• Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” ...

    Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” ...

    Etibar Əzimov: "Bütün icra və dövlət orqanlarına yazıb xahiş edirik ki, bizi saxta məhsullardan xilas etsinlər"

    Rubrika.az Moderin.az-a istinadən xeber verir ki Yeni dərs ilinin başlanmasına az vaxt qalır. Hazırda valideynləri maraqlandıran məktəbli formalarının qiyməti və keyfiyyətli olmasıdır. Məktəbli formalarının kütləvi istehsalı ilə Bakı Tikiş Evi (BTE) ASC məşğul olur.

    Mövzu ilə bağlı sualların aktuallığını nəzərə alaraq Modern.az saytı Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimovdan müsahibə alıb.

    - Hazırda valideynlər məktəbli formalarının satıldığı məkanlara üz tutmağa başlayıblar. Məktəbli formaları ilə bağlı nə yenilikləriniz var? Məktəbli formalarında qiymət artımı gözlənilirmi?

    - Bakı Tikiş Evi olaraq yeni dərs ilinə hazırıq. Lazım olan qədər bütün modellərdə və ölçülərdə məktəbli formalarımız var. 14 satış mərkəzimiz fəaliyyət göstərir. Sumqayıtda və şəhər ticarət mərkəzində bir ay olar ki, yeni satış mərkəzi açmışıq. Məktəbli formalarının qiyməti bu il də sabitdir. Paltarların qiymətinə gəlincə, 7-11-ci siniflər üçün 46 manat, 1-6-cı siniflər üçün isə 40 manatdır.

    - Amma Bakı Tikiş Evini qınayanlar da çoxdur. Belə iddialar səsləndirirlər ki, bu qurum məktəbli geyimlərini öz monopoliyasına alıb. Doğrudanmı, bu belədir?

    - Sumqayıtda “Mələk” və “Pompey” ticarət mərkəzi var. Orada nə qədər sayda saxta məktəbli formalarının satıldığını görəcəksiz. Üstəlik 8-ci km bazarı adlanan tərəfdə də eyni hal müşahidə olunur. Bizim adımızdan saxta məhsullar satırlar. İndi desinlər görək, biz hardan monopoliya olduq?! Əvvəla Sumqayıtdakı 25 məktəbi biz 25 məktəbi də Bakı Toxuculuq Evi geyimlə təmin edir. Burada monopoliyadan söhbət belə gedə bilməz. Bir də görürsüz ki, kimsə zirzəmisində bir sex açır və məktəbli paltarı tikməyə başlayır. Üzərinə də BTE yazır. Sonra da bu saxta məhsulları satışa çıxarır. Ona görə də bunlar boş söhbətlərdir. Bütün icra və dövlət orqanlarına yazıb xahiş edirik ki, bizi saxta məhsullardan xilas etsinlər. Əgər deyirsiz ki, yerli istehsalı müdafiə etmək lazımdır, o zaman niyə əngəl olurlar?! Ona görə də insanlara şərait yaratmaq lazımdır.

    - Bakı Tikiş Evində nə qədər işçi çalışır?

    - Bakı Tikiş Evində 800 nəfər qadın çalışır. Onların da ailəsi 3 nəfərdən ibarət olsa ümumilikdə 2400 adam burada işləyir. Təbii ki, onun istehsal etdiyi məhsul satılacaqsa, o da əməyinin qarşılığında əmək haqqı alacaq. Çindən hansısa keyfiyyətsiz məhsulu alıb gətirirlər Bakıya və üzərinə BTE yazırlar. Sonra da satışa çıxarırlar. Sual edirəm: O zaman niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?

    - Bəs valideynlər saxta məhsulu necə müəyyən edə bilərlər?

    - Çox rahat şəkildə fərqləndirmək mümkündür. Saxta BTE-ni heç 2 gün də geyinmək olmur. Dərhal sıradan çıxır, paltarın rəngi qaçır, sapları aralanır. Üstəlik həmin saxta məhsullar uşaqlarda allergik xəstəliklərə yol açır. Bədənin müəyyən hissələrində səpki və qaşınma baş verir.

    - Digər bir iddiaya görə BTE olaraq bütün məktəbliləri öz geyimlərinizi almağa məcbur edirsiniz. Bu nə dərəcədə doğru fikirlərdir?

    - Xeyr, heç bir dövlət məktəbində hansısa valideynə məcburi şəkildə BTE-nin məhsullarını almaq tapşırılmır. Daha doğrusu, BTE-dən məktəbli forması almaq məcburi deyil. Elə bir hal yoxdur. Məktəblər geyim forması ilə bağlı sərbəst seçim edirlər.

    - Saxta məhsullar satışa çıxaranların konkret məqsədi nədir? Niyə öz adları ilə məktəbli forması istehsal etmirlər?

    - Ona görə BTE-nin nişanını saxta məhsulların üzərinə vururlar ki, bizim məhsullar keyfiyyətinə görə valideynlərin və şagirdlərin rəğbətini qazanıb. Başqa bir məsələyə görə bunu etmirlər. BTİ-nin məktəbli formalarını geyinən şagirdlərdən və valideynlərdən soruşa bilərsiz. Bizim məhsulları alanlar azı 2 il geyinirlər. Biz yalnız Türkiyənin "Bossa" şirkətinin məsləhətli parçalarını alırıq. Bu, ən böyük tekstil şirkətlərindən biridir. Onun məhsullarının 85%-i Avropaya ixrac edilir. Eyni zamanda valideynlər indiyə qədər bir dəfə də olsun bu parçalardan tikilən məktəbli formalarının keyfiyyətindən şikayətlənməyiblər

    - Valideynləri geyimlərin qiyməti də çox narahat edir. Siz israrla böyüklər üçün 46 manat, kiçiklər üçün 40 manat standart qiymət desəniz də, çox vaxt məhsullarınızı tətbiq etdiyiniz qiymətlərdən daha yüksək qiymətə alıcılara təqdim edirlər. Buna nə deyə bilərsiz?

    - Bizim bütün satış məktəblərimizdə elan etdiyimiz qiymətlər divara yazılaraq vurulub. Bizim məktəbli forması ilə bağlı standart qiymətimiz var. Kimsə onu başqa qiymətə sata bilməz. Təbii, kimsə alıb aparıb üzərinə başqa qiymət qoyub satırsa, bu, onların öz işidir. Bizim bütün satış məntəqələrimizdə olan məktəbli formalarının həm qiymətinə, həm də keyfiyyətinə başımızla cavabdehik. Ola bilməz ki, divarda 40 manat yazılan məhsulu 45 manata satsınlar. İndi insanlar çox savadlıdır. Bütün günü internetin, online medianın qarşısında oturub yazılanları oxuyurlar.
    Rubrika.az


    Facebook-da paylaş