• Kənd təsərrüfatı ekspertindən nazirə bir yığın sual: Cavab susqunluq olacaq?

    Kənd təsərrüfatı ekspertindən nazirə bir yığın sual: Cavab susqunluq olacaq?

    Kənd təsərrüfatı üzrə ekspert: “Ölkəyə bu qədər pul gəldiyi halda, əgər bu gün kənd təsərrüfatında geriləmə müşahidə olunursa, indi Avropa Birliyinin 1,24 milyon vəsaiti ilə nəyə nail olmaq olar?”

    “ Almaniya hökumətinin köməyi ilə Azərbaycanda torpaqların sənədləşməsi, müasir avropa tələblərinə uyğun qayda-qanuna salınması istiqamətinə milyonlarla vəsait ayırılıb. Bundan kimin xəbəri var və hər hansı naliyyət əldə olunubmu? Yalnız Abşeronda 250 min qeyri-qanuni tikililər və 500 min təsərrüfat var ki, sənədləşməyib. Həmçinin Bakıda 1000-ə yaxın hündürmərtəbəli binalar var ki, onların da sənədi yoxdur. Həmin vəsaitləri kimlər alıb, hara xərclənib bilinmir”.

    Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın kənd təsərrüfatına ayrılan vəsaitləri və görülən işlərin nəticlərini şərh edərkən qeyd edib.

    Azərbaycan Hökumətinə Elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa Birliyi Nümayəndəliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Texniki Yardım” layihəsinin icrasına başlayıblar. Bu barədə danışan kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda elektron kənd təsərrüfatının yaradılmasının əsas hədəf kimi götürüldüyün deyib. Layihənin məqsədi kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi sahəsində səmərəlilik və şəffaflığı artıracaq qabaqcıl idarəetmə və nəzarət sistemini yaratmaqdır. Sistem kənd təsərrüfatı təyinatlı digər məlumat bazaları ilə birgə aqrar siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində etibarlı məlumatları təmin etməli, aqrar sahədə rəqabət qabiliyyətini artırmalı və Azərbaycanın kənd yerlərində həyat səviyyəsini yaxşılaşdırmalıdır. 24 ay davam edən layihəyə Avropa Birliyi 1,24 milyon avro vəsait ayırıb. Layihə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində AB-Azərbaycan əməkdaşlığı çərçivəsində formalaşmış fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir.

    Azərbaycanda elektron kənd təsərrüfatının yaradılması əsas hədəf kimi götürülməsi hansə səmərəni vəd edir?

    Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

    Vahid Məhərrəmov: “Uzun illərdir ki, beynəlxalq donorlardan Azərbaycana maliyyə vəsaitləri gəlir, amma ölkə əhalisin həmin bu vəsaitlərdən və vəsaitlərin səmərəsindən xəbəri yoxdur”.

    Mütamadi olaraq qeyri-hökumət təşkilatları ilə birgə layihələrdə təlimlərin keçirildiyni və fermerlərə yardımların edildiyini qeyd edən kənd təsərrüfatı eksperti PİA.AZ-a açıqlamasında bildirib ki, bütün bu layihələr formal xarakter daşıyır. Yəni müəyyən dövlət nümayəndələri bu işlərə cəlb olunur və onların da əksəriyyəti həm bu sahədə çalışmır, həm aqrar sahədən xəbərləri yoxdur:

    “Bu vaxta qədər Avropa Birliyinin, ABŞ-ın, ATƏT-in və digər Qərb ölkələrinin kənd təsərrüfatı sahəsində Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları ilə birgə layihələri çox olub. Amma bu layihələrə baxmayaraq biz kənd təsərrüfatında hər hansı bir dəyişikliyin olduğunu görmürük. Bu layihələr ölkənin kənd təsərrüfatında mövcud olan problemləri əsaslı olaraq həll edilməyə yönəlməyib. Yəni bu layihələr hər hansı bir istiqamətdə bir işin həyata keçirilməsinə və hansısa bir sahədə nəyisə göstərməkdən ibarətdir. Nəzərə alsaq ki, bu vaxta qədər kənd təsərrüfatı sahəsinə kifayət qədər maliyyə resursları ayrılıb, ancaq aqrar sahədə olan problemlər yenə də qalmaqdadır. Bu problemlərin heç biri öz həllini tapmayıb. Həmin maliyyə resursları ancaq maariflənməyə, informasiya təminatına, standartlara, keyfiyyətə sərf edilib.

    Ümumiyyətlə apardığımız araşdırmalar göstərir ki, Qərb ölkələrinin Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələr səmərə vermir. Yəni qeyri-hökumət təşkilatları ilə birgə layihələrdə təlimlərin keçirildiyni və fermerlərə yardımların edildiyini müşahidə etdik. Amma bütün bunlar hökumət nümayəndələri ilə formal aparılır. Müəyyən dövlət nümayəndələri bu işlərə cəlb olunur və onların da əksəriyyəti həm bu sahədə çalışmır, həm bu sahədən xəbərləri yoxdur.

    Burada bir məsələyə də diqqət etmək lazımdır ki, məgər hökumətin özünün maliyyə resursları azdır? Neftdən gələn gəlir 150 milyard dolları keçib. Ölkəyə bu qədər pul gəldiyi halda, əgər bu gün kənd təsərrüfatında geriləmə müşahidə olunursa, indi Avropa Birliyinin 1,24 milyon vəsaiti ilə nəyə nail olmaq olar? Bu qeyri-ciddidir. Ümumiyyətlə birgə layihələrdə nəyəsə nail olmağı gözləmək düzgün yanaşma deyil.

    Vahid Məhərrəmov: “Azərbaycanda pul var və olan pulla kənd təsərrüfatını kifayət qədər inkişaf etdirmək olar”.

    Elektron kənd təsərrüfatı bazasının yaradılmasının əsas hədəf kimi götürülməsi fermərə nə verəcək? Fermerin bilgisini artıracaq? Hanı hökumətdə o kənd təsərrüfatı üzrə mütəxəssis ki, o bu istiqamətdə kəndlilərə yardım edəcək, informasiya ötürəcək? Bu mütəxəssislər Azərbaycanda yoxdur. Varsa, onda kənd təssərrüfatı sahəsi niyə bu gündədir? Cavablarmı varmı?

    Hətta hökumətin kənd təsərrüfatı ilə bağlı elektron saytında informasiyaların yanlış olduğunu, lazım olan informasiyaların orada olmadığını, şəffaflığın olmadığını görürük. Bu hökumət istənilən halda Qərb ölkələrinin, Avropa Birliyinin nümayəndələrinin diqqətini ölkəyə cəlb edmək üçün belə layihələr uydururlar ki, güya bu işlər görüləcək və hansısa nəticəsi olacaq. Bu günə qədər olan layihələrin birinin nəticəsini göstrsinlər? Varmı nəticə?Yenə qeyd edim ki, Azərbaycanda pul var və olan pulla kənd təsərrüfatını kifayət qədər inkişaf etdirmək olar. Həmçinin həmin vəsaitlər ölkədə elektron kənd təsərrüfatı sistemi bazasını da quraşdırmaq olar. Bunun üçün Qərbin puluna nə ehtiyac var?

    Yəni bizim kənd təsərrüfatında olan problemlərimiz daha ciddidir, daha dərindir. Hökumət Qərbdən və digər ölkələrdən maliyyə resursu cəlb etmək üçün hər cür bəhanələr tapırlar, layihələr hazırlayırlar. Amma bu layihələrin real kənd təsərrüfatı heç bir əlaqəsi yoxdur. Guya ki, elektron kənd təsərrüfatı bazasının yaradılması səmərəli, effektli olacaq və bununla da kənd təsərrüfütı inkişaf edəcək. Boş danışıqlardı və bir müddət sonra nazirin bu layihəsini heç kim xatırlamayacaq. Heç özü də.

    Uzun illərdir ki, o qurumlardan Azərbaycana maliyyə vəsaitləri gəlir, amma ölkə əhalisin həmin vəsaitlərdən xəbəri yoxdur. Çünki ölkədə şəffaflıq yoxdur. Qərb ölkələri birinci dəfə deyil ki, Azərbaycana kömək edir. Amma ortada heç bir iş yoxdur, ya da görülən işlər natmam qalır. Məsələn Almaniya hökumətinin köməyi ilə Azərbaycanda torpaqların sənədləşməsi, müasir avropa tələblərinə uyğun qayda-qanuna salınması istiqamətinə milyonlarla vəsait ayırılıb. Bundan kimin xəbəri var və hər hansı naliyyət əldə olunubmu?

    Yalnız Abşeronda 250 min qeyri-qanuni tikililər və 500 minə qədər təsərrüfat var ki, sənədləşməyib”.

    Rubrika.Az


    Facebook-da paylaş