• Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin müdiri İslam Hacıyevdən - ŞİKAYƏT

    Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin müdiri İslam Hacıyevdən - ŞİKAYƏT

    Redaksiyamıza Məmməd Həmidov tərəfindən müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:

    Azərbaycan Respublikası Prezident Adminstrasiyası Hüquq şöbəsinin müdiri cənab F.Ələsgərova,
    Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova,
    Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri cənab C. Hüseynova,
    Qəbələ rayon məhkəməsinin hakimi cənab V.Sadıqova,
    Qəbələ rayon İcra Hakimiyyətinin başçısına
    2(025)-1308/2017 saylı iş üzrə cavabdeh Ağakərimov Sahib Sevdiyar oğlunun etibarnamə üzrə nümayəndəsi Məmməd Həmidov tərəfindən

    Ə R İ Z Ə


    İddiaçı Cəbrayılov Ceyhun Bəhram oğlunun hüquqlarını müdafiə etdiyim Sahib Ağakərimova qarşı "pul tələbi"nə dair iddiası üzrə mülki iş hazırda Qəbələ rayon Məhkəməsinin icraatına daxil olmuş və baxlmaqdadır.

    5 may 2017-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında üçüncü tərəf kimi tanınan iddiaçının valideynləri proses zamanı etiraf etmişlər ki, Qəbələ şəhəri ərazisində yerləşən və cavabehə 2006-cı ilin ortalarında verilmiş 0,06 ha Bələdiyyə torpağına görə biz 2007-ci ilin fevralın əvvəlində bu torpağın öz adımıza yenidən sənədləşməsi üçün 10000 ABŞ dolları ( razılaşmaya görə 7800AZN milli valyuta əvəzi olaraq) pulu verib ona məxsus torpağı almışıq. 2017-ci ilin aprel ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona satılmış torpaq sahəsində Radiq Əhmədov adlı digər şəxs ev inşa etməyə başlamışdır. Sənədlərə ilkin baxış zamanı o da məlum olmuşdur ki,Rusiya vətəndaşı Radiq Əhmədova yerli bələdiyyə tərəfindən qanunsuz olaraq 2006-cı ilin avqustunda təkrar satılmış mübahisələndirilən torpaq sahəsinin yerquruluşu PLANI Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin müdiri İslam Hacıyevin adından saxta imza ilə “ razılaşdırılmışdır”. Yəni sənəd bu gün axtarışda olan sabiq mütəxəssis Fuad Əzizov tərəfindən saxtalaşdırılmışdır. İddiaçı tərəfin sənədlərində hər hansı saxtakarlıq faktı olmadığından torpaq sahəsi üzərində üstünlük qanunvericiyiyə əsasən onlara verilməli və bu məsələni məhkəmədə mübahisələndirmək əvəzinə, 10 il 2 aydan sonra S.Ağakərimova qarşı əsassız olaraq “Pul tələbi”ilə iddia qaldırmışlar. İddiaçı tərəf cavabeh tərəfə əvvəlcə ona torpaq sahəsinə görə 10 il əvvəl ödədiyi pulun dörd dəfə artıqlamasıilə ona ödənməsini tələb etmiş, əks təqdirdə qohumları olan Oğuz rayon Məhkəməsinin hakimi cənab Rəfael Şirinovun vasitəsilə Sahib Ağakərimovu Qəbələ rayon Məhkəməsinə verərək sifarişli məhkəmə yoluilə ondan pullarını alacaqlarını bildirmişlər. Həqiqətən hadisələrin sonrakı gedişatı təsdiq edir ki, idiaçı tərəfi müdafiə edən şəxs vəkil İsmayıl müəllim hazırda Oğuz rayon Məhkəməsində hüquq məsləhətçisidir. Sifarişin digər tərəfi – iddia ərizəsi 10 aprel 2017-ci il tarixində saxta imza ilə Ceyhun Cəbrayılovun adından imzalanıb məhkəməyə təqdim edilən dəqiqə Qəbələ rayon Məhkəməsinin dəftərxanası elə həmin dəqiqədə iddia ərizəsini məhkəmə sədrinə təqdim etmiş və məhkəmə sədri də elə həmin günü, həmin dəqiədə işin icrasını hakim Vahid Sadıqova həvalə etmişdir. Möhtərəm hakim V. Sadıqov da elə həmin gün cavabdeh S.Ağakərimovun adına bildiriş yazıb, elə həmin dəqiqə də poçtla cavadehin ünvanına göndərmişdir. İldırımsürətli Məhkəmə sifarişinin xronologiyasına diqət yetirdikdə heç bir şərhə ehtiyac qalmır.

    Qeyd edilənləri nəzərə alaraq xatırlatmaq istəyirik ki, iddia müddətilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 və 373.2-ci maddəsində göstərilir ki, ümumi iddia müddəti 10 il təşkil edir. Daşınmaz əşyayla bağlı müqavilə müddətləri üzrə iddia müddəti altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

    Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin XVIII fəslində qeyd edilmiş İdda müddətinin bu iddia üzrə tələblərinin 373.1, 373.2, 375.2, 376, 379və 380-ci maddələrinə əsasən pozulduğunu qeyd edərək məhkəmədən

    Daşınmaz əşyalarla bağlı müqavilə müddətləri üzrə iddia müddətinin altı il olduğunun və beləliklə iddia müddətinin keçməsini ( 10 il 2 ay müddətin) nəzərə alaraq verilmiş ərizəyə əsasən məhkəmənin iddiadan imtina barədə qərar çıxarması barədə 23 may 2017-ci il tarixli ərizə ilə müraciət etmişik.

    Xahiş edirik nəzərə alasınız.
    Xüsusi qeyd: Qəbələ rayon Bələdiyyəsinə 10 il liderlik etmiş Dəmir Bağırov DTXK-nin Qəbələ şöbəsinin mütəxəssisi olmuş Fuad Əzizovla illər uzunu gizli sövdələşmələr apararaq Qəbələ şəhərinin cənub-qərbində yerləşən dövlət fonduna aid və eyni koordinatda yerləşən torpaq sahələrini bələdiyyə torpağı adı altında bir yeri 3-4 nəfərə satmaqla yerli sakinləri üz-üzə qoymuşdur. Odur ki, hüquqları pozulmuş vətəndaşlar məhkəmələrə üz tuturlar.Hazırda Fuad Əzizov axtarışdadır. Bələdiyyə sədri olmuş D.Bağırov isə baş vermiş ciddi qanunpozuntularilə bağlı əməkdaşımıza bildirmişdir ki, "mən hər bir yer üçün gedib yerində baxış keçirməliyəm?"

    QEYD: Növbəti məhkəmə prosesi 01 iyun 2017-ci ilə təyin edilmişdir.

    Rubrika.Az


    Facebook-da paylaş