• Rəşadət Babayev şəhər YPX –nin əməkdaşlarına qan uddurur

    Rəşadət Babayev şəhər YPX –nin əməkdaşlarına qan uddurur

    Ölkə mediasında Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev haqqında bu günə kimi müxtəlif səpkili xəbərlər yayılıb ki, bu xəbərlərin yayılmasına baxmayaraq Daxili İşlər naziri cənab Ramil Usubov bu şəxslə bağlı bu və ya digər tədbirlər görməməsi cəmiyyətdə birmənalı qarşılanmır.

    Redaksiyamızın elektron ünvanına Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevlə bağlı ilin ilk günlərində daha maraqlı məlumatlar daxil olub. Adını açıqlamaqdan imtina edən və adını açıqlamamasının səbibi kimi Bakı Şəhər Dövlət Yol Polisinin Alayında çalışması ilə əlaqələndirən şəxsin göndərdiyi məlumatda Rəşadət Babayevlə bağlı çox ciddi iddialar mövcududr. Bu məlumatlarda iddia edilir ki, Bakı şəhər Dövlət Yol Polisində özünü "boz kordinal " adlandıran Rəşadət Babayev nəinki öz rəsinin, generalların, nə də nazirin tapşırıq və tövsiyələrini nəzərə almayan, tabeçiliyində olan polis əməkdaşlarını təhqir etməklə məşğuldu. İddiaya görə, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev tabeçiliyində olan polisləri döymək və onlara qarşı özbaşına qərarlar verərək maaşlarından pul belə tutur, əlavə olaraq "cəzalı əməkdaşlardan” (özü bir başa cəza tətbiq edir) pul tələb edən polis polkovnikidir.(vətəninfo)Məlumatda iddia edilir ki, Rəşadət Babayev şəhər YPX –nin əməkdaşlarına qan uddurur. Belə ki, Daxili İşlər naziri Ramil Usubovun ölkədən çıxmasını gözləyən Rəşadət Babayev dərhal "iş başına " keçir. YPX inispektorlarını xüsusi yoxlamalarla tələyə salıb onlardan pul tələb edir əks halda isə onları illərini itirəcəyi ilə hədələyir,çarəsiz qalan inispektorlar da məcbur olub Rəşadər Babayevin "tasın” çatdırırlar. Eyni zamanda özünü DŞYP-nin "boz kordinal”ı adıandıran və hər kəsə bir ilə general alaraq Baş Dövlət Yol Polis İdarəsinin rəisi olacağını və bununlada hər kəsə qan udduracağını deyən Rəşadət Babeyev öz otağının yanında 3 əlavə otaq ayıtrdıraraq orada mülki "agentləri”nin istifadəsinə verib ki, həmin mülki şəxslərin işi isə öz şəxsi maşınları ilə şəhərə çıxıb "qurbanlıq maşınlar” müəyyənləşdirib həmin avtomobillərin dövlət qeydiyyat nömrəsini Rəşadət Bababyevə bildirmək və Rəşadət Babbayev də həmin maşınları "zardejenya” verdirməsi olur. İddiaya görə, həmçinin də Rəşadər Babbayevin həmin mülki "qoçuları” şərə çıxaraq YPX inispektorlarının şəkillərini çəkərək götürmək və Rəşadət Babbayevə ötürməklə onları "tasa”" otuzdurmaqdı. Bəs Alay komandiri Rəşadət Babbayev kimdir və ona niyə kiminsə gücü çatmır? Sualımıza cavabında adını açıqlamaqdan imtina edən şəxs bilidirib ki, əvvəla onu vurğulayıb ki, Rəşadər Babbayev heç öz rəsini rəhbər kimi qəbul etmir və hər kəsin yanında onun tezliklə ordan gedəcəyini və hətta onun həbs olunacağını deyir. Mənbə iddia edib ki, buna misal da göstərmək olar. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nüşiravan Səfərov bir dəfə onun xətrinə dəydiyi üçün öz şəxsi əlaqələrindən istifadə edərək Nüşiravan Səfərovun BŞDYPİ-ndə otaqda işləyən bacısı oğlu Namiqi Bandotelde (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdərəsi) saldırıb və beş yüz min manat pulun aldırıb. İddiaya görə,Rəşadət Babbayev yaxın qohumu olan deputata güvəndiyini və ona nəinki öz rəisinin heç bir generalın söz deməyə gücü olmadığını bildirib.Mənbə iddias edir ki, Rəşadət Babbayevin şər-böhtanı ilə işdən kənarlaşdırılan bir neçə YXP əməkdaşının valideynlərinin isə bu yaxınlarda ölkə başcısı Cənab İlham Əliyevə və birinci xanıma mürəaciət edəcəklər. Məlumatda o da vurğulanır ki, həmin şər böhtana məruz qalan YPX əməkdaşları şəhid uşaqları, qarabağ əlillərinin övladları və qaçqın və məcburi köçkün uşaqlarıdır.

    Redaksiyadan: Adını açıqlamaqdan imtina edən şəxs Rəşadət Babayevlə bağlı daha maraqlı məlumatları redaksiyamıza göndərdəcyini də vurğulayıb.

    Bizi izləyin

    Rubrika.az


    Facebook-da paylaş