• Təhsildə damla damla yıqılan pular - İmtahandan keçə bilməyən direktor təhsildə necə qalır?

    Təhsildə damla damla yıqılan pular - İmtahandan keçə bilməyən direktor təhsildə necə qalır?

    Ağdam rayon məcburi köçkün Bərdə rayonunda müvəqqəti məskunlaşmış, Ağdam rayon 87 saylı tam orta məktəbinin kimya-biologiya müəlliməsi Əsgərova Vəfa Yusif qızı KİV nümayəndələrinə müraciət edir

    Hörmətli KİV nümayəndələri!

    Mən Əsgərova Vefa Yusif qızı Bərdə rayon Qarabağ qəsəbəsində yaşayıram. Hal-hazırda Ağdam rayon 87 saylı tam orta məktəbin kimya- biologiya müəlliməsiyəm.

    İşlədiyim məktəbin direktoru Sahib Cəfərov təqaüdə çıxdıqdan sonra 2015-ci ilin sentyabr ayından təhsil şöbəsinin müqviləsi əsasında Əmirova Səbahət təyin edildi.

    Hörmətli KİV nümayəndələri

    Ağdam rayon 87 saylı orta məktəbinə direktor gələn gündən Əmirova Səbahət xanım deyir ki, rayon rəhbərlərinə rüşvət verib gəlmişəm, verdiyim rüşvəti çıxartmalıyam. Məni bir neçə dəfəöz otağına çağıraraq, təklif etdi ki, qeyri-ixtisas dərs saatı yazım adına pulunu ver mənə. Ya da sənə İnsan və Cəmiyyət fənni üzrə6 saat dərs yazacam siz dərs keçməyəcəksiniz sadəcə hər ay kartına vurulan pulu mənə verəcəksiz. Onu qeyd edim ki, dəfəkərlə məni otağına çağıraraq, hər dərs saatıma görə məndən 1 AZN pul istəyirdi. Mənim 24 saat dərs saatıma görə hər ay məndən qeyri-qanuni yolla 24 AZN pul istəyir. Ümumilikdə, Ağdam rayon 87 saylı tam orta məktəbində işləyən bütün müəllimlərin iş saatlarına görə müəllimlərin hamısından aylıq dərs saatı pulu tələb edir. Onun təklifinə razılaşmadığıma görə , həmin gündən mənlə münaqişə aparır. Gah şagirdləri, gah valideynləri , gah da müəllimləri öyrədib mənə qarşı təzyiqlər etdi. Mənim dərs dediyim şagirdi öyrədərək , nəlayiq, insanlığa yaraşmayan sözlər yazdırıb, əl çantama atdırıb dəfələrlə. Bu cür yollarla müəllimlik şərəfimi ləkələmək istəyir. Özü kimi bir neçə müəllimlərlə məni şifahi və yazılı təhqir ediblər dəfələrlə. Məqsədi odur ki, məni bezikdirib işdən çıxartmaq istəyir. Mən 2009 – cu ildə TəhsilNazirliyinin təyinatı əsasında Ağdam rayon 87 saylı orta məktəbində kimya –bialogiya müəlliməsiyyəm

    Hörmətli KİV nümayəndələri!

    Təsəvvür edin ki, Ağdam rayon 87 saylı tam orta məktəbinin müəllimlik kollektivi cəmi 10-15 müəllim işləməsinə baxmayaraq, saxta yolla həmin məktəbin həm müəllim kollektivin sayın, həm də də dərs keçirilən məktəbə gələn şagird sayı dəfələrlə çox göstərilir.

    İş Fəliyyətimdə bu vaxta qədər nöqsan olmayıb və heç kimlə də münaqişəəm olmayıb. Lakin 2015-ci ildən Əmirova Səbahət Ağdam rayon 87 saylı tam orta məktəbinə direktor gələndən qeyri-qanuni təklif etdiyi işlərdə razılaşmadığım üçün işimdən uzaqlaşmağımı istəyir. Ancaq özü qeyri-qanuni yollarla məndən rüşvət tələb edir. Əl çantama təhqiredici sözlər yazdırıb atdırdıqdan sonra Təhsil Nazirliyinin daxili nəzarətçisi Kənan Quliyevin qəbulunda oldum. Lakin, heç bir tədbir görmədi . Hətta məni işdə ola-ola mənim ixtisasımı vakansiya verdi. Bu işlə Təhsil Nazirliyinin 1 ci müavini Ceyhun Bayramovun qəbulunda oldum. İyun ayının 14-ündə Ceyhun Bayramov vakansiyanı götürdü. İyun ayının 16- da Əmirova Səbahət və onun kimi bir neçə müəllimlərin təhqir və təzyiqlərinə məruz qaldım. Hətta, Təhsil Şobəsinin müdiri Mətanət Misirxanovanın da təhqirlərinə məruz qaldım. Məktəbə gələrək, müəllimləri öyrədib səs –vermə keçirtdi ki, məni işdən uzaqlaşdırsın. Mənə dedi ki, niyə mənim başımın üstündən keçib, Ceyhun Bayramovun qəbulunda olmuşam?

    Hörmətli KİV nümayəndələri!

    Onu da qeyd edim ki, mən yaşadığım Bərdə rayon Qarabağ qəsəbəsin 5 orta məktəb yerləşir. Hamısı da Ağdam məktəbidir. Amma maraqlı məqam isə ondan ibarətdir ki, 5 orta məktəbin 3 orta məktəbi 1 orta məktəbin binasında fəaliyyət göstərir. Bu da açıq aşkar görünür ki, Ağdam təhsili bərbad gündədi .

    135 saylı orta məktəbin direktoru Yaşar müəllim

    92 saylı tam orta məktəbin direktoru Məzahir müəllim

    87 saylı tam orta məktəbin direktoru Səbahət Əmirova

    Hər məktəbdə 60-70 nəfər şagird, hərəsində 20-25 nəfər müəllim, 4-5 xadimə, qaravulçu, laborant, hərəsində katibə , psixoloq, hərbi hazırlıq və.s. bu da hər ay 5-6 min manat dövlətin büdcəsinin mənimsənilməsi deməkdir.

    Odur ki, sizdən xahiş edirəm ki, şikayətimi araşdırıb lazımı tədbir görülməsi üçün köməklik göstərəsiniz

    Rubrika.Az


    Facebook-da paylaş