• Şahin Sultanovun işi Bakı Hərbi Məhkəməsinə qaytarıldı — YENİLƏNİB....


    Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    16:45 Bölmə: Ölkə Oxunma sayı: 476 A-AA+
    "Ölkə.Az"ın "Report"a istinadən xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçiirlən prosesdə Bakı Hərbi Məhkəmədən müraciət daxil olduğu elan olunub.

    Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apellyasiya protesti verib: "Apellyasiya protesti də gec verildiyi üçün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov Bakı Apellyasiya Məhkəməsinə bununla bağlı müraciət edib. O, müddətin bərpası üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib".

    Şahin Sultanov və onun müdafiəçiləri buna etiraz ediblər. Sabiq komandan qeyd edib ki, dörd aydan sonra sənədlər apellyasiya instansiyasına daxil olub: "Buna etiraz edirəm. Sənədlər dörd aydan sonra Bakı Apellyasiya Məhkəməsinə gəlib. İndi bu nə deməkdir? Razı deyiləm".

    Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti qərarı elan edib. Qərara əsasən, iş yenidən Bakı Hərbi məhkəməsinə qaytarılıb.

    Proses qeyri-müəyyən günədək təxirə salınıb.

    Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

    Nəsimi rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Bundan başqa, Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyev 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.

    Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.

    ***
    Şahin Sultanovun işi Bakı Hərbi Məhkəməsinə qaytarıldı — YENİLƏNİB....

    Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

    Rubrika.az Ölkə.Az-a istinadən xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.

    Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərovun barəsində isə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.
    Rubrika.az


    Facebook-da paylaş