• SHXÇDX RƏİSİ GENERAL ARZU RƏHİMOV CƏNABINA BİR NEÇƏ VACİB SUAL? - SORĞU

    SHXÇDX RƏİSİ GENERAL ARZU RƏHİMOV CƏNABINA BİR NEÇƏ VACİB SUAL? - SORĞU

    SON BİR İL ƏRZİNDƏ DAHA NEÇƏ MƏTBUATLA BAĞLI ”ŞANTAJİST KOMİSAR” TƏYİN EDİLİB?

    Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.

    Son illərdə ordu quruculuğu sahəsində görülən işlər gənclərimizdə hərbi xidmətlə bağlı neqativ fikirlərin ortadan qalxmasına səbəb oldu. Gənclər artıq hərbi xidmətin vətəni qorumaq və vətənə olan borcu ödəmənin əsas yolu olduğunu başa düşürlər. Onlar anlayırlar ki, hərbi xidmət gələcəkdə vətən torpaqlarını azad etmək üçün mütləqdir. Biz Ali Baş Komandanın orduya göstərdiyi diqqəti məhz gənclərə göstərilən diqqətin bir hissəsi kimi başa düşürük.
    Son illər aparılan uğurlu islahatlardan biri kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasını göstərmək olar. Müharibə vəziyyətində yaşayan bir ölkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nə qədər strateji əhəmiyyət daşıdığını izah etməyə lüzum yoxdur. Lakin, təəssüflər olsun ki, belə mühüm, strateji əhəmiyyətli bir dövlət xidməti haqqında zaman-zaman medyada korrupsiya, rüşvət və digər neqativ hallarla bağlı tənqidi materiallar çap olunur.
    Rubrika.az saytına da SHXÇDX-da baş verən qanunsuzluqlar və korrupsiya faktları, həmçinin konkret olaraq xidmətin rəhbəri Arzu Rəhimov barədə məlumatlar daxil olub. KİV haqqında qanunun müddəalarını, eləcə də qarşı tərəfin mövqeyini öyrənmək baxımından həmin məlumatları diqqətinizə çatdıraraq aşağıdakı sualları cavablandırmanızı xahiş edirik :

    1. Rubrika.az saytına daxil olan məlumatlarda bildirilir ki, təqribən il yarım əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rayon rəislərindən biri mətbuat vasitəsi ilə Arzu Rəhimovu şantaj etməyə başladı. Bu şantajın qarşısını almaq üçün Arzu Rəhimov həmin şəxsi rayonların birinə xidmət rəisi yolladı. Bundan sonra isə Arzu Rəhimov davamlı olaraq öz keçmiş işçiləri tərəfindən şantaja məruz qalır.
    - Strateji əhəmiyyətli bir dövlət qurumunun rəhbəri üçün böyük nöqsan sayılacaq belə bir hadisə olubmu ?
    - Xidmətin hər hansı bir rayon rəisi öz rəhbərini hansı faktlarla şantaj edə bilər ki, onu yenidən vəzifəyə qaytarmaq məcburiyyətində qalınsın?


    2. -Ötən il oktyabrın 16-da SHXÇDX rəisi Arzu Rəhimov Ağaverdi Fəttahovu Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə təyin edib.Lakin bu təyinat barəsində Rubrika.az saytına ilginc məlumatlar daxil olub. Bildirilir ki, Arzu Rəhimov 2012-ci ildə Ağaverdi Fəttahovu Xidmətin Tovuz rayon şöbəsi vəzifəsindən azad edib.
    - SHXÇDX Baş Həkim Komissiyasinın Sədrinin işdən azad olunmasında”Nidaçılar”-ın
    Adının hallanması və bu məsələdən irəli gələn neçə çağırışçıya yararsız hərbi bilet verilmişdir?,-Bu barədə nə deyə bilərsiniz?
    Həmçinin bildirilir ki, 1995-ci ildə ordu sıralarından tərxis olunan Ağaverdi Fəttahov hərbi komissarlıq sisteminə keçib və Şuşa və Xocalı rayonlarının hərbi komissarı təyin olunub. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışır. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir. 2012-ci ildə işdən azad olunduqdan sonra Ağaverdi Fəttahov bir neçə il müdətində Arzu Rəhimova qarşı heç bir addım atmayıb və ona qarşı hər hansı ittiham irəli sürməyib. Ancaq 2015-ci ildə həmkarının Arzu Rəhimova qarşı şantajı ucurlu oluqdan sonra “Kanal7” internet televiziasına müraciət edərək Arzu Rəhmovu biabır edib.
    Rubrika.az saytına verilən xəbərə görə video dərc olunduqdan sonra Arzu Rəhimov polkovnik leytnantla əlaqə saxlayıb və Ağaverdi Fəttahov ondan yenidən rayonların birində rəis vəzifəsinə yollamağı tələb edib. Arzu Rəhimov sabiq işçisinə söz versə də, məsələ bir ildən artıq yubanıb. Ağaverdi Fəttahov Arzu Rəhimova zəng edərək yenidən xidmət rəisi vəzifəsinə qaytarılmayacacı təqdirdə onun haqqında daha ciddi faktlarla çıxış edəcəyini bildirib. Nə qədər qəribə olsa da, Ağaverdi Fəttahovun bu şantajı uğurlu nəticə ilə sona çatıb. Belə ki, ötən il oktyabrın 16-da SHXÇDX rəisi Arzu Rəhimov Ağaverdi Fəttahovu Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə təyin edib.

    - Uzun müddətdir ki, medyada, eləcə də Rubrika.az saytında belə informasiyaların dərc olunmasına baxmayaraq adıçəkilən şəxslərdən heç biri təkzib və ya təsdiq münasibəti açıqlamayıb. Yuxarıda qeyd etdiyimiz kimi mühüm bir vəzifə sahibi üçün böyük nöqsan sayılan belə bir fakta niyə indiyə qədər münasibət açıqlanmır?
    - Yaşa görə 2012-ci ildə təqaüdə göndərilən bir şəxs nəyə görə yenidən 5 il sonra-2017-ci ildə rayon şöbəsinin rəisi vəzifəsinə geri qaytarılır ? Məgər ordumuzda bu qədər kadr qıtlığı hökm sürür ki, təqaüdçüləri yenidən xidmətə çağırırlar ?
    - Ağaverdi Fəttahov Arzu Rəhimov haqqında hansı bilgilərə, faktlara malikdir ki, Xidmət rəhbəri onun tələbləri qarşısında duruş gətirə bilmir?
    - Bir Dövlət Xidməti rəhbərinin tabeliyində olan şəxslərə bu qədər kompramat verə bilcək fəaliyyətinə necə haqq qazandırmaq olar?


    3. Son bir il ərzində daha neçə mətbuatla bağlı “ŞANTAJİST KOMİSAR” təyin edilib? Həmçinin məlumatlarda göstərilir ki, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Generalın hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxardığı bildirilir.
    Bildirilir ki, dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
    Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
    Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
    Həmçinin SHXÇDX-ninrayon şöbələrində hökm sürən özbaşnalıqlar barəsində də məlumatlar verilir. Göstərilir ki, qurumda formalaşan korrupsiya piramidasının əməlləri yuxarı dairələrdə ciddi narahatçılıq yaradıb.

    - Verilən məlumatların hansı dərəcədə həqiqətə uyğunluğu barədə münasibət bildirmənizi xahiş edirik.
    - Medyada cüzi br hissəsi işıqlandırılan belə məlumatların sonradan rəhbərliyə qarşı kompromatlara çevrilməsi faktına münasibətiniz necədir?
    - Cəmiyyətdə həmişə müzakirə mövzusu olan “hərbi billet alveri” faktlarına niyə rəsmi münasibət açıqlanmır?


    Nicat Mahmudov
    Rubrika.az


    Facebook-da paylaş