• Mikayıl Cabbarovun müavini Ceyhun Bayramov Laçın təhsilindəki korrupsiyanı niyə ört-basdır edir? - İttihamlar

    Mikayıl Cabbarovun müavini Ceyhun Bayramov Laçın təhsilindəki korrupsiyanı niyə ört-basdır edir? - İttihamlar

    Laçın sakini saytımıza məktubunda maraqlı faktlar açıqlayıb

    Ağcabədinin Taxta-Körpü ərazisindəki Şeylanlı Obasında məskunlaşmış Baxşeyiş Xudayarov məmur özbaşınalığından yazıb.

    Onun sözlərinə görə, Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyevin yol verdiyi ciddi qanun pozuntularını təhsil nazirinin birinci müavini Ceyhun Bayramov ört-basdır edir

    Hazırda Malik Vəliyev Tərtər regional təhsil idarəsinin maliyyə şöbəsinin müdiridir. B.Xudayarov qeyd edib ki, M.Vəliyevin əməllərindən təhsil naziri Mikayıl Cabbarovun xəbəri yoxdur:(politika.az)
    “Malik Vəliyev qeyri-qanuni yolla 30-dan çox şəxsi yüksək məbləğdə rüşvət qarşılığında hərbi biletlə hərbi hazırlıq müəllimi kimi işə götürüb. Araşdırılma aparılsa bu şəxslər əlifbanı belə bilmirlər.

    Laçın rayon Təhsil şöbəsində, evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğələlərində iştirak edikləri aşkar olar.

    Şagirdlər məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay alınan vəsaitin 50%-in direktorlar yığaraq Malik Vəliyevə çatırırlar.
    Malik Vəliyev saxta diplomu olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yolla bir aylıq kurs keçməklə məktəblərdə psixoloq vəzifəsinə təyin edib”.

    Məktubda əlavə olunur: “Araşdırılma aparılsa 20-dən çox diplomu saxta olan şəxslərin rayonun ümumtəhsil məktəblərində psixoloq vəzifəsinə təyin edildiyi aşkar olar. LRTŞ-də 100-dən çox diplomu saxta olan müəllim var.

    LRTŞ-inin müdri Nicat Həsənov Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq H1 və H2 həvəsləndirmə ilə rayon mərkəzindən uzaq məktəblərə musabiqə yolu ilə işə götrülən müəllimləri yüksək məbləğdə rüşvət qarşılığında Laçın rayonunun Bakı şəhərində yerləşən məktəblərinə yerdəyişmə edir.

    Malik Vəliyevin əsas gəlir mənbəylərindən biridə fakultativ məşğələlərə ayrılan dərs saatlarıdı bu saatları məktəb direktorları müəllimlərin adına yazaraq hər ay alınan vəsait yığılaraq Malik Vəliyevə çatır.

    Laçın rayon Təhsil Şöbəsində əmək qanunvericiliyinin tələblərin pozaraq ikinci qrup əlilərə 36-48 saat dərs tədris etdirilir.qanunun tələblərinə görə ikinci qrup əlilər 12 saatdan artıq dərs tədris edə bilməz.

    LRTŞ-də vərəm,şəkərli diabet , hepatit C, ruhi xəstəlik və s. yoluxucu və keçirici xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirilir, əvəzində aylıq hesab yığılır. Hətda ruhi xəstəlik ilə pensiya alan ikinci qrup əlilər yüksək məbləğdə rüşvət qarşlığında məktə direktoru vəzifəsinə təyin olunublar”.

    Şikayətçi deyib: “Laçın rayon təhsil şöbəsinin tabeliyində rayonun 120-dən çox ümumtəhsil məktəbləri var və hər bir məktəbin minumum 10 texniki işcisi var bu işcilərin maxsumum 2 kuryeri işyerinə gəlir qalan ştatları məktəb direktorları yaxın qohumlarının adına yazaraq hər ay alınan vəsait LRTŞ-inin sabiq müdri Malik Vəliyevə çatır.

    Bu məbləğ kifayət qədər böyük məbləğdi 960- dan çox texniki işcinin aylıq maşdı nəzərə alsaq ki hər bir texniki işcinin maşı 115 manatdı 960×115=110400 manat dövlət vəsatinin hər ay mənimsənilməsi deməkdi.

    Laçın rayon təhsil şöbəsində müəllimlərin əmək haqqı tarifləri rüşvətlə müəyyən etdilir. Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% -də təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvət verməklə bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.

    Malik Vəliyev LRTŞ-ində olan biznesinin davamlılığın təmin etmək məqsədi ilə LRTŞ-inin müdri vəzifəsinə Yaxın qohumu Nicat Həsənovu yüksək məbləğdə rüşvət qarşılığında müdir təyin etirmişdi.

    Nicat Həsənov ixtisasca iqtisadçıdı və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdaman məktəbinin rəhbəri vəzifəsini tutub yəni heç bir pedoqoji faliyyəti olmayıb.Nicat Həsənovun təhsildən xəbəri yoxdu sadəcə rüşvət yığmaq məqsədi ilə bu vəzifəyə gətrilib.

    Laçın rayonunda 120-dən çox məktəb direktoru var bunlar içərisində LRTŞ-inin müdri işləyəcək adam tapılmayıb?

    Hörmətli Cənab Prezident sizin korrupsiyaya qarşı ciddi mübarizə apardığınız bir dövrdə Laçın Təhsil Şöbəsinin Sabiq müdri M.Vəliyevin belə asan rüşvət yığması biz vətəndaşları məyus edir.

    Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirir.

    Cənab prezident, Malik Vəliyev yuxarı dövlət orqanlarındakı yaxın qohumluq əlaqlərindən istfadə edərək milyon manatlarla dövlət vəsaitini mənimsəyib və yüz min manatlarla rüşvət alıb.

    LRTŞ-ində 2005-ci ildən hazırkı dövrə kimi heç bir maliyyə araşdırılması aparılmayıb və hər il milon manatlarla dövlət vəsaiti müxtəlif yollarla mənimsənilir və bundan dövlət maliyyə nəzarət xidmətinin və 10 saylı Regional maliyyə müfəttişliyinin xəbəri var.

    Lakin heç bir tədbir görülmür. Cənab Prezident mən inanıramkı müracətlərim sizə gəli çatacaq və LRTŞ-inin faliyətinin araşdırılması haqqında aidiyyatı dövlət orqanlarına lazımı tapşırıqlar verəcəksiniz”.

    Rubrika.az


    Facebook-da paylaş