• Fazil Məmmədov “AtaBank”ı itirir - Sabiq nazirin bacısı oğlu Dəyanət Quliyevin bankın rəhbərliyindən uzaqlaşdırılması prosesinə başlanıldı

    Fazil Məmmədov  “AtaBank”ı itirir - Sabiq nazirin bacısı oğlu Dəyanət Quliyevin bankın rəhbərliyindən uzaqlaşdırılması prosesinə başlanıldı

    Ötən ilin dekabr ayında prezidentin fərmanı ilə Vergilr naziri vəzifəsindən azad olunan Fazil Məmmədovun ətrafında müzakirələr səngimək bilmir. Xüsusilə medya portallarında onun əmlakı haqqında müxtəlif məlumatlar dolaşır. Həmçinin Fazil Məmmədovun əindəki maliyyə resurslarının alınması və təftiş edilməsi ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rubrika.az saytına verilən məlumatlarda bildirilir ki, sabiq nazirin nəzarətindəki şirkətlərib əlindən alınması an məsələsidir. Fazil Məmmədovun əmlaklarının və maliyyə qaynaqlarının əksəriyyətinin ölkə içində olması isə bu iddiaların əsaslı olmasını deməyə əsas verir.

    Sabiq nazirin nəzarətində olduğu və rəhbərliyində bacısı oğlunun dayandığı AtaBank-la bağlı Rubrika.az saytına ilginc məlumat daxil olub. Verilən məlumata görə “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyevin yaxın günlərdə bankın səhmdarlarının keçirəcəyi növbədənkənar iclasda vəzifəsindən azad olunması məsələsi gündəliyə çıxarılacaq.
    Bu səbəbdən də nazirin bankında sədr Dəyanət Quliyevlə İdarə Heyətinin üzvü Etibar Babaşlı üz-üzə gəlib. Sədrlə müavinin üz-üzə gəlməsinin isə əsas səbəblərdən biri yaxın aylarda AtaBank-ın Fazil Məmmədovdan alınması ilə bağlı olduğu iddia edilir.
    .Qeyd edək ki, bir neçə gün əvvəl Dəyanət Quliyevin atası Namiq Quliyev də vəzifəsindən azad edildi.
    Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.
    Xatırladaq ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev də olub. Məlumatlara görə, uzun illər nəzarət-kassa aparatlarını ölkəyə Fazil Məmmədovun bacısı oğlu, hazırda “AtaBank” ASC-nin İdarə heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin sahib olduğu “CASPEL” MMC gətirib. Zorla və baha qiymətə sahibkarlara satılan nəzarət-kassa aparatlarından ümumilikdə 100 milyon manata qədər qazanc əldə edildiyi deyilir.
    Məlumatda bildirilir ki, bankın idarə heyətinin üzvü Etibar Babaşlıya AtaBank-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması tapşırılıb. Həmçinin Etibar Babaşlıya özünün komandasını yaratması təlimatı verildiyi iddia edilir. Məlumata görə, Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun AtaBank-dakı kadrları xəbər tutublar. Məhz bundan sonra bank sədri Dəyanət Quliyev Etibar Babaşlı ilə görüşərək ondan istefa ərzisəi yazılmasını tələb edib.

    Ancaq Etibar Babaşlı sədrin ona etdiyi təklifdən imtina edərək işinin başında qalacağını bildirib.
    Bildirək ki, “AtaBank”-ın idarə heyətinin üzvü Etibar Babaşlı vaxtı ilə Fazil Məmmədova yaxın olan şəxslərdən biri olub. İki il öncə “AtaBank”ın idarə heyətində baş verən dəyişikliklərdə Etibar Babaşlının vəzifədən gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Amma onun bütün dostları və ortaqları bankdan getsə də Babaşlı İdarə Heyətində yerini qoruyub saxlaya bildi.

    Etibar Babaşlının adı ölkə mediasına 2 il öncə İdarə Heyətinin digər üzvü, onun yaxın dostu və ortağı Elnur Osmanovun bankdan qovulması ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlarda vurğulanırdı ki, Etibar Babaşlının yaxın dostu Elnur Omanov üçün məhkəməyə saxta sənəd təqdim etməsinin üstü açılmış və məsələ idarə heyətində müzakirə olunaraq ciddi söz söhbətə yol açmışdır.
    Həmin məlumatlarda Etibar Babaşlının Elnur Osmanovla şərikli biznes sahələrinin olduğu da əksini tapmışdı. Rubrika.az-a daxil olan məlumata görə idarə heyətinin ən imkanlı şəxsi Etibar Babaşlı sayılır. Onun AtaBank-dakı vəzifəsindən sui-istifadə edərək bankdan ən yaxın adamlarının adına aşağı faizlə milyonlarla manat dəyərində kreditlər götürərək özünə böyük biznes sahələri yaratdığı iddia olunur.
    Rubrika.az saytına daxil olan məlumatlar əsasında KİV haqqında qanunun müddəalarını əsas tutaraq qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək məqsədilə aşağıdakı suallarımızı cavablandırmaq üçün “AtaBank” ASC rəhbərliyinə ünvanlayırıq :

    1. Məlumatlarda iddia olunduğu kimi “AtaBank” ASC-nin sabiq Vergilər naziri Fazil Məmmədovla hər hansı bağlılığı varmı və əgər varsa bu bağlılıq hansısa hüquqi əsaslara söykənirmi?
    2. Dəyanət Quliyev və Etibar Babaşlı arasında münaqişənin başlanması barədə səsləndirilən fikirlər nə qədər həqiqətə uyğundur?
    3. “AtaBank” ASC-də Fazil Məmmədova yaxın şəxslərin müəyyənləşdirilib siyahısının tutlması barədə səsləndirilən məlumatlara münasibət açıqlamanızı rica edirik.
    4. Etibar Babaşlının yaxın adamlarının adına milyonlarla manta kreditlər götürməsi faktı nə dərəcədə doğrudur?

    Rubrika.Az


    Facebook-da paylaş