• Dövlətin sonsuz etimadını qazanmaq hər kəsə qismət olmur

    Dövlətin sonsuz etimadını qazanmaq hər kəsə qismət olmur

    Bu inamı və etimadı Ələddin Cəfərov öz gərgin əməyi, zəkası ilə qazanıb

    Ulu öndər Heydər Əliyevin hər bir fərdin mənafeyini uca tutmaqla əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 8 ildə onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsi, ən mütərəqqi üsullarla və obyektiv şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, mövcud neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.

    Ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu islahatlara yüksək qiymət verərək, Azərbaycanın əldə etdiyi nəticələri Avropa dövlətlərinə qabaqcıl nümunə kimi tövsiyə edirlər. Ötən il məhkəmə sistemindəki nailiyyətlərinə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən layihəni ən uğurlu kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.
    Azərbaycanda məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün fasiləsiz xüsusi tədbirlər görülür. Prezident İlham Əliyevin ötən ilin fevralında imzaladığı Sərəncam əsasında penitensiar sahədə fəaliyyət təkmilləşdirilib, cəza siyasəti humanistləşdirilib, cinayət hüququ sahəsində mühüm islahatlar aparılıb. Həmin Sərəncamda və ondan irəli gələn tövsiyələrdə, qanunvericilik aktlarında Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplər öz əksini tapıb və bu, hakimlərin fəaliyyətinə xüsusi kömək göstərib.
    Dövlətimizin başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə mükəmməl hüquqi baza yaradılmışdır.
    Yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının tikintisi üzrə görülən işlər dövlətin bu sahəyə olan diqqətinin nümunəsidir.
    Təbii ki, bütün bu islahatların, görülən işlərin uğurla nəticələnməsi üçün güclü kadr potensialının olması xüsusilə vacibdir. Məhkəmə sistemində fəaliyyət göstərən hakimlərin peşəkarlığı, qanunların aliliyini qorumaq üçün güclü hüquqi biliklərə malik olması uğura aparan yolun əsas amillərindəndir. Məhkəmə sistemində fəaliyyət göstərdiyi uzun illər ərzində qanunların aliliyi prinsipinə, dövlətçiliyə həmişə sədaqət nümunəsi olan Ələddin Cəfərov ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində misilsiz xidmətlərə malikdir. Ələddin Cəfərov Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) sədri kimi də ölçüyəgəlməz işlər görür. Assosiasiyanın sədri kimi Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin qəbul edilməsində, cəzaların icrası üzrə idarəetmənin və praktiki fəaliyyətin təkmilləşdirilməsi sahəsində görülən işlərdə Ələddin müəllimimn öz payı vardır.
    Assosiasiya dünyadakı mövcud analoji qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsini də fəaliyyətində prioritet məsələlərdən biri sayır. Bu məqsədlərə nail olmaq, beynəlxalq əlaqələri daha da genişləndirmək, xarici məhkəmə təcrübəsini yaymaq məqsədilə bu qurum Beynəlxalq Hakimlər Assosiasiyası (BHA) ilə fəal əməkdaşlıq edir.

    Ələddin Cəfərov Azərbaycan hakimlərinin beynəlxalq miqyasda lazımi səviyyədə təmsilçiliyi, habelə xarici ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi üçün bütün imkanlardan yararlanmaq üçün bütün mümkün tədbirləri görür.

    Onun rəhbərliyi ilə aparılan məhkəmə prosesləri obyektiv araşdırmalar və ədalətli qərarlar qəbul edilməsi ilə hər zaman seçilib. Ələddin müəllimin Yasamal rayon məhkəməsinin sədri olduğu müddətdə qəbul etdiyi ədalətli qərarlar Azərbaycanın məhkəmə tarixində çox qiymətli sənədlərdir.
    Dövlət başçısı 2017-cı ilin axırlarında Ə. Cəfərovu Nizami rayon məhkəməsinin sədri təyin etməklə dövlətin ona olan sonsuz etimadını göstərdi. Bu inamı və etimadı isə Ələddin müəlim öz gərgin əməyi, zəkası ilə qazanıb. Bu gün də onun fəaliyyəti məhkəmə sisteminin inkişafına, təkmilləşdirilməsinə hesablanıb.
    Ələddin Cəfərov kimi hakimlər ədalətin təntənəsi üçün mücadilə aparan insanlardır. Məhz onların əməyi nəticəsində cinayətkar cəzasız qalmır, nahaqq haqqı boğa bilmir. Bu müqəddəs yolda Tanrı yardımçınız olsun. Qoy həmişə haqq-ədalət sizing timsalınızda qalib gəlsin !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş