• Mehdiabad camaatı Mikayıl Cabbarovun qərarına etiraz edir

    Mehdiabad camaatı Mikayıl Cabbarovun qərarına etiraz edir

    Vüsal Süleymanovun 2 saylı orta məktəbin rəhbərliyindən kənarlaşdırılması pedoqoji heyəti, şagirdləri və onların valideynlərini narahat edir

    Qəsəbə sakinləri Beyləqan rayonundan gələn yeni direktorun əməllərindən şikayətlənirlər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 nömrəli tam orta məktəbə bir müddətdir ki, peşəkar pedaqoq, öz işini bilən, həm kollektivlə, həm də şagirdlərlə normal rəftar etmək qabiliyyətinə malik olan, bir sözlə əsl müəllim adını şərəflə daşıyan Vüsal Məhəmməd oğlu Süleymanov rəhbərlik edib. Lakin nədənsə bir müddət əvvəl Təhsil Nazirliyi onu Beyləqan rayonundan gələn biri ilə əvəz edib. Məhz bundan sonra Mehdiabad camaatının nazirliyin qərarına etiraz etdiklərini vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, uzun müddət 2 nömrəli tam orta məktəbdə direktor müavini, son zamanlar isə direktor vəzifəsində çalışan Vüsal Süleymanovun rəhbərlikdən getməsi şagirdləri və onların valideynlərini də narahat edir.(gundelik-baki)Belə ki, adıçəkilən təhsil müəssisəsinin kollektivinin, o cümlədən şagirdlər və onların valideynlərinin Vüsal Süleymanova xüsusi rəğbət bəslədiklərini deyən mənbənin sözlərinə görə, 2 nömrəli tam orta məktəbin yeni direktoru əlində olan imkanlardan yararlanaraq Vüsal Süleymanovun yerin təyinat almağa müvəffəq olub: «Deyilənlərə görə, Beyləqan rayonundan gələn yeni direktorun təyinatından sonra o, şəxsi maraqlarını təmin etməyə, gəlirlərini artırmağa başlayıb. Belə ki, bu gün o, 2 nömrəli tam orta məktəbdə xoşagəlməz ab-havanın yaranmasına səbəb olub. Buna görə də Mehdiabad qəsəbə sakinləri Beyləqan rayonundan gələn yeni direktorun əməllərindən şikayətlənirlər. Halbuki Vüsal Süleymanovun zamanında adıçəkilən təhsil müəssisəsində vəziyyət, ab-hava tamam başqa cür idi. Qeyd edim ki, mülayim rəftarı və xoş ünsiyyəti ilə tanınan Vüsal Süleymanovu hansı şagirddən, valideyndən və ya müəllimdən soruşsanız, ətrafındakılara diqqət və mehribanlıqla yanaşan bir insan portreti yaradacaqlar. Məhz bu şəxs uzun müddət Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 nömrəli tam orta məktəbə rəhbərlik edib. Beyləqan rayonundan gələn yeni direktorun təyinatına qədər Vüsal Süleymanov adıçəkilən təhsil müəssisəsinin direktoru vəzifəsini layiqincə icra edib və buna görə də həm kollektiv, həm də şagirdlər ondan razılıq ediblər. Lakin buna baxmayaraq, Təhsil Nazirliyi Mehdiabad sakinlərinin mövqeyinə əhəmiyyət vermədən 2 saylı orta məktəbə tamam başqa birini direktor vəzifəsinə təyin edib. Məhz elə bu səbəbdən də qəsəbə sakinləri nazirliyin əmrinə etiraz edirlər. Görünür, yeni direktorun himayədarları bu məsələyə müdaxilə etdikdən sonra prosesi onun xeyrinə nəticələndiriblər». Bu arada, məlumat üçün bildirək ki, «Təhsil haqqında» Qanununda deyilir ki, təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra sturukturlarının, təhsil alanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Sözügedən qanunda həmçinin, o da qeyd olunur ki, məktəb direktoru ilk növbədə müəllimdir, tərbiyəçidir. Yəni direktor məktəbin pedoqoji kollektivinə rəhbərlik edir, kadrların düzgün seçilməsini və yerləşdirilməsini təmin edir, işçilərin ideya - nəzəri səviyyəsinin və ixtisasının yükəldilməsi üçün lazımi şərait yaradır, tədrisin ideya-siyasi istiqamətinə, şagirdlərinin biliyinin keyfiyyətinə və davranışına, sinifdənxaric və məktəbdənkənar işin məzmununa və təşkilinə nəzrət edir. Məktəbdə bilavasitə tədris prosesinin təşkilinə aid olan bu funksiyalarla yanaşı, direktorun üzərinə bir sıra mürəkkəb vəzifələr düşür. Ümumiyyətlə, məktəbdə işin müxtəlifliyi, mürəkkəbliyi və vacibliyi məktəb direktorundan yüksək təşkilatçılıq, hadisələrin gedişini görmək və daha çox nailiyyətlər əldə etmək üçün məktəbdə gedən bütün proseslərə operativ müdaxilə etməyi tələb edir. Əldə etdiyimiz bilgilərə görə, Vüsal Süleymanov Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 2 nömrəli tam orta məktəbə rəhbərlik etdiyi zaman direktor kimi yuxarıda qeyd olunan bütün kriteriyalara tam şəkildə cavab verib. Lakin buna rəğmən, Təhsil Nazirliyi onun əməyini lazımınca qiymətləndirmək əvəzinə, Mehdiabad sakinlərinin kəskin etirazına səbəb olan qərar qəbul edərək 2 saylı orta məktəbin rəhbərliyini camaatın tanımadığı birinə həvalə edib.

    Rubrika.az


    Facebook-da paylaş