• Gömrük generalı Vüsal Novruzov atasını həbsin bir addımlığından xilas etdi

    Gömrük generalı Vüsal Novruzov atasını həbsin bir addımlığından xilas etdi

    “Rabitə işi”ndə şok isimlər

    Zeynal Novruzov niyə Məhəmməd Məmmədovun dövlətə ödədiyi vəsaitin böyük qismini öz üzərinə götürdü?

    Ölkə gündəminə bomba kimi düşən, bir ildən artıq vaxt keçməsinə baxmayaraq hər gün yeni isimlərin, fərqli cinayətlərin aşkarlandığı “MTN işi”ində daha bir sürpriz ad ortaya çıxıb. Uzun illər dövləti hörümçək toru kimi saran cinayət çetesinin taladığı milyardların “silinməsi” əməliyyatında daha bir şəxsin adı medyaya sızıb.

    Xatırladaq ki, milyonlarla manat dövlət vəsaitin talandığı, habelə bir sıra silsilə cinayətlərin əks olunduğu, bütün diqqətləri üzərinə çəkən “Rabitə işi” yekunlaşmaq üzrədir. Bu prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra yüksək çinli məmurları həbs olunmuş, ortaya dəhşətli faktlar çıxmışdı.

    Rubrika.az xəbər verir ki, həmin prosesdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov dövlət əmlakını mənimsəmək adı altında həbs olunub.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

    RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

    Lakin bir müddət öncə "Rabitə İşi"ndə gözlənilməz gəlişmə oldu. Belə ki, həbs olunan və hazırda dövlət əmlakını mənimsəməkdə itihham olunan “Aztelekom” MMC sabiq baş direktoru Məhəmməd Məmmədov və baş mühasib Oktay Rüstəmovun dövlətə dəymiş ziyanı ödəmələri barədə informasiyalar yayıldı. “Aztelekom” MMC-nin keçmiş baş direktorunun vəkili Şahin Rəfiyev mətbuata verdiyi açıqlamada hüquqlarını müdaifə eydiyi Məhəmməd Məmmədovun və baş mühasib Oktay Rüstəmovun qohumları təərfindən ittiham aktında göstərilən dəymiş zərərin tam şəkildə ödənildiyini bildirdi. Vəkil “Aztelekom” MMC epizodu üzrə heç bir ziyanın qalmadığını və həmin şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasının isə məhkəmə araşdırmasından sonra bəlli olacağını qeyd etdi. Vəkil Məhəmməd Məmmədovun bu cinayət işində “qurbanlardan” birinin olduğunu bildirdi.

    Rubrika.az-a baş verənlərlə bağlı olduqca ilginc məlumatlar daxil olub. Belə ki, özünü “Rabitə işi”ndə “qurban” hesab edən Məhəmməd Məmmədova dövlətə vurulmuş ziyanı ödəməkdə yardımçı olan, konkret olaraq vəsaitin bir hissəsini ödəyən sürpriz şəxsin kimliyi məlum olub. Verilən məlumata görə M.Məmmədovun həbsdən xilas etdiyi həmin şəxs Bakı baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun atası, “Aztelekom” MMC-də baş direktorun tikinti işləri üzrə müşaviri postunu tutan Zeynal Novruzovdur. Belə ki, prosesin əvvəlində cinayət əməlində təqsirləndirilərək həbs olunanların sırasında Z.Novruzov da olmalı imiş. Çünki, talanan milyonların böyük qismi məhz tikinti işləri adı altında mənimsənilib. Təbii ki, belə olan təqdirdə MMC-nin tikinti işləri üzrə müşavirinin prosesdən kənarda qalması maraqlı suallar doğurur.

    Rubrika.az-a daxil olan məlumata görə baş direktorun həbsindən sonra Zeynal Novruzov hakimiyyət daxilindəki əlaqələrindən istifadə edərək özünü proseslərdən kənarda saxlaya bilib. Təbii ki, bütün bu proseslərin yönləndirilməsində Vüsal Novruzov əsas fiqur kimi mühüm rol oynayıb. O, bütün vasitələrlə atasını həbsin bir addımlığından xilas edib.

    Rubrika.az-a verilən məlumatda bildirilir ki, Məhəmməd Məmmədov istintaq prosesində keçmiş müşavirini satmayaraq onun adını hallandırmayıb. Bunun qarşılığı olaraq Z, Novruzov baş direktorun dövlətə ödədiyi vəsaitin əhəmiyyətli hissəsini ödəyib.

    Beləliklə, zamanında tikinti adı altında mənimsənilən milyonlara rəy verən Z.Novruzov bu dəfə azadlığının müqabilində pul verməli olub. Təbii ki, bütün baş verənlərdə Vüsal Novruzov daha çox çaba sərf edib. Məhz onun əməyi nəticəsində atasının adı “Rabitə işi”ndə təqsirləndirilənlərin siyahısından çıxarılıb.

    Araşdırmalarımız davam edir.

    Nicat


    Facebook-da paylaş