• Nazirin “Eksperimentalni” bazarı: 81 yaşlı direktor niyə vəzifədədir? - Faktlar

    Nazirin “Eksperimentalni” bazarı: 81 yaşlı direktor niyə vəzifədədir? - Faktlar

    Azərbaycan səhiyyəsinin müalicəyə ehtiyacı var. Oqtay Şirəliyevin nazir təyinatından sonra ölkənin tibb sektoru geriyə doğru irəliləyir

    Hazırda istərsə Bakının, istərsə regionların dövlət xəstəxanaları morqa və soyğunçuluq məntəqələrinə çevrilib.

    Pasientlər keyfiyyətsiz müalicə, səhv diaqnoz, səhlənkar həkim, bahalı firma dərmanı və rüşvətlə üz-üzə qalıb. Nazirin indiyə qədər bu istiqamətdə problemlərin həllində heç bir müsbət siyasəti nəzərə çarpmır. Hazırda ölkənin səhiyyə sistemi can verir.

    Onlardan biri də akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzidir. Bu tibb ocağı barədə şikayətlərin ardı-arası kəsilmir. Əslində, internetdə kiçik axtarış etməklə buradakı mənzərə ilə tanışlıq mümkündür.(politika.az)Təəssüf doğuran hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev rüşvətxorluğa, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə apardığı halda, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində isə, hər cür xoşagəlməz amillərin baş verməsinə şərait də yaradılır. Ümumiyyətlə, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin ümumi görünüşü nəzər-diqqəti cəlb etsə də, daxili aləmində baş verən həngamələr, tamam başqa-başqa mətləblərdən xəbər verir.

    Çünki xəstəxana rəhbərliyinin yarıtmaz idarəçiliyi, bu gün də həmin ünvanın adını dillər əzbəri etməkdədir.

    Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi dövlət səhiyyə ocağı olmasına baxmayaraq, xəstəxanada xəstələrə tutulan divan, dövlətin xəstələrə verdiyi dərman preparatlarının onlara pulla satılması, imtiyazlı xəstələrin incidilməsi halları davam edir.

    “Eksperimentalni” xəstəxana kimi tanınan bu tibb məntəqəsində rüşvəti eksperimentdən keçirməyə ehtiyac qalmayıb.

    Tibb elmləri doktoru, professor Böyükkişi Ağayevin direktoru olduğu tibb ocağının fəaliyyətində ciddi nöqsanlara yer verilir.

    Xəstəxanaya müraciət edən xəstələrin hələ heç biri sözügedən səhiyyə ocağının fəaliyyətindən razı olmayıblar. Əslində, 87 yaşlı Böyükkişi Ağayevin Mərkəzə rəhbərlik etməsi qanunazidd hərəkətdir.

    Hər kəsə bəllidir ki, ölkə başçısı bütün dövlət qurumlarında yaş senzinin tətbiq olunmasının həyata keçirilməsini qanuniləşdirən sərəncam imzalayıb. Məhz bu sərəncamdan sonra əksər idarə, qurum, müəssisə, hətta nazirliklər yaşı 65-i keçmiş işçiləri ilə yollarını ayırmalı oldular.

    Lakin nədənsə yaş senzi Böyükkişi Ağayevdən yan keçdi və o, 100-ə yaxın yaşı olmasına baxmayaraq, hələ də Elmi-Cərrahiyyə Mərkəzinin direktoru vəzifəsində çalışır.

    Əslində səhiyyə sahəsində kadr islahatlarının aparılmasına ehtiyac var. Elə kadr islahatlarının düzgün aparılmaması tibb sahəsini bərbad duruma salıb. Kifayət qədər savadlı şəxslər qıraqda qalıblar. Böyükkişi Ağayev vəzifədən getmək niyyətində deyil.

    Dövlətin balansında fəaliyyət göstərən səhiyyə ocağı pulsuz xidmət göstərmir.

    Analizin qiymətləri isə o qədər yüksəkdir ki, adam özünü özəl klinikada hiss edir. Müalicə zamanı xəstələrə bahalı firma dərmanlarını yazırlar. Hətta xəstə diliylə desə ki, firma dərmanı yazma, xəstələri veclərinə alan olmur.

    Ona görə də bu xəstəxanaya üz tutanların sayı azalmaqdadır. Məlumatlı şəxs iddia edir ki, hazırda M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin tibb personalı rəhbərliyin göstərişinə əsasən 60-a yaxın dərman firması ilə "əməkdaşlıq" edir.

    Bundan başqa "Eksperimentalnı"nın təsərrüfat şöbəsində cəmi beş nəfər işçinin olmasına baxmayaraq, əllidən çox adamın oradan məvacib aldığı deyilir. Ona görə də orada baş verənlərin araşdırılmasına ehtiyac var.

    Rubrika.az


    Facebook-da paylaş