• Səlim Müslümovun müqavilə siyasəti: korrupsiyanın buynuzumu olur?

    Səlim Müslümovun müqavilə siyasəti: korrupsiyanın buynuzumu olur?

    DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirildikdən sonra Səlim Müslümovun növbəti korrupsiya əməllərinin üstü açılıb. Məlum olub ki, DSMF-nin rayon şöbələrində 2000-dən çox işçi dövlət qulluğu imtahanında iştirak etmədən müqavilə ilə işləyir. Görən niyə Səlim Müslümovun bu əməlləri araşdırılıb lazımı ölçü götürülmür? Yoxlama zamanı Hesablama Palatası niyə bu məsələləri araşdırıb cənab Prezidentə məlumat vermir? Çünki Hesablama Palatası Səlim Müslümovun dostu Heydər Əsədovun kurasiyasındadır. İndiyə qədər məhz Heydər Əsədovun sayəsində Səlim Müslümov DSMF-də rahat şəkildə milyonlarla manat dövlət əmlakını talan edə bilib. Hesablama Palatası heç zaman DSMF-dəki korrupsiya faktlarını üzə çıxarmayıb. Yalnız Elman Babayevin dövründə nəsə üzə çıxartdılar, oda ki, o vaxt baş verdi ki, Səlim Müslümovla Elman Babayevin intriqası başlamışdı. Yəni sifarişçi Səlim Müslümov idi. Güya ki, Səlim Müslümov nə qədər ki, DSMF-nin sədri idi orda hər şey gül çiçək idi, Səlim Müslümov gedən kimi korrupsiya başladı. Təriflənən naziri Səlim Müslümov kimi olan ölkəyə adamın yazığı gəlir.

    Müqavilə ilə işlətmək nə deməkdir? Bu o deməkdir ki, həmin adamların zəruri bilikləri belə yoxdur ki, gedib dövlət qulluğu imtahanından keçsinlər. Bəs Səlim Müslümov onları niyə müqavilə ilə işə götürüb? Ona görə götürüb ki, yarısı onun qohum əqrəbasıdır, yarısı da pul aldıqları. Bu isə birbaşa korrupsiya əməlidir.

    İnsanların işlə təmin olunmasına yardımçı olmalı olan sosial müdafiə sahəsinin naziri özü vakant yerləri müsabiqəyə çıxarmır ki, birdən xalqın savadlı, işsiz övladları gedib imtahanlardan keçərlər, o isə öz qohum və pul aldıqları ilə bağladığı müqavilələri ləğv etməyə məcbur qalar. Onu ölkənin və savadlı insanların taleyi qəti maraqlandırmır. Onu heç vətəndaşın hakimiyyətdən narazı qalması da qəti olaraq ilgiləndirmir, təki öz maraqları təmin olunsun. Bir nazir ki, savadlı insanların dövlət qulluğuna gəlməyini özünün korrupsiya və qohumbazlıq siyasəti ilə əngəlləyir o dövlət, xalq və hakimiyyət üçün yaxşı nazir ola bilərmi? Əsla yox. Ən paradoks məsələ ondan ibarətdir ki, hakimiyyət necə razı ola bilir ki, Səlim Müslümovun korrupsiya maraqlarına görə insanların hakimiyyətdən narazılığı yaransın. Dəhşəti ondan ibarətdir ki, hakimiyyətdən bir nəfər belə tapılmır ki, cənab Prezidentə desin ki, Səlim Müslümov ancaq şou ilə məşğuldur, altdan-altdan etdikləri isə hakimiyyətin nüfuzuna zərbə vurur.

    Səlim Müslümovun DSMF-dəki işçiləri yüksək məbləğdə rüşvət qarşılığında müxtəlif saxta yollarla insanlara staj düzəldirdilər, həmin adamlar da stajları düzələndən sonra əmək pensiyası alacaqlarına əmin olduqdan sonra gedib TSEK-də rüşvət verib əlillik qrupu alırdılar. Bu yolla insanlar 40-45 yaşlarından əmək pensiyası almağa başladılar. Nəticədə uzun illər üçün dövlət büdcəsi üzərində böyük yük yarandı. Bununla Səlim Müslümov böyük sərvət topladı. Rüşvət aldıqlarına əmək pensiyası təyin etdirən Səlim Müslümov planı artıqlaması ilə doldurduqdan sonra başladı sığorta stajı illərinin sayını və pensiya yaşını artırmaqla insanların haqq etdikləri pensiyanı almaqdan məhrum etməyə. Pensiya sahəsində sosial ədalət prinsipini yerli dibli baltalayan Səlim Müslümov töhmət almaq əvəzinə, öz şoumenlik məharətindən istifadə edib yuxarılara baxın əmək pensiyası almaq üçün sığorta stajını 12 il yarıma, pensiya yaşını isə 60 və 63-ə qaldırmaqla dövlət büdcəsinə hər il filan qədər xeyr verdim deyib xal qazandı. Amma ona deyən tapılmadı ki, sən bunu özünün korrupsiya maraqlarına görə etdin. Minlərlə insana saxta yolla staj düzəltdirdin, onlara əmək pensiyası təyin etdirdin, bu yolla pensiya alacaq insanların sayını şişirtdin, sonrada, haqqı olanların pensiya almasını məhdudlaşdırdın.

    Özünün korrupsiya əməlləri ilə insanları əlillik qrupu almağa təhrik edən Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqdan sonra TSEK sədrləri üçün iclas edib böyük bir şou düzəltdi. Güya onlar rayon əhalisini ucdan tutma əlil edib qoyublar. Bəzilərini iclas zalından qovdu. Atalar bu yerdə yaxşı deyib: oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Atalar bu yerdə yaxşı deyib: oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

    Məsələnin mahiyyətindən agah olmayanlar da baxıb dedilər görürsüz nazir necə işləyir. Bu yerdə adamın avam insanlara yazığı gəlir. Amma deyən tapılmadı ki, həmin bədbəxt TSEK sədrləri elə uzun illər Səlim Müslümovun əlinə işləyib də. Ağlı başında olan heç kim gedib böyük məbləğdə rüşvət hesabına 40-50 manat sosial müavinət almaq üçün əlillik qrupu almaz. DSMF-də Səlim Müslümovun işçiləri insanlara saxta yolla əmək stajı düzəldib, onları əmək pensiyası alacağına əmin etməsəydilər insanlar gedib əlillik qrupu almazdı. Qeyd olunanlar bir daha onu göstərir ki, pensiya sahəsində sosial ədalət prinsipinin pozulması birbaşa olaraq Səlim Müslümovun korrupsiya əməllərinin nəticəsidir.

    Gülnarə Salahova və İlkin Cəfərov həbs oluna bilər

    Səlim Müslümov ünvanlı sosial yardımın təyinat müddətini 2 ilə qaldırdıqdan sonra onun yerlərdəki işçiləri başladılar yardımların 8-9 ayını mənimsəməyə və kimə gəldi yardım təyin etməyə. Nəticədə dövlət büdcəsinə saxta yolla 2 illiyə əlavə yük yaratmağa. Bu işdə ən çox saxtakarlığı Yasamal rayon ƏSMM-nin keçmiş direktor əvəzi (hazırda isə DSMF-nin Nəsimi rayon şöbəsində direktor müavini işləyir) Gülnarə Salahova və keçmiş baş mühasib İlkin Cəfərov etdi. Bu cütlük sanki kasıb, yetim-yesirin qanına susamışdılar. Gülnarəni nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin himayə etdiyini öyrənən İlkin Cəfərovun elə bil gözlərini qan almış kimi başlamışdı Gülnarəyə nökərçilik etməyə və Gülnarənin tapşırığı ilə kasıbların yardım pulunu onlardan sovurmağa.

    Artıq adları çəkilən cütlüyün qara günləri başlayıb. Belə ki, ödənişlə bağlı çətinlik yarandığından Nazirlikdən onların 8-9 ayını aldıqları ünvanlı sosial yardım sənədlərinin ləğv olunması ilə bağlı göstəriş verilib. Belə olan halda bir yol qalır: Gülnarə Salahova ilə İlkin Cəfərovun məsuliyyətə cəlb olunması. Bəlkə onda onlar kasıb insanların halal haqlarını onlara qaytardılar. Əks halda hikkəli Gülnarə Əjdər cəbiyevin dəstəyi ilə Nəsimi rayonunda hələ çox adamın başına oyun açacaq.

    Hakimiyyət nümayəndələrinə müraciət

    Səlim Müslümov işçiləri tərəfindən 8-9 ay yardım pulu alındıqdan sonra yardım almağa başlayan kasıb insanların yardım təyinatlarını ləğv etməyə başlayıb. Əgər kim Prezidentə doğurdan sadiqdirsə, Səlim Müslümovun Prezidentin nüfuzunu özünün korrupsiya maraqlarına qurban verməsinə imkan verməsinlər, öz gücləri çatırsa Səlim Müslümovu çağırıb ona desinlər ki, kasıb insanların yardımlarını kəsməklə onları Prezidentə qarşı qaldırma, əziyyət çək necə sən və işçilərin onlardan 8-9 ayın pulunu mənimsəmisiz gedin elə də kasıb insanların pulunu onlara qaytarmaqla yardımları davam etdirin. Öz gücləri çatmırsa bu barədə cənab Prezidentə məlumat versinlər. Qoy Səlim Müslümovla Əjdər Cəbiyev cütlüyü də başa düşsünlər ki, pafoslu danışmaqla insanları sona qədər aldatmaq olmaz. Cavid Əliyev


    Facebook-da paylaş