• Ölkədə vergi qaçaqçıları necə vətənpərvərə çevrilirlər?

    Ölkədə vergi qaçaqçıları necə vətənpərvərə çevrilirlər?

    Diaspor fəaliyyəti Vergilər Nazirliyinin cərimə etdiyi iş adamı Vəfa Muradzadə üçün immunitet vasitəsidir

    1990-cı illərdə şöhrətpərəst və siyasi iddialı iş adamlarının “xeyriyyəçilik” şakəri var idi.

    Rubrika.az pia.az-a istinadən bildirir ki,qohum, tanış uşaqlarının xaricdə təhsilini maliyyələşdirir, yaxud hansısa uşaq evinə ildə bir dəfə yardım apararaq şəklini çəkdirib qəzetlərdə çap etdirir və bununla özləri barədə müasir Hacı Zeynalabidin Tağıyev təsəvvürü formalaşdırırdılar. Sonradan həmin biznesmenləri parlament seçkilərində namizəd kimi görürdük. Seçkiqabağı təqdimatlarında isə özlərini xeyriyyəşi, messenat kimi təqdim edirdilər. Bəziləri bir az da qabağa gedərək “diaspor fəaliyyəti” ilə məşğul olmağa başladılar, hətta ilk mərhələdə uğur da qazandılar. Bu sahədə “fəaliyyətin” yuxarıların diqqətində olduğunu görən biznesmenlər öz bizneslərini qorumaq üçün diaspor işinin çox əlverişli qorunma vasitəsi olduğunu gördülər.

    2000-ci illərin əvvəllərindən başlayaraq isə, bir çox biznesmenlər diaspor fəaliyyəti adı altında xaircədki bizneslərini inkişaf etdiriməklə, xarici tərəfdaşlarına təkcə sıradan biznesmen deyil, həm də xalqın, dövlətin xaricdə təmsilçisi kimi təqdim olunma avantajı qazandılar. Çox az bir məbləğ xərcləyərək “diaspor” fəalı immunitetini qazanır, həm dövlətin gözündə “vətənpərvər” imici qazanır, həm di işlərini keçirirlər. Təsadüfi deyil ki, bu gün fəaliyyətdə olan diaspor təşkilatlarının əksrəiyyətinin yanında “Sahibkarlar şurası”, “iş adamlar mərkəzi” kimi anormal yan qurumlar fəaliyyət göstərir. Axı xaricdəki icmanın yanında iş adamları şurasına nə gərək var və bu nə deməkdir? Diaspor təşkilatı kommersiya strukturu deyil axı. Bu mərkəzlərin işi nədən ibarətdir? Təbii ki, bu qondarma “şuralar”, “mərkəzlər” gərəkdiyi zaman Azərbaycan hakimiyyətinə, Azərbaycan dövlətinə təzyiq göstərmək üçün alət rolunu oynayır.

    Məsələn, yeni yaranmış Dünya Azərbaycanlıları Assambleyası adlı bir diaspor təşkilatı var ki, yanında iş adamlarının koordinasiya mərkəzi fəaliyyət göstərir? İnsafən, Assambleya az-çox iş görür. Ancaq həmin sahibkarların koordinasiya mərkəzi nə iş görür, heç kimə bəlli deyi. Şuranın başında duran Vəfa Muradzadə adlı xanım təşkilatın adından istifadə edərək özünü reklam etməklə məşğuldur. Bu post ona özünü vacib şəxs kimi təqdim etməkdən ötrüdür. Guya adam bizneslə yanaşı, diaspor fəaliyyəti göstərməklə ölkəyə xeyir verməklə də məşğuldur. Ancaq harada və necə?

    Diaspor fəaliyyətindən ötrü xaircdə hansısa konfransda iştirak etmək xarici icma fəaliyyəti hesab oluna bilərmi? Xeyr. Təyyarəyə bilet alıb bahalı oteldə qalaraq tarixi şəhərləri gəzmək, şoppinq etmək nə vaxtdan diaspor fəaliyyəti sayılır? Qeyd edək ki, bu xanım vergidən yaındığı üçün Vergilər Nazirliyinin “diqqətinə” düşmüş iş adamdır. Vergidən yayınan adam vətənpərvər ola bilərmi?

    İş o yerə çatıb ki, Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetinin 28 sentyabr 2011-ci il sayında Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinin rəisi Ədalət Fərəcov həmin şəxsin adını da çəkib. Sitat: “...Vəfa Əlövsət qızı Muradzadə tərəfindən təsərrüfat subyektinin icarə müqaviləsi əsasında vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, ödəmə mənbəyində tutulmuş verginin müvafiq dövrlər üzrə hesabatı verilməmiş və ödəniş həyata keçirilməmişdir. Həmin vergi ödəyicisinə analoji qaydada 3.780 manat vergi hesablanmış və məbləğ dövlət büdcəsinə ödənilmişdir”

    Ölkədə vergi qaçaqçıları necə vətənpərvərə çevrilirlər?

    Bu iş adamın ölkənin mənafeyi üçün xaricdə irimiqyaslı bir tədbir keçirdiyini görən olubmu? Qeyd edək ki, Vəfa Muradzadənin “diaspor” fəaliyyəti ilə bağlı növbəti yazımızda geniş bəhs edəcəyik.

    Bu arada, “diaspor fəaliyyəti ilə məşğul olan vətənpərrvərlərimizin” siyahısı çox uzundur və heç də tək Vəfa xanımla əhatələnmir. Misalların sayını bir xeyli artıırmaq olar. Məsələn, Arzuman Abdulkərimov var ki, o da diaspor qalxanından istifadə edənlərin başında gəlir. Onun barəsində yazımızı da gələcəyə saxlayaraq bir onu qeyd edək ki, həmin iş adamı da yuxarıda adı çəkilən Assambleyanın iş adamları şurasına qoşulmuşdu, lakin diaspor işi üçün çoxlu pul xərcləməyin laızm olduğunu və həmin təşkilat ona gəlir verməyəcəyini hesablayıb geri çəkildi.

    Mövzunu davam etdirəcəyik.

    Rubrika.Az


    Facebook-da paylaş