• Yoxsul işğalçı – Kreml Ermənistanı hara kimi bəsləyəcək?

    Yoxsul işğalçı – Kreml Ermənistanı hara kimi bəsləyəcək?

    Azərbaycan ərazilərinin şərikli işğalçısı olan Ermənistan Moskvanın girovluğundan həm narazıdır, həm də razı; Levon Ter-Petrosyan: “Ermənistan adamların yaşamadığı otlağa çevriləcək...”

    Dünyada işğalçı ölkələr az deyil. Əfsus ki, onlardan ikisi bizimlə həmsərhəddir - Ermənistan və Rusiya. İkisinin də ərazi bütövlüyümüzə və suverenliyimizə birbaşa dəxli var - mənfi planda təbii ki. Çünki Azərbaycan torpaqlarının ortaq işğalçılarıdır. Rusiya üstəlik, Gürcüstan, Moldova və Ukraynaya qarşı işğalçılıq siyasəti yürüdən və onların ərazilərinin bir qismini işğal və ilhaq edən bir dövlətdir.

    Ancaq işğalçı Ermənistanla işğalçı Rusiya arasında bitr prinsipial fərq var: Ermənistan Rusiyanın dəstəyi olmadan işğal davam etdirə bilməz. Ona görə ki, əhalisi acından ölən, ordusuna çağırışçı problemi yaşayan cırtdan bir ölkədir, faktiki, Rusiyanın ucqar bir quberniyası, buyruq quludur.

    Məhz Rusiya amilinə (“Arxalı köpək qurd basar”), Moskvanın dediyi ilə oturub-durduğuna görə də illərdir ərazilərimizin bircə qarışını da geri qaytarmayıb. İşğalçı ölənin başçısı, Xocalı canisi Serj Sərkisyanın iki gün öncə BMT Baş Məclisində etdiyi hıdyan xarakterli, böyük dövlətlərin liderlərinə xas arxayın çıxışı da yenə eyni səbəblə - Rusiya amili ilə bağlı idi.

    Gerçəkdə isə işğalçı Rusiyadan fərqli olaraq, işğalçı Ermənistanın daxli durumu acınacaqlı olaraq qalır, vassal ölkə ildən-ilə daha sürətlə boşalır, daha dərin iqtisadi bataqlığa yuvarlanır. Di gəl, hələ ki Rusiyaya Azərbaycana qarşı belə bir işğalçını bəsləyib saxlamaq sərf edir. Qısası, Ermənistan illərdir Rusiyanın əlindəki oyuncaq işğalçı rolundadır. Ancaq Kreml Ermənistanı hara kimi bəsləyəcək?

    Ölkənin az-çox ağıllı başları isə təhlükəni, reallığı görür və vaxtaşırı həyəcan siqnalı çalırlar. Amma çifayda? 1998-ci ildə hakimiyyəti Levon Ter Petrosyandan zorla - çevriliş yolu ilə alan kriminal “Qarabağ klanı” öz xalqını girov və dünyadan təcrid vəziyyətində saxlamaqda davam edir.

    *****

    “Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır”. Bunu Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib (Asvision az.). O, çıxışında ölkənin hazırki hakim elitasını sərt tənqid edərək onları oğru və əclaf adlandırıb.

    “Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu sadəcə sözlər deyil. Bunu sizə sübut edəcəyəm: Seçkilərdə sizə səs üçün 5-10 min dram (25 dollara) rüşvət vəd etdilər. Amma həftə ərzində onlar bu pulları özlərinə qaytaracaqlar. Çünki, rüşvət verən adamların mağazaları və müxtəlif bizensləri mövcuddur. Onlar qiymətləri qaldıracaqlar və siz məcbur olub müxtəlif malları baha qiymətə alacaqsınız”, - deyə sabiq prezident qeyd edib.

    Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sərkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedir”.

    Ter-Petrosyan həmçinin digər həmkarı Serj Sərkisyan sələfi Robert Koçaryan haqqında da danışıb: “1998-ci ildə Köçəryanın prezidenti olduğu zaman Ermənistanı bir milyon adam tərk edib. İndi isə təsəvvür edin ki, qarşıdan gələn parlament seçkilərində Serj Sərkisyan yenə qalib gələcək və onun seçkilərdə qələbəsinin təmin edilməsi üçün yaxın illərdə daha bir milyon insan Ermənistanı tərk edəcək. Və bu ölkədə kim qalacaq? O otlağa çevriləcək”.

    *****

    Necə deyərlər, artıq şərhə ehtiyac qalmır. Amma yenə var. Söhbət ondan gedir ki, Ermənistan Rusiyanın siyasi-hərbi giorovluğundan çıxmaq üçün ciddi səylər göstərməsə, bədbəxt işğalçının durumu daha da ağırlaşacaq. Bu isə etiraf edək ki, elə də asan deyil.

    Bu xüsusda müdafiə naziri Vigen Sərkisyanın İrəvanda keçirilmiş Ermənistan-Diaspora Forumundakı çıxışında dediyi “istənilən halda Rusiya bizim etibarlı müttəfiqimi olaraq qalır” sözlərinin forum iştirakçılarının tənqidinə tuş gəlməsi diqqət çəkməklə yanaşı, təsadüfi sayıla da bilməz.

    Musavat.com-un məlumatına görə, armenianreport.com-da bununla bağlı getmiş tənqidi məqalədə deyilir: “Diaspora çox gözəl başa düşür ki, Rusiya hazırkı şərtlərdə Ermənistanın etibarlı və sadiq müttəfiq ola bilməz və bunu istəmir. Moskva açıq şəkildə Azərbaycan müasir silahlar satır və bu zaman əla bilir ki, həmin silahlar özünün Cənub Qafqazdakı yeganə müttəfiqinin - Ermənistanın əleyhinə işlədilə bilər. İştirakçılar ara söhbətlərdə bizə açıq deyirlər: müdafiə naziri Rusiya ilə hansı ittifaqdan dəm vurur?

    Rusiya çoxdan Ermənistanın müttəfiqi deyil. Moskva güc yolu ilə Azərbaycan torpaqlarının qaytarılmasına hazırlaşır. Ermənistanın dişsiz və təşəbbüssüz KTMT-də nə işi - əgər bu qurumdan o, heç vaxt, heç bir kömək almayacaqsa? Biz Qərbə, sivilizasiyaya doğru getməliyik. Axi məhz Kremlin hesabına bu dəstə (”Qarabağ klanı") hakimiyyətdədir. Öz mövqelərinə görə onlar məhz Moskvaya minnətdar olmalıdırlar. O üzdən də onlar Moskvadan olan bütün incilikləri və şıltaqlıqları udmaq zorundadırlar. Onlar Kremlə tabedirlər, öz xalqına yox. Və Vigen Sərksiyan da konfransda növbəti dəfə sübut elədi ki, onlar kimin əlaltıları və tərənnümçüləridir".

    Rubrika.Az


    Facebook-da paylaş