• İqtisadçılar nazirin “sükutu pozan” müsahibəsindən danışdılar...

    İqtisadçılar nazirin “sükutu pozan” müsahibəsindən danışdılar...

    Rəşad Həsənov: “İxracın artması ölkədə ətin qiymətinin 20 faizə qədər bahalaşmasına səbəb ola bilər”; Qadir İbrahimli: “Nazirin yanaşması çox qeyri-ciddidir”

    Uzun müddətdir mediada tənqid hədəfinə çevrilən kənd təsərrüfatı naziri Heydər Əsədov virtualaz.org saytına müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib. Nazir boş qalan torpaqlardan, o cümlədən kəndlini əkin-biçinə qaytarmağın yollarından da danışıb.

    H. Əsədovun müsahibəsindən ilk sitat: “Biz iki qardaşa, yaxud əmiuşaqlarına müraciət edirik və onları inandırırıq ki, kənd təsərrüfatı texnikası, güzəştli kreditlər və digər üstünlüklərlə təchiz edirik. Onlar birləşir, güzəştli kredit alır, lakin bundan dərhal sonra hansı bitkinin əkiləcəyi ilə bağlı mübahisəyə görə münaqişəyə başlayırlar. İnvestisiyalara, gəlirə görə razılığa gələ bilmirlər, əkinlə bağlı problemlər yaranır. Qarşıdurma başlayır. Bu sosializmin lənətidir”.


    Bu məsələdən çıxış yolu kimi nazir hesab edir ki, kəndli torpağını istifadə etməyib kiməsə icarəyə vermir və ya satmırsa, o zaman ona qarşı ciddi sanksiyalar, cərimələr tətbiq olunmalıdır. H. Əsədov bildirib ki, bu istiqamətdə ildən-ilə sanksiyalar artırılacaq.


    Heydər Əsədov kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bir sıra maraqlı rəqəmlər də açıqlayıb. Məsələn, o bildirib ki, bu il ölkədə 2,7 milyon tona yaxın taxıl istehsal ediləcəyi gözlənilir. H. Əsədov ölkənin ət ixracının artdığını da söyləyib və bunun qiymət artımına səbəb olsa da ümumilikdə müsbət məqam olduğunu qeyd edib.


    Nazirin səsləndirdiyi arqumentlərlə bağlı iqtisadçı ekspertlərin də fikirlərini aldıq.


    Rubrika.az Musavat.com-a istinaden xeberbverir ki iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, nazirin söylədiyi kimi birləşmə məsələlərində problemlər mövcuddur: “Bizim də qarşımıza layihələr əsnasında çox ciddi suallar çıxır. Burada çox zaman təsərrüfat sahibləri həqiqətən də haqlı olurlar. Birləşmə ilə bağlı qanunvericilik baxımından da problemlər vardı.

    Belə ki, ”Kənd təsərrüfatının kooperasiyası haqqında" Qanun da yox idi. Bunun özü çatışmazlıq idi. Artıq bu problem aradan qalxsa da, digərləri hələ də həll olunmayıb. Belə ki, sahibkarlar birləşməyə razılıq verdikdən sonra işlərin idarə olunması, əmək bölgüsü kimi məsələlərdə problemlər ortaya çıxır. Məsələn, bir neçə torpaq sahibi ərazisini birləşdirir, ancaq sonradan baxırsan ki, onlardan biri görülən işə bir o qədər də can yandırmır və vaxtı yoxdur. Son nəticədə bu hal proseslərə öz neqativ təsirini göstərir və məhsul bölgüsü zamanında da həmin adamlar bərabər iştirakçı kimi haqq istəyirlər. Bu isə Azərbaycanda real olaraq təsərrüfat subyektləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi, kooperasiyaların yaradılması və onun növbəti dövrlərdə çoxalmasının qarşısında dayanan problemlərdəndir. Qanunvericilik bazası da tam təkmil formada olmalıdır ki, burada bütün münasibət formaları əhatə olunsun".

    Image result for Rəşad Həsənov


    Ekspert bildirib ki, torpaqdan istifadə əmsalının yüksəldilməsi ilə bağlı sanksiyaların tətbiqi təcrübəsindən istifadə edən ölkələr olub: “Bəzi hallarda bu təcrübə həqiqətən də effekt verir. Çünki Azərbaycanda bu gün ən böyük problemlərdən biri torpaqların istifadəsiz qalmasıdır. Digər bir məsələ də, istifadəsiz olan torpaqların hansı səbəbdən boş qalmasıdır. Bir sıra hallarda oliqarxlar bölgələrdə iri torpaq sahələrini ələ keçirirdilər və burada sadəcə olaraq rəsmiləşdirmələr aparılır, subsidiyalar alınırdı. Çünki subsidiya mexanizminin özündə də şərtlər var. Subsidiya Azərbaycanda əksər məsələlərdə məhsula görə deyil, sahəsinə görə verilir. Bu da son nəticədə həmin torpaqlara subsidiyalar alınsa da, real əkinin aparılmaması ilə nəticələnirdi. Oliqarxların bir çoxu da uzunmüddətli dövr üçün bu torpaqları əldə edib, həmin müddətə planlar qurmuşdular. Ancaq real şəkildə torpaqlardan istifadə olunmaması Azərbaycanda aqrar sektorun məhsuldarlığı və inkişafına mənfi təsir göstərirdi. İkinci faktor ondan ibarətdir ki, bir sıra hallarda torpaqlar əkinə yararlı adı ilə zamanında özələşdirilərək, vətəndaşlara, fərdi təsərrüfat subyektlərinə verilib. Ancaq günümüzdə bu torpaqlar tamamilə əkinə yararsız vəziyyətdədir. Faktiki olaraq aidiyyəti qurumlar heç bir şəkildə perspektivli fəaliyyət göstərmirlər. Nəticədə istifadəyə yararlı torpaqların həcmi azalır. Məsələ, Beyləqan, İmişli, Cəlilabad kimi bölgələrimizdə torpaqların ciddi şəkildə şoranlaşmasını müşahidə edirik. Bu da vətəndaşın artıq təsərrüfat fəaliyyətinə marağını aşağı salır və ya fəaliyyəti zərərlə yekunlaşır. Ona görə də sanksiyanın tətbiq edilməsi nəticəsində həm də ola bilsin ki, obyektiv səbəblərdən əkilə bilinməyən torpaqların sahibləri haqsız şəkildə sanksiyalarla üzləşsinlər. Buna görə də sanksiya mexanizmi qüvvəyə minərsə, bəzi amillər nəzərə alınmalıdır”.


    R.Həsənov qeyd edib ki, ixracın artması ölkədə ətin qiymətinin 20 faizə qədər bahalaşmasına səbəb ola bilər:


    “Ümumilikdə Azərbaycanın ət ixracı o həcmdə deyil ki, ölkədə ciddi çatışmazlıq yaransın və qiymətlər kəskin şəkildə bahalaşsın. Proseslər nəticəsində təxminən ətin qiyməti 20 faiz bahalaşa bilər. Bu, əgər hansısa formada nəzarətsiz hala çatacaqsa, düşünürəm ki, hökumət ən müxtəlif yollarla ətin ixracına məhdudiyyətlər tətbiq edəcək. Nazir ixracın müsbət məqam olduğunu qeyd etsə də, digər məsələyə də diqqət etmək lazımdır ki, ilk növbədə daxili bazarın tələbatı ödənilməlidir. Bu isə hər zaman ölkənin həm ərzaq təhlükəsizliyi, həm də qiymət siyasəti baxımından da prioritet olmalıdır. Ancaq həmçinin ixrac hansısa ciddi maneələrlə üzləşməməlidir ki, təsərrüfat sahibləri artıq öz fəaliyyətlərində məhsuldarlığın artmasında və ya bu sferada maraqlı göstərməkdə maraqlı olsunlar. Bunun da özü aqrar sektorda inkişafı stimullaşdıran faktlardan biridir. Hökumət balanslı siyasət aparmaqla, tarazlığı təmin etməyə çalışmalıdır. İxrac artırsa və deyildiyi kimi yüksək gəlir əldə olunursa, növbəti illərdə aqrar təsərrüfatın və bu sahəyə maraq göstərən sahibkarlıq subyektlərinin sayı artacaq ki, bu da yenidən bazarlarda təklifin artması və qiymətlərin tarazlaşmasına təsir göstərəcək. Ancaq ilk dövrlərdə qiymətlər bahalaşa bilər”.

    Image result for İqtisadçı Qadir İbrahimli


    İqtisadçı Qadir İbrahimli “Yeni Müsavat”a bildirib ki, nazirin məsələlərə yanaşması çox qeyri-ciddidir: “Ölkədə 2.3-25 milyon ton taxıl istehsal olunur. Nazirdən soruşmaq lazımdır ki, Taxıl fondu fermerlərdən bu taxılın nə qədərini alır. Azərbaycanda yığına taxıl, Taxıl Fondunun standartlarına uyğun deyilsə, bunun istehsalının 10 milyon ton olmasının da heç bir əhəmiyyəti yoxdur. Ət idxalının artması məsələsinə də yanaşma peşəkar deyil. Nazir ət idxalının artmasını şərtləndirən səbəbləri sadalamalı idi. Bu səbəblərdən biri o idi ki, Azərbaycanın bir çox fermer təsərrüfatları pambıqçılığın inkişafı adı ilə məhv edilib. Həmin heyvandarlıq təsərrüfatları inzibati müdaxilələrlə sıradan çıxarılıb. Biləsuvar, Beyləqan rayonlarında belə faktlar qeydə alınıb. Yanacağın elektrik enerjisinin qalxması da heyvandarlıq üçün zərbədir. Nəticədə ölkəyə ət idxalı artıb ki, yaxın vaxtlarda da bu tendensiya davam edəcək”.

    Rubrika.az


    Facebook-da paylaş