• Rusiya öz düşmənlərinə qarşı Stalin metodları ilə mübarizə aparır

    Rusiya öz düşmənlərinə qarşı Stalin metodları ilə mübarizə aparır

    Rejim üçün hədəf düşməninin bütün ailəsidir

    Rusiyada Stalinə, onun qoyduğu mirasa, hakimiyyət metodlarına pərəstiş dövrü yenidən alovlanıb. İş o həddə gəlib çatıb ki, Stalini tənqid edən filmlər ölkədə qadağan olunur, vaxtilə milyonlarla insanı ölüm cəzasına məhkum edən bu cəllad qəhrəman kimi təqdim edilir. Hətta Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Volqoqrad şəhərinin yenidən Stalinqrad adlandırılması ilə bağlı təşəbbüslə çıxış edib. Bəşəriyyətin ən qanlı şəxsiyyətlərinin biri ilə bağlı bu cür eyforiya heç Leonid Brejnevin dövründə belə olmayıb.

    Son günlərin əsas mövzularından biri də 2010-cu ildə “casuslar mübadiləsi” ilə Böyük Britaniyaya verilən Sergey Skripal və onun qızı Yuliyanın naməlum maddənin təsiri ilə xəstəxanalıq edilməsi olayıdır.

    Rubrika.az musavat.com-a istinadla bildirir ki, məsələni araşdıran Qərb jurnalistləri işlə bağlı maraqlı faktların üstünü açıblar.

    Məlum olub ki, bu, Skripal ailəsinin başına gələn ilk faciə deyil. Hər şey məhz 2010-ci ildən, yəni rusiyalı casusun ada dövlətinə üz tutmasından sonra başlayıb.

    “The Times” qəzetinin yazdığına görə, Sergey Skripalın arvadı Lyudmila casuslar mübadiləsi hadisəsindən 2 il sonra dünyasını dəyişib. Rəsmi mənbələr onun xərçəng xəstəliyindən öldüyünü deyirlər.

    2014-cü ildə isə Sergey Skripalın oğlu Aleksandr Sankt-Peterburqda qəfildən vəfat edib. Onun qaraciyər çatışmazlığından öldüyü bildirilir. Lakin Rusiyada oğul Skripalın ölümünün əsl səbəbləri araşdırılmayıb.

    Bundan başqa, BBC Sergey Skripalın böyük qardaşının da bu vaxt içində öldüyü barədə məlumat yayıb.

    “The Times”ın yazdığına əsasən, Skripal son illər qızı Yuliya ilə Solsberi şəhərində yaşayırmış. Qızı 2014-cü ildə Sauthemptonda “Holiday İnn” otelində çalışıb. Daha sonra isə Rusiyada, “PepsiCo” şirkətində işə düzəlib.

    2013-cü ildə Yuliya Skripal “Facebook”da Vladimir Putini sərt şəkildə tənqid edən bir statusu bəyənibmiş. Həmin statusda Putinin dünyanın ən pis prezidenti kimi həbsxanaya layiq olması barədə cümlə gedib. Yuliya həmin statusun altında “çox xoş” şərhini yazıb.

    İndi mətbuat Böyük Britaniya hökumətindəki mənbələrinə istinadən həm Lyudmila Skripalın, həm də Aleksandr Skripalın ölümünü də araşdırılcağını qeyd edir.

    Bununla bağlı baş nazir Tereza Meyə də güclü təqyiqlər olduğu bildirilir.

    Əgər təsdiq olunsa ki, bu ölümlərin arxasında həqiqətən Rusiya dayanıb, bunun ciddi nəticələri olacaq. Yadımıza salaq ki, vaxtilə Stalinin şəxsi düşməni Lev Trotskinin oğlu da 1937-ci ildə “böyük təmizləmələr”nin qurbanı olmuşdu”, - qəzet qeyd edir.

    Xatıraladaq ki, Trotskinin böyük oğlu Lev Sedov 1938-ci ildə Parisdə rus klinikasında naməlum şəraitdə dünyasını dəyişib. Sovet kəşfiyyatının trotskiçi hərəkatın içərisinə yerləşdirdiyi və sonradan ifşa olunaraq həbs edilən Mark Zborovskinin 1956-cı ilə ABŞ məhkəməsində verdiyi ifadədə Trotskinin oğlunun həmin klinikada işləməsini şəxsən özünün DTK-ya məlumat verdiyini söyləyib. Yuxarıda bəhs edildiyi kimi kiçik oğlu, olduqca istedadlı mühəndis sayılan Sergey Sedov isə 1937-ci ilin oktyabrın 29-da Krasnoyarskda güllələnib.

    The Daily Mail qəzeti isə başqa bir vaqiənin üstünü açıb. Qəzet sovet mikrobioloqu, 1989-cu ildə Böyük Britaniyaya qaçan Vladimir Paseçnikin 2001-ci ildə qəfildən beyin insultu nəticəsində öldüyünü xatırladır. Onun oğlu Nikita Paseçnik qəzetin yazarı Ceyms Podestayla söhbətində atasının xüsusi əmrlə öldürüldüyünü iddia edib.

    Onu da qeyd edək ki, Paseçnik SSRİ-nin məşhur mikrobioloqlarından sayılıb və hətta 1988-ci ildə general-mayor rütbəsi alıb. V.Paseçnik vaxitlə SSRİ üçün dünyanın ən təhlükəli virus və bakteriyalarını hazırlayan gizli instituta rəhbərlik edib. 1989-cu ildə Böyük Britaniyaya qaçan V.Paseçnik Rusiyanın əlində dünyanın tamamını yox edəcək bioloji silahlar olduğunu deyirdi. Maraqlıdır ki, Paseçniklə bərabər həmin il, 6 ay ərzində Rusiyanın 11 mikrobioloqu bu və ya digər səbəblərdən ölüb...

    Rubrika.Az


    Facebook-da paylaş