• İlham Əliyevin güvəndiyi 4 nazir haqda sensasion FAKTLAR

    İlham Əliyevin güvəndiyi 4 nazir haqda sensasion FAKTLAR

    Prezident İlham Əliyev məmurlara xalqla işləməyi, vicdanlı olmağı və vətəndaşların maraqlarını üstün tutmağı tapşırıb

    Dövlət başçısı bu göstərişlərə əməl etməyən və cızığından çıxan vəzifəli şəxsləri cəzalandırıb. Prezident üçün prinsipial məsələ vətəndaşın probleminin həlli və şikayətinin olmamasıdır.

    2003-cü ildən hakimiyyətdə olan İ.Əliyevin daxili siyasəti məhz vətəndaşa xidmət və onun narazılıqlarını həll etmək üzərində qurulub.

    Amma xeyli sayda məmur ordusu var ki, dövlət rəhbərliyinin tapşırıqlarını qulaqardı edərək qanunsuzluqlara yol verir, insanların hüquqlarını tapdalayır.

    Prezidentin həmin meyarlara cavab verən və etimadını doğruldan 4 məmurun adını çəkmək olar. Onlar bu günə qədər həm hakimiyyətin, həm dövlətin, həm vətəndaşların maraqlarını ali tutub.

    Ona görə də prezidentin razı qaldığı və vətəndaşların da güvəndiyi 4 strukturun rəhbəri insanların inam yeridir.

    Araşdırmalar və monitorinqlər, media üzərindən müşahidələr belə deməyə əsas verir ki, Azərbaycanın onurğa sütunu məhz Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Müdafiə Nazirliyidir.

    Bu sıralama üzrə İ.Əliyev məhz daxili işlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Mədət Quliyev, Baş prokuror Zakir Qaralov və müdafiə naziri Zakir Həsənova etimad göstərir. Adıçəkilən 4 yüksək rütbəli məmur rəhəri olduğu strukturların nüfuzunu qoruyub saxlayıb, vətəndaşların müraciətlərinə həmişə həssas yanaşıb, prezidentin etimadını doğruldub.(politika.az)R.Usubovun polis sistemində yaratdığı peşəkarlıq, operativlik və müasir standartlara uyğun fəaliyyət göz qabağındadır. Cənab nazir dövlət başçısının etibarını vətəndaşlara xidmət və insanların təhlükəsizliyinin keşiyində ən yüksək səviyyədə dayanmaqla qazanıb.

    Digər üç struktura gəlincə, hər birində kadr dəyişiklikləri olub. Penitensiar Xidmətdə həyata keçirdiyi islahatlar, nizma-intizamla inqilabi dəyişikliklərə nail olmuş M.Quliyev ləğv olunmuş MTN-dən sonra təhlükəsizlik sektorunda böyük bir irəliləyişə nail oldu.

    Cənab general prezidentin etimadını Penitensiar Xidmətdən sonra DTX-da da doğrultdu və sübut etdi ki, təyinat heç də təsadüfi olmayıb.

    Politika.Az-ın xəbərinə görə, üstəgəl, MTN olaylarından sonra insanlar gözündən zədələnmiş reputasiyanı məhz DTX rəhbəri tezliklə müsbət imic və peşəkar fəaliyyətlə bərpa edə bildi. Baş prokuror Zakir Qaralov Eldar Həsənovdan sonra prokurorluq orqanlarında ciddi uğurlara imza atdı.

    İlk növbədə cənab Z.Qaralov üçün prioritet və prinspial məsələ prokurorluğun təmiz imicini qoruyub saxlamaqdır. Məhz bu baxımdan kadr islahatları, tez-tez təyinatlar, işində nöqsana yol vermiş prokurorların sistemdən kənarlaşdırılması baş prokurorun işinin əsasını təşkil edir.

    Eyni zamanda qeyd etmək lazımdır ki, vətəndaşların müraciətlərinə hər zaman həssas yanaşılır, onların şikayətləri, problemləri dinlənir, araşdırılır. Dəfələrlə olub ki, cənab baş prokuror vətəndaşın müraciətini şəxsən nəzarətinə götürüb, yenidən araşdırılmasına göstəriş verib.

    Politika.Az xəbər verir ki, nəhayət, Səfər Əbiyevdən sonrakı Müdafiə Nazirliyinə baxmaq lazımdır. Zakir Həsənov isbat etdi ki, hərbi nazir isti kabinetdə yox, səngərdə, zabit və əsgərlərin yanında olmalıdır.

    Onun gəlişindən sonra orduda yaranmış nizam-intizam, dedovşinanın ləğvi, rüşvətə son qoyulması, əsgərlərin geyiminə, qidalanmasına, gigiyenasına nəzarət bütün valideynlərin, xalqın ürəyincə oldu.

    Z.Həsənov tez-tez cəbhə xəttində olur, əsgərlərlə görüşür, hərbi hissələri gəzir, vəziyyətlə maraqlanır, çatışmazlıqları aradan qaldırır və fakt budur ki, valideynlər övladlarından sarı narahat deyil, dövlətə, nazirə güvənir.

    Ən əsası müdafiə nazirinin aprel döyüşlərində göstərdiyi fədakarlıq, hər an əsgərlərin, zabitlərin yanında olması xüsusi qeyd edilməlidir.

    Haqqında bəhs etdiyimiz 4 nazirin digər bir üstünlüyü isə tez-tez regionlara getməsi, vətəndaşlarla görüşlər keçirməsidir. Nəticədə prezidentin etimad göstərdiyi 4 məmur adını çox əminliklə çəkmək olar.

    Rubrika.az


    Facebook-da paylaş