saylı məktəbin direktoru Elnarə Həsənovanın yol verdiyi müxtəlif pul yığımları və digər özbaşınalıqlar barədə valideynlər dəfələrlə mətbuat vasitəsilə əlaqədar instansiyalara müraciət ediblər. Məsələn, hələ keçən tədris ilində valideynlərdən birinin imzası ilə dərc olunmuş materialda 10 saylı məktəbdə bayram münasibətilə keşirilən pul yığımlarından bəhs olunmuşdu. Həmin materialda yer almış açıqlamada deyilirdi: “Elnarə Həsənovanın tapşırığı ilə 8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb, bayram şənliyi keçiriblər. Bunun təhsillə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir? Zatən valideynlər azı 30 manat müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək nəyə lazımdır? Novruz bayramı ərəfəsində də 30 manat şənlik üçün pul yığılıb. Başa düşə bilmirəm, kosa ilə keçəl hollivuddan gəlirlər? Uşağın nəyinə lazımdır belə tədbir? Bəyəm yuxarı sinif uşaqlarını cəlb edərək, kosa və keçəli oynamaqla onların aktyorluq qabiliyyətlərini artırmaq daha yaxşı olmazdımı? Hələ bir əlavə olaraq hər bir uşaqdan Novruz xonçası üçün 5 manat da pul tələb olunur. Uşaq müəllimə deyir ki, anam xonça bəzəyib gətirəcək. Sinif rəhbəri isə deyir ki, lazım deyil, 5 manat gətirin özümüz alacağıq. Siz bir 2-ci sinif uşağı ilə müəllimə arasında olan dialoqa baxın... Bunlar azmış kimi uşaqlardan davamlı olaraq test pulu , lövhədə yazmaq üçün marker pulu, nə bilim daha nə pulu-nə pulu yığılır. Bununla hansı təhsildən danışmaq olar? Görəsən Abşeronun təhsil şöbəsi, icra hakimiyyəti və nəhayət ölkənin Təhsil Nazirliyi hara baxırlar?!”

    Həmçinin aldığımız açıqlamalarda Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovun da adı hallanır. Daha doğrusu, Fuad müəllimin adının Elnarə Həsənova tərəfindən hallandırıldığı bildirilir: “Direktor tez-tez icra başçısının müavini Fuad Cəbrayılova istinad edir. Fuad müəllim tapşırıb, Fuad müəllim deyib və sairə... Təbii ki, Elnarə xanım daha çox həyata keçirdiyi pul yığımlarına “haqq qazandırmaq” üçün bu üsuldan istifadə edir. Deyir ki, mənə heç kim toxuna biməz. Çünki yığdıqlarımın hamısını “yuxarı” təhvil verirəm...”

    Rubrika.az


    Facebook-da paylaş