• İmişli RİH-nin başçısı Vilyam Hacıyevin bir gülləyə iki dovşan vurmaq məharəti

    İmişli RİH-nin başçısı Vilyam Hacıyevin bir gülləyə iki dovşan vurmaq məharəti

    İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin bir gülləyə iki dovşan vurmaq məharəti.

    Rubrika.Az xeberfakt.az-a istinadla bildirir ki, İmişli rayonu Aran iqtisadi rayonuna daxildir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etsə də, sənayenin bir çox sahələrinin iqtisadi intibah dövründə olmasını İmişli şəhərində yerləşən Azərbaycan Şəkər İstehsalat Birliyinin timsalında asanlıqla görmək olar.

    23 Mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirildi. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur. İmişli və ətraf rayonların sakinlərinin işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı istiqamətində qəbul edilmiş “ Dövlət Proqramlarının” icra olunduğu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.

    Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

    Regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmişdir. Kənd yolları asfatlaşdırılması, rayonların ucqar kəndlərinin qazlaşdırılması və s. istiqamətlərdə əməli işlər görülmüşdür. Regionlarda qeyri-neft sektorunun inkişafı, xarici bazarlarda rəqabət gücünə malik strateji əhəmiyyətli məhsulların istehsalının artırılması üçün bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır.

    İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin bir gülləyə iki dovşan vurmaq məharəti.

    Elektron poçtuna İmişli rayon Şahverdli kənd sakini İsmayılov İsmayıl Vəli oğlu tərəfindən daxil olmuş ərizəni KİV haqqında qanunun tələblərinəm uyğun olaraq araşdırarkən çox maraqlı hallarla rastlaşdıq.

    Belə ki, İsmayıl İsmayılov öz ərizəsində qeyd edir ki, işlə təmin olunmaq məqsədilə İmişli RİH-nə müraciət edir. Rayon İH –nin Memarlıq və Tikintikinti şöbəsində ondan şəxsiyyət vəsiqəsinin surətini və əlaqə nömrəsi istəyirlər. Deyilən sənədləri onlara təqdim edir. Ona bildirirlər ki, iş olan kimi sənə məlumat verəcəyik.
    İmişli RİH-dən 6-7 ay zəng gözləyən İ.İsmayılov ümüidsiz qalıb, İmişli rayon Məşğulluq Mərkəzinə müraciət edir. Həmin Mərkəzdə ondan qanunamüvafiq olaraq müəyyən sənədləri təqdim etməsini xahiş edirlər. Sənədlərini Məşğulluq Mərkəzinə təqdim etmiş şikayətçiyə bildirirlər ki, sən “Kristal-2” İnşaat MMC-də işləyirsən və sənin adına sosial ödənişlər aparılır.

    Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il № 118 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2.1-ci bəndinə görə Nazirlər Kabinetinə tapşırılır ki, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün.

    “Dövlət Proqramı”nın əsas məqsədi Regionların sosial-iqtisadi inkişafını təmin etməkdən və bunun tərkib hissəsi olan yoxsulluq səviyyəsinin aşağı salınması, əhalinin dayanaqlı işlə təmin olunmasıdan ibarətdir.

    Yuxarıda qeyd etdiyimiz kimi bu məsələni KİV haqqında qanunun tələblərinə uyğun olaraq araşdırmaq üçün İcra Hakimiyyətində olduq. Çox ötür-ötürdən sonra çətinlikə də olsa da həmin müddətdə baş Memar işləmiş Emil müəllimin əlaqə nömrəsini əldə edə bildik və onunla əlaqə saxladıq.

    Keçmiş baş Memar telefon əlaqəsi zamanı bizə bildirdi ki, “Dövlət Proqramı”nın icrası məqsədilə bizə 140-150 nəfər vətəndaşın işlə təmin olunması tapşırılmışdı. Biz müraicət etmiş vətəndaşların siyahısını hazırlayıb İH-nin Başçısına təqdim edirdik. Onların adları firmalarda yazılırdı. Müəyyən hissəsi faktiki olaraq işlə təmin edilirdilər. İşlə təmin olunduqlarında bixəbər olaraq işə gəlməyənlərin əmək haqqları isə rayon ərazisində aparılan abadlıq işlərinə sərf olunurdu. Hənin abadlıq işləri üçün büdcədən ayrılmış vəsait hara xərclənirdi sualına - onu Vilyam müəllimdən soruşun cavabını verdi.

    Yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti Başçının müavini, İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cabbarova Təranə Pənah qızı ilə görüşüb bu fakta aydınlıq gətirməsini xahiş edəcəkdir. Bundan başqa Təhsil Naziri tərəfində 2017-2018–ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi bağlı təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar bir neçə sual vermək istəyirdik. İşinin çoxluğunu bəhanə gətirən Təranə xanım birbaşa İcra Başçısı ilə görüşüb sualları ona ünvanlamağı məsləhət gördü.

    Belə bir sual yaranır: bütün suallara İcra Hakimiyyətyi Başçısı cavab verəcəksə digər şöbələr nədən ötrüdür? Dövlət büdcəsindən həmin şöbələrin saxlanmasına millyonlarla vəsaitin xərclənməsinə nə lüzum var?

    Bizim fikirimcə isə bunun bir səbəbi var ki, struktur bölmələrə rəhbəlik edən bəzi məmurlar öz işlərinin mahiyyətini bilmirlər. İşlərinin mahiyyətini bilmədiklərinə görə də hər hansı sualla gələn mətbuat işçilərini qəbul etməkdən çəkinirlər.

    İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev isə “Kristal 2” İnşaat MMC ilə əlbir olaraq “Dövlət Proqramının” icrasını yerinə yetirmiş olur, həm də İmişli rayonunun “büdcəsini” zənginləşdirmiş olur...
    (Ardı var)

    Rubrika.Az


    Facebook-da paylaş