Təhsil RÜSVAYÇILIĞI! - Məktəblərə zorla kitab satılır
Sabirabadda məktəb direktorlarına tapşırılıb ki, hərəsi dövlət başçısının 2 kitabını alsınlar. Bunu təhsil şöbəsində keçirilən iclasda icra hakimiyyətinin muavini Şahnaz Babayeva deyib. Bildirib ki, kitabın dəyəri 25 manatdır, kim 30 manat verərsə başının ucalığıdır. Onu da bilin ki almaq öz xoşunuza deyil, heç kim bəhanə gətirməsin. Xanım muavin rayon icra hakimiyyətinin başcısı Nazim İsmayılovun adından onu da direktorlara çatdırıb ki, kitabı almaq məcburidir. İndi direktorlar necə deyərlər iki daş arasında qalıblar. Bilmirlər ki nəğd pulla heç nə almayın deyən Təhsil nazirliyini eşitsinlər, yoxsa icra hakimiyyətinin muavini Şahnaz xanımı.Məktəb direktorları artıq sözlərini bir yerə qoyub Prezidentə müraciət etmək qərarına gəliblər.
Rubrika.az
Facebook-da paylaş