• Haqqını tələb edən köçkünləri sərxoşlar adlandıran deputatın müdhiş dosyesi - Qalmaqallar

    Haqqını tələb edən köçkünləri sərxoşlar adlandıran deputatın müdhiş dosyesi - Qalmaqallar

    Biləsuvarda köçkünlərin etirazı ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev danışıb

    Millət vəkili aksiya iştirakçılarını təhqir edib:

    “Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. "Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik.

    Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir”.

    Deputat bildirib ki, onların içində sərxoşlar da var: “Cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin ən geridə qalmışlarıdır.(politika.az)
    Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belələri var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.
    İnsanları aşağılayan, haqqını tələb edənləri nəşəxor, sərxoş adlandıran millət vəkili barədə araşdırma aparıb.

    A.Şahverdiyev haqda ilginc dosye ortaya çıxıb. Onlardan biri budur ki, Cəbrayılın icra başçısı Kamal Həsənovla rayonun polis rəisi Araz Şahverdiyevin qardaşı Şahin Şahverdiyev arasında insident yaşanıb.

    Şəxsi zəmində baş vermiş mübahisə nəticəsində Şahin Şahverdiyev tüfənglə icra başçısının başının üzərindən atəş açıb.

    Məlumatda bildirilir ki, Şahin Şahverdiyev deputat Astan Şahverdiyevin qardaşı oğludur. İddialara görə, elə deputatın məsələyə müdaxiləsindən sonra məsələnin böyüməsinin qarşısı alınıb.

    Başqa bir məsələ - əməkdar artist Firuzə İbadovun torpaq sahəsi deputat tərəfindən ələ keçiriib. “Millət vəkili Astan Şahverdiyevin kürəkəni Aqil Fətəliyev məni aldadaraq, fırıldaq yolu ilə torpağımı əlimdən alıb. 2-ci alıcı vasitəsilə torpağı satdım.

    Bunu mənim torpağımı alan ikinci satıcı qismində alqı-satqıda iştirak edən Rəşid Əhməd oğlu Allahyarov da təsdiqləyə bilər.

    Bu günə qədər də mənim haqqım olan nə pul mənə verilir, nə də torpağım geri qaytarılır. Millət vəkili ilə dəfələrlə əlaqə yaratmağa çalışsam da, o, bu görüşə razılıq verməyib”.

    Millət vəkilinin biznes imperiyasına daxil olan obyektləri da saymaqla bitməz. Təkcə Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var.

    Bunların içərisində ən böyüyü "Qarabağ" market və aptekdir. Parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır.

    Dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər.

    Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

    Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir.

    Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.

    Rubrika.az


    Facebook-da paylaş