• Məmur özbaşınalığından şikayət: - "5 min manat rüşvəti verdiyim üçün..."

    Məmur özbaşınalığından şikayət: - "5 min manat rüşvəti verdiyim üçün..."

    Bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin, o cümlədən, məmurların davranışı əsasında formalaşır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin insan hüquqlarının qorunması ilə bağlı zəngın təcrübəsi də sübut edib.

    Məmurun davranışından asılı olaraq, dövlətinin güclənməsinə çalışan, onun maraqlarını hər addımda müdafiə edən, bütün varlığı ilə dövlətə bağlı olan və yaxud da əksinə, dövlətə və cəmiyyətə tamamilə laqeyd olan, dövləti üçün canından keçməyə hazır olmayan vətəndaş formalaşa bilər. Məmur-vətəndaş münasibətlərinin xarakteri, ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir.
    Bəzi hallarda müxtəlif dövlət idarə və təşkilatlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. Məmur özbaşınalığının qurbanı olan şikayətçilərin isə dediklərindən belə anlaşılır ki, onlar hüquqlarının pozuntusuna görə şikayət etsələr də, bunun nəticəsi olmur. Sosial şəbəkələrdə də ölkədəki məmur özbaşınalığının Azərbaycanın ən böyük problemlərindən biri olduğunu yazırlar. Regionda və dünyada həssas proseslərin getdiyi bir vaxtda bəzi məmurların özbaşınalığı, ölkə başçısının təbirincə desək, qudurğanlığı xoşagəlməz fəsadlar yarada bilər ki, bu da yolverilməzdir.
    Nüraciət edən Nəsimi rayonu, Q.Quliyev küçəsi 8, mənzil 46 ünvanında yaşayan Mətləb Hacıbaba oğlu Nəsibovun da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, general Kamran Əliyevə etdiyi müraciət məhz vətəndaş-məmur münasibətlərində məmur özbaşınalığının yaratdığı qanun pozuntularındandır.(Gununsesi.info)Şikayətçi M.Nəsibov bildirir ki, xüsusi mülkiyyətində olan Bənəqədi rayonu, S.S.Axundov küçəsi 457 B ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə aidiyyəti təşkilatların müvafiq razılıqları əsasında şəxsi vəsaiti hesabına kanalizasiya xətti çəkdirib. Lakin 23.032017-ci il tarixdə çəkilmiş kanalizasiya xəttini “Azəravtoyol” ASC-nin tabeliyində olan “Yolların Mühafizəsi Xidməti”nin əməkdaşları özünü həmin idarənin Binəqədi rayon bölməsinin rəisi kimi təqdim edən Elshad adlı şəxs xüsusi mülkiyyət sahibinə heç bir məlumat verilmədən şəxsən özü həmin ünvanda əvvəlcədən çəkilmiş kanalizasiya borularını yerdən qazaraq çıxardıb, onları tamamilə yararsız vəziyyətə gətirib:


    “Cənab general Kamran Əliyev!
    Bildirmək isttəyirəm ki, faktla bağlı ona tərəfimdən hərəkətlərinin qanunsuz və əsassız olması barədə etiraz edilib. Onun isə hərəkətləri korrupsiya maraqları ilə bağlı olduğundan buna şərait yaradan hal kimi qiymətləndiriliməlidir.
    Belə ki, bu işlərin hamısını “vahid pəncərə” prinsipi əsasında “ASAN Kommunal” Mərkəzində keçirdiyimdən onun məndən tələb etdiyi 5 000 AZN məbləğində maraqları təmin edilmədiyindən bu cür qanunsuzluqlar törədib.
    Daha sonra 24.03.2017-ci il tarixdə yenidən həmin ərazidə boru xəttlərini əvvəlki yerində bərpa etdikdə, Elşad adlı həmin şəxs yenidən qanunsuz əməllərini davam etdirərək, heç bir rəsmi bildiriş və xəbərdarlıq etmədən kanalizasiya borularını sındırararq, təkrarən mənə maddi zərər vurub, bu arada asayişi bərpa etməyə çalışan polis əməkdaşlarınını gözləri qarşısında cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirərək, qərəzli şəkildə vəzifə səlahiyyətlərini aşaraq, qulluq funksiyasina aid olmadan qanunsuz hərəkətlərini davam etdirib.
    Cənab general!
    Bildirmək istəyirəm ki, bu hal Binəqədi rayon Polis İdarəsinin inzibati binasının 30 metirlik məsafəsində baş verdiyindən bütün polis əməkdaşlarının gözü qarşısında və şahidliyi ilə həyata keçrilib. Bu halla bağlı Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə müraciət etməyimizə baxmayaraq, həmin şəxsin bu hərəkətləri etməsini əsaslandıran izahat bu günədək də tərəfimizdən alınmamış və haqqında hər hansı bir tədbir görülməmişdir.
    Sınıdırılmış kanalizasiya borularından axan çirkab sularının Binəqədi Polis İdarsinin də istifadəsində olan yeganə yola axmasına səbəb olub.
    Cənab Kamran Əliyev!
    Bildirmək istəyirəm ki, ölkə başçısının müvafiq sərəncamları ilə sahibkarlıq subyektlərinə qarşı aparılan qanunsuz yoxlamaların ləğv edildiyi dövrdə, bu yaxınlarda açılışını qeyd etdiyi “ASAN Kommunal” xidmətlərinin fəaliyyətində biz sahibkarların maneəsiz yararlanmağı nədənsə özləri kiçik, istəkləri isə böyük olan, səlahiyyət hədlərini və qulluq funksiyalarını unudan Elşad kimi “məmur”ların aparılan bu islaahatlara məqsədli şəkildə kölgə salması və onların əməllərinin cəzasız qalması, yuxarıda qeyd etdiyim prezident İlham Əliyevin sərəncamına biganəlik kimi qiymətləndirilir.
    Qeyd edilənlərlə bağlı “Yolların Mühafizə Xidməti” əməkdaşlarının sahibkarlıq subyektlərinə qarşı bu cür davranışlarının hüquqi əsasının olub-olmaması öz şəxsi təşəbbüsləri əsasında vətəndaşın şəxsi əmlakına zərər vurması hallarının araşdırılması və onların aparmış olduğu hərəkətlərin hansı normativ hüquqi akta söykənməsini araşdıraraq, qanuni tədbir görülməsini xahiş edirəm”.
    Qeyd edək ki, şikayətçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, general Kamran Əliyevə etdiyi müraciətdə qeyd edilən faktlar Bakıın bir çox rayonlarında, eləcə də mərkəzi küçələrində mütəmadi baş verən hadisələrdən biridir.

    Rubrika.az


    Facebook-da paylaş