• Baytarlıq Xidmətinin şok maxinasiyası: Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir?

    Baytarlıq Xidmətinin şok maxinasiyası: Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir?

    Ölkə rəhbərliyinin xüsusi diqqətdə saxladığı məsələlərdən biri də əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək, habelə süni-qiymətartımının qarşısını almaqdır. Bu məqsədilə Respublikanın rayon və şəhərlərində kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ümdə vəzifəsi satılan heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh olmaqdır. Həmçinin hər il Bakı şəhərində keçirilən “Bal” yarmarkaları da əhaliyə xidməti ilə digər satış mərkəzlərindən fərqlənməlidir. Lakin təəssüflər olsun ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bal yarmarkası ilə bağlı fəaliyyətindəki nöqsanlar ciddi narahatlıq yaradır. Bununla bağlı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq.

    İlk olaraq bildirək ki, ötən il keçirilən bal yarmarkası ilə bağlı ciddi qalmaqal yaşanmışdı ki, bunun da əsas mənbəyi məhz Dövlət Baytarlıq Nəzarəti Xidməti idi. 2016-ci ildə keçirilən bal yarmarkasında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərədindən nəzarət üçün təyin edilən Fərmayıl adlı nümayəndə Astara rayon sakini Hüseynov Usaməddinlə sövdələşərək, rüşvət müqabilində 17 flyaq saxta balını satış məqsədilə yarmarkaya buraxmışdı. Bir müddət saxta bal istehlakçılara satıldıqdan sonra, bundan xəbər tutan arıçıların səslərinin qaldırılmasından çəkinən Azər bəy Fərmayılı və Usaməddini yarmarkadan kənarlaşdırdı. Şübhəsiz ki, Fərmayılın bu qanuna zidd əməlləri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun “əli kürəyində” olan baş baytar Azər Süleymanovun “nəzarətində” olmadığına inanan az adam olar. Çünki Azər müəllim təyin etdiyi nümayəndəsinin nə ilə “nəfəs” aldığını yaxşı bilir. Azər Süleymanov kiminsə alınmış rüşvəti onunla bölüşmədən tək mənimsəməsini qəbul etməz.
    Bu günlərdə Bakıda növbəti bal yarmarkası start götürüb. Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin öncədən yaydığı rəsmi məlumatda deyilir: “Yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:
    Şəxsiyyət vəsiqəsi;
    Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi);
    Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə;
    Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub.
    Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq”.
    Başqa sözlə, müəyyən edilmiş qaydalara görə, yarmarkaya Respublika Baytarlıq Laboratoriyasında keyfiyyəti yoxlanmış və müvafiq sertifikat verilmiş mal məhsulu çıxarılmalıdır. Elə bu səbəbdən də bu ilki yarmarkada da arıçılar Azər müəllimin onlar üçün qurduğu “tələyə” düşməkdən qorxurlar. Bununla bağlı cumhuriyyet.az olaraq bəzi məqamlar üzərində xüsusi olaraq dayanmaq istərdik.Rubrik.az teref.info-ya istinadən bildirir ki, verilən məlumata görə arıçılar yarmarkaya çıxardıqları balın keyfiyyətini yoxlamaq və müəyyən edilmiş forma üzrə sertifikat almaq üçün ərazi üzrə Zona Baytarlıq Laboratoriyalarından balın keyfiyyətli olması barədə ekspertiza aldıqdan sonra, Azər müəllim balda eyni prosedurların, eyni parametlərin yoxlanması üçün arıçıları bu dəfə Zona Baytarlıq Laboratoriyaları ilə eyni funksiyanı daşıyan Respublika Baytarlıq Laboratoriyasına yönəldir. Bu qanunsuz hərəkətlər nəticəsində vaxt itgisi ilə qarşılaşan bal sahibləri bal nümunəsini təkrar Bakıda yerləşən Respublika Baytarlıq Laboratoriyasına verməsi üçün Bakı şəhərinə gəlməli, günlərnən müayinənin cavabını gözləməli, gündəlik xərc sərf etməli və nəhəyyət ikinci dəfə xidmət haqqı ödəməyə məcbur edilir. Çox təəccüblüdür ki, Zona baytarlıq laboratoriyalarında keyfiyyətli çıxan bal, Respublika Baytarlıq Laboratoriyasında müayinədə “saxta” hesab olunur. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyevin elə baytarlıq xidmətinin rəsmi saytında yer alan açıqlamasında deyilir: “Laboratoriyaya 3367 nümunə daxil olub. Anbara təxminən 130 tona yaxın bal təhvil verilib. Bu nümunələrdən 509-u, yəni 20 tona yaxını keyfiyyət standartlarına uyğun gəlməyib və təşkilatçılar bu barədə məlumatlandırılıb. Həmin ballar satışa buraxılmayacaq, yarmarka başa çatana qədər anbarda saxlanılacaq”. Bildirək ki, F.Quliyevin yoxladığı məhsullar elə Baytarlıq Xidmətinin Zona labarotoriyasından keçən məhsullardır. Paradoksal haldır ki, A. Süleymanovun bu gün rəhbəri olduğu quruma tabe olan iki laboratoriya eyni bal nümunəsini biri keyfiyyətli, biri isə saxta çıxarır. Eyni quruma bir nümunə bal üçün iki dəfə vəsait ödənilməsi balın maya dəyərini dəfələrlə artırır. Sahibkarları məcburi qiymətartımına vadar edir. Sual olunur: “Onda Dövlət Xidmətinin ərazi üzrə fəaliyyət göstərən 12 zona baytarlıq laboratoriyası nəyə lazımdır”?
    Amma iş bununla da bitmir. Keçirilən bal yarmarkası ilə bağlı başqa bir imaraqlı detala da diqqət yetirmək istərdik. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəsmilərinin verdiyi məlimata əsasən “bal satış” yarmarkasında Mini Laboratoriya təşkil edilir. Respublika Baytarlıq Laboratoriyasın əməkdaşının rəhbərlik etdiyi “mini” laboratoriya istehlakçının istəyi ilə və vəsaiti hesabına satışda olan balı təkrarən yoxlayıb cavab vermə statusuna malikdir. Elə bu prosesə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyev rəhbərlik edir və onun qurumun rəsmi saytında yer alan açıqlamasında deyilir: “yarmarkaya gələnlər aldıqları məhsulun keyfiyyətindən tam arxayın ola bilərlər. Laboratoriya əməkdaşları müayinəni dəqiqliklə aparırlar ki, insanlar aldıqları bala görə peşman olmasınlar”. İndi sual olunur: Satışa çıxarılan bal məhsulu Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib keyfiyyətcə “yaxşı” hesab edilərək sertifikatla yarmarkaya buraxılıbsa, onda Respublika Baytarlıq Laboratoriyasının əməkdaşı öz işlədiyi laboratoriyası tərəfindən keyfiyyətlidir ekspertizası verilən məhsula “Keyfiyyətsizdir” cavabı verərmi? Bundan başqa, hələ ki, balın laborator müayinəsi üçün ekspres metodika işlənib hazırlanmayıb. Bir bal nümunəsinin müayinəsi üçün 2-3 saat müddət gərəkdir. Yox bir, alıcı balı həm almasına görə, həmidə təkrar laboratoriya müayinəsinə (bir nümunənin müayinə haqqı 6 AZN) vəsait xərcləməklə, hətta 2-3 saatda müayinə cavabı gözləyəcək? Bu şou ilə kimin gözünə kül üfürürsünüz? Bu oyunlar yalnız və yalnız Azər müəllimin yeni pul tələsidir.

    Rubrika.Az


    Facebook-da paylaş