• Rza Zərrabın işində falçı iddiası

    Rza Zərrabın işində falçı iddiası

    İş adamının 3 yaxın adamı həbs olundu - onlardan biri amerikalı prokuror və hakimin “ağzını bağlamaq” üçün falçı tutubmuş

    Xəbər verdiyimiz kimi, Rza Zərrabın şahidlik etdiyi məhkəmədə yeganə müttəhim olaraq iştirak edən “Xalqbank”ın keçmiş sədr müavini Hakan Atilla məhkəmə ilə əməkdaşlıq etməyə qərar verib. A.Hakan həbs olunduğu gündən başlayaraq heç bir sorğuda ona ünvanlanan sualları cavablandırmayıb.

    Rubrika.az "Yeni Müsavat”a istinadla xəbər verir ki, R.Zərrab ətrafında davam edən proseslər isə rəngini dəyişir. Belə ki, Azərbaycan əsilli iş adamının saxlanılan 14 əməkdaşı sərbəst buraxıldığı halda, 3 işçisi həbs olunub. İddiaya görə, Zərrab “amerikalı hakim və prokurorların ağzı, gözünün bağlanması, onların nə desə ona inanması üçün cadu etdirmək üçün işçilərini Hatay, Fas və Dubaya göndərib. Zərrabın ”qara qutusu" olduqları iddia edilən katibəsi Sinem A., mühasibi Regaip A. Ilə Mustafa H. türməyə göndərilib. Digər 14 nəfər şübhəli isə nəzarət şərti ilə azadlığa buraxılıb.

    Xəbərlərdə həmçinin qeyd olunurdu ki, ABŞ-a getmədən öncə Zərrabın 3 il boyunca asistanlığını edən Sinem A-nın onun bütün özəl və gizli yazışmaları barədə xəbərdar olduğu iddia edilirdi. Bundan başqa, A-nın 17-25 dekabr əməliyyatlarından sonrakı münasibət və yazışmaları təşkil edən “qara qutu” olduğu da iddialar arasında idi. Regaip A. Isə Zərrabın pul məsələlərini izləməkdə ittiham olunur.

    R.Zərrabın “Dayım mənim” adlı ingilis atının ödəmələrini də mühasib Reqaip A edirdi. Həbsdəki digər işçisi Mustafa H. isə R.Zərrabın iş yeri və evlərindəki təhlükəsizlik kameralarının da aralarında olduğu texniki işlərini həyata keçirirdi. Zərrabın Sarıyerdə yerləşən şirkətindəki sənədləri yandıran işçilər onların lazımsız olduğunu iddia edirdi.

    Image result for Zarrab işinde

    Yazının girişində yazdığımız falçı iddiası isə artıq təsdiqlənib. Zərrabın ABŞ-da həbs olunandan sonra oradan Türkiyəyə göndərdiyi məkublarda bu məqam öz əksini tapıb. Katibə Sinem A-nın Zərrabın istəyi ilə görüşdüyü falçının kim olduğu isə müzakirə mövzusudur. Zərrabın falçısının çox sayda məşhura məsləhətçilik edən Ş.B olduğu iddia edilir.

    Bundan başqa, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Zərrab və yaxınlarının mal varlıqlarına əl qoymuşdu. Buna səbəb R.Zərrabın “Türkiyə Cümhuriyyəti Dövlətinin təhlükəsizliyi, daxili və xarici siyasi faydalar baxımdan gizli qalmalı olan məlumatları xarici dövlət lehinə siyasi və əsgəri cəsusluq məqsədiylə təmin etməsi” olub. Baş prokurorluq Zərrabın mal varlıqlarını ölkə xaricinə qaçırmaq üçün cəhdlər etməsi ilə bağlı bəzi sübutlar əldə edib.

    ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi razılaşmanın detalları ortaya çıxıb.

    Detallar Türkiyənin “Milliyyət” qəzetinin yazarı Kortan Toygar tərəfindən mətbuata verilib.

    O, məqaləsində yazdığı məlumatların siyasi dəyər daşımadığını və tamamilə hüquqi olduğunu qeyd edib.

    Rza Zərrabın ABŞ məhkəməsi ilə əldə etdiyi razılaşma belədir:

    Qəbul etdiyi ittihamlar:

    Nyu-Yorkun cənubi bölgə məhkəməsi dəlilləri və tərəflərin təqdim etdiyi bəzi sənədləri ictimaiyyətə elan etməyə başlayıb. İctimaiyyətə son olaraq 20 noyabrda Rza Zərrab ilə vəkili tərəfindən imzalanmış razılaşmanın detalları açıqlanıb.

    ABŞ və xüsusilə, ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün pusqu qurmaq (maksimum 5 il həbs cəzası, 250.000 dollar pul cəzası ya da bu yolla qazanılan pulların 2 qatı)

    Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq üçün plan qurmaq (International Emergency Economic Powers Act) (maksimum 20 il həbs, 1.000.000 dollar pul cəzası ya da bu yolla qazanılan gəlirin 2 qatı

    Nazirlik sistemində saxtakarlıq (maksimum 30 il həbs, 1.000.000 dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

    Nazirlik sistemində saxtakarlıq etmək üçün pusqu qurmaq (maksimum 30 il həbs, 1.000.000 dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

    Çirkli pulları yumaq (maksimum 20 il həbs, 500.000 dollar pul cəzası və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

    Çirkli pulları yumaq üçün planlar qurmaq (maksimum 20 il həbs, 500.000 dollar və ya bu yolla qazanılan gəlirin 2 qatı)

    Qanun qoruyucusuna rüşvət vermək, narkotik maddə ilə təmin etmək üçün plan qurmaq (maksimum 5 il həbs, 250.000 dollar və ya əldə etdiyi gəlirin 2 qatı).

    Əlavə olaraq, protokolda Rza Zərrabın bütün bildiklərini hakimlərə gerçəklərə uyğun şəkildə anlatmaq, Federal Büro (FTB) və digər qüvvələrlə işbirliyi etmək, hakimlərin istədiyi bütün səbədləri təqdim etmək, jüri qarşısında dürüst olmaq, bu protokoldan sonra hər hansı cinayət törətməmək kimi şərtlər də qeyd edilib.

    R.Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi.

    Rubrika.Az


    Facebook-da paylaş