Bakıda həkimin yazdığı qeyri- adi resept sosial şəbəkədə müzakirələrə səbəb oldu: "Əzizinəm, səbr elə..."
Azərbaycanda həkimlərdən biri öz qeyri- adi resept yazmaq istedadı ilə diqqət çəkib.
Rubrika.az metbuat.az-a istinadla xəbər verir ki, Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin həkimi Əfsanə Bayramova pasiyentinə resepti bayatı şəklində yazıb:
Əzizinəm, səbr elə,
Ağrın keçər, səbr elə
Acından günorta dur
Pəhriz saxla, səbr elə.
Bu nüansı çoxları maraqla qarşılayıb və resept sosial şəbəkələrdə də böyük ajiotaj yaradıb.
Rubrika.az
Facebook-da paylaş