• Əli Həsənov: “Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayanır”

    Əli Həsənov: “Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayanır”
    Martın 15-də Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
    Musavat.com-un məlumatına görə, dövlət rəsmisi bildirib ki, hazırda Azərbaycanda 10 milyona yaxın əhali yaşayır: “Bu 10 milyonluq əhalinin titul millətinin nümayəndələri təqribən 8 milyondan artıqdır. 30-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bunlardan dördünün sayı 100 mindən 200 minə qədərdir. Onlar ləzgilər, ermənilər, ruslar və talışlardan ibarətdir. Digər beşinin sayı 20 mindən 50 minə qədərdir, bunlar yerli, aborigen xalqlardır. Qalan 30-a qədər milli azlıq və etnik qrupların sayı 10 minə qədərdir. Beləliklə, bizim etnik tərkibimiz kifayət qədər zəngindir və qarışıqdır”.
    Həmin 30 milli və etnik azlıqların sitayiş elədiyi dinə gəldikdə, Ə.Həsənov dedi ki, müsəlmanlar 90 faizə yaxındır: “Provaslav və katolik xristianlar – onların sırasında təximən 6-7 faiz, yəhudi dininə mənsub əhalinin sayı 30 minə yaxın və digər ənənəvi və qeyri-ənənəvi dinlərin nümayəndəsi var. Təxminən son 50 ilə yaxın müddətdə etnik tərkibin müqayisəli təhlili – yəni biz 6 milyon olandan başlayaraq – təxminən bu etnik münasibətlərin və çərçivənin saxlanılması il gedib. İndiyə qədər Azərbaycan cəmiyyətində ciddi etnik, dini qarşıdurma, etnik, dini narazılıq, etnik, dini separatizm müşahidə olunmayıb. Yeganə istisna əlbəttə, Azərbaycandakı, bu gün cənab prezidentin o haqda danışdığı, mənim danışmağa hazırlaşdığım erməni separatizmi və aqressiv erməni millətçiliyi məsələsidir. Ermənilərin ümumən Azərbaycandakı sayı haqqında mən sizə danışdım. Amma vaxt var idi ki, onların sayı daha artıq idi. 1988-ci ildə başlayan bu, kifayət qədər qanlı münaqişə və qarşıdurma ermənilərin Bakı şəhərini və digər şəhərləri kütləvi şəkildə tərk etməsi - necə ki, azərbaycanlılar kütləvi surətdə Ermənistan ərazisindən zorla qovuldu, çıxarıldı – ermənilərin də Azərbaycan ərazisini tərk etməsi prosesi başlandı. Amma buna baxmayaraq, Dağlıq Qarabağdan kənarda hal-hazırda Azərbaycanda 30 minin üzərində erməni millətini təmsil edən insanlar yaşayır. Azərbaycandakı etnik separatizmin və aqressiv millətçiliyin kökündə heç də yerli əhalinin milli vətəndaş tələbatı dayanmır. Yəni adını çəkdiyim digər xalqlar, 100 mindən 200 minə qədər sayı olan xalqlar, həmin o ləzgilər, talışlar, ruslar və digərləri əsasən kompakt yaşayırlar. Məsələn, talışların yaşadığı zona Cənub zonası adlanır, kampakt yaşayırlar, ləzgilərin yaşadığı Şimal bölgəsidir, onlar da orda kompakt yaşayır. Ruslar əsasən Bakı şəhərində və başqa böyük şəhərlərdə yaşayırlar. Bu xalqların, millətlərin Azərbaycan cəmiyyətində hiss etməsi kifayət qədər komfortlu olub və onlar öz milli vətəndaş hüquqlarının təminatı ilə bağlı indiyə qədər cəmiyyət səviyyəsinə qaldırılan ciddi narazılıq, narahatlıq doğuranbir iddia ortaya qoymayıblar”.
    Əli Həsənov: “Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayanır”
    Prezident köməkçisi “Hansı əsaslarla Azərbaycan tolerant cəmiyyətinin təməli qoyulub və hansı prinsiplərlə bu tolerant, multikultural cəmiyyət fəaliyyət göstərib” sualı ətrafında da fikirlərini bölüşdü: “Birinci növbədə müstəqil Azərbaycan dövlətinin konstitusiyasında vətəndaşlıq normaları və prinsipləri öz əksini tapıb. Yəni xalqların, millətlərin vətəndaş hüquqları ilə hər bir vətəndaşın vətəndaş hüquqlarıtəsbit olunub, sivil normalara söykənib, bu xalqlar istədiyi zaman istədiyi formada öz milli vətəndaş haqlarını təmin edə bilirlər. Öz dillərində danışa bilirlər, oxuya bilirlər, informasiya ala bilirlər, məişət normalarını, qaydalarını, həyat tərzlərini qoruyub-saxlayıb, yaşada bilirlər. İkincisi, əlbəttə, bizim vətəndaşlıq normalarının əsasında dövlətin suveren hüquqları dayanır. Dövlətin ərazi bütövlüyünə bu milli, etnik qruplar da daxil olmaqla bütün vətəndaşlar hörmətlə yanaşmalıdır. Dövlərin simvollarına hörmətlə yanaşmalıdır, dövlətin dilini, yəni titul xalqın dilinin əsasında yaradılmış dövlət dilinin əsasında yaradılmış dövlət dilini bilməlidirlər və insanlar da vətəndaş normalarına əsaslanan Konstitusiya, qanunlar əsasında öz münasibətlərini qurmalıdırlar”.
    Əli Həsənov: “Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayanır”
    Ə.Həsənov deyib ki, üçüncü əsas prinsip, yəni bu xalqların, millətlərin, etnik tolerantlığın təməlində dayanan maraqların balansıdır: “Üçüncü əsas prinsip maraqların balansıdır. Əlbəttə balansın təmsilçiliyi, müxtəlif dövlət orqanlarında təmsilçilikdən tutmuş yerli idarəçilikdı, yerli bələdiyyələrdən tutmuş yerli mədəniyyətlərinə qədər olan sahələrdə bunların təmsilçiliyinin nəzərə alınmasıdır, onların özünü cəmiyyətdə komforlu hiss etməsidir, milli, dini mənsubiyyətinə görə onlara hər hansı təhdidlərin, təzyiqlərin və yaxudda ki, şiddətlərin olmamasıdır və bu təməldə də formalaşmış tolerant cəmiyyət normalarının ölkədə bərqərar olmasıdır. Tolerantlıq milli azlıqlar arasındakı münasibətlərin əsas qayəsindən birini təşkil edir və tolerantlıq əsasında da bizim Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ayrı-ayrı milli etnik qruplar hansı ərazidə, necə yaşamasından asılı olmayarq Azərbaycan cəmiyyətlərində özlərinin təmsilçilik və özlərinin realizasiya vəziyyətlərini dəyərləndirə bilirlər. Müsəlman dininə aid olmayan hər bir dini icmanın nümayəndələrinə, onlarına alələrinə, onların həyat tərzlərinə hörmətlə yanaşılır. Bu hörmətlə yanaşılma qanun və Konstitusiyanın tələbləri kimi ortadadır. Bu hörmətlə yanaşma dövlətin təsbit etdiyi qanunlara söykənir. Başqa cür yanaşma isə cinayət və inzibati məsuliyyət yaradır. Azərbaycanın tolerant cəmiyyətini, multikultural dəyərlərini pozan yeganə hal Dağlıq Qarabağdakı etnik və millətçi separatizmdir. Dağlıq Qarabağdakı etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayanır. Bu münqaşinənin kökündə Qarabağda yaşayan erməni əhalinin milli vətəndaşlıq haqlarının pozulması dayanmır. Burada xaricdən müdaxilə və ərazi iddiası dayanır. Etnik separatizm var ki, Dağlıq Qarabağ da o sıraya aiddir. Bir ölkənin başqa bir ölkəyə ərazi iddiasından qaynaqlanır ki, biz bunun şahidi oluruq”.

    Rubrika.Az


    Facebook-da paylaş