Banklar artıq camaatın xalça-palazını da əlindən alacaq - GƏRGİNLİK
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub.
Qanun layihəsinin müzakirəsi ciddi mübahisələrə səbəb olub.
Millət vəkili Əli Məsimli qeyd edib ki, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb:
“Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar.
Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq”.
Qeyd edək ki, “Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.
Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək.
Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək.
Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.(ulus)Millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsinin əsas məqsədi bankların sağlamlaşdırılmasıdır. Onun sözlərinə görə, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə səbəb olacaq. “Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmalarının payı olduqca yüksəkdir. Dövlət büdcəsinin 60%-i vergi daxilolmalarının hesabına formalaşır.
Rubrika.az
Facebook-da paylaş